PDF Oxu

Müxalifət

  • 4 632

"Ermənistanın başa düşdüyü bir dil var o da təzyiq dilidir"

image

Elçin Mirzəbəyli: "Ermənistan təxribatlarını davam etdirsə, aprel döyüşlərindən də daha dəhşətli bir sarsıdıcı zərbə alacaq"

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində Sarkisyan rejimi masa arxasında oturmaqdan imtina edir. Bu isə münaqişənin sülh yolu ilə həllində qeyri-müəyyənliyin yaranmasına gətirib çıxarır. Söz yox ki, bu hal uzun müddət davam edə bilməz. Politoloq Elçin Mirzəbəyli də "Səs" qəzetinə açıqlamasında bildirdi ki, artıq Ermənistan uzun müddətdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında gedən danışıqlar prosesinin davam etməsinə manelər yaradır: "Sarkisyan rejimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi bərpa edilən zaman cəbhə xəttində təxribatlar törədir və hərbi ritorik bəyanatlar verməklə prosesi pozmağa çalışır. İndiki şəraitdə Ermənistanın bu davranışlarının qarşısının alınmasının yeganə yolu Ermənistana və onun siyasi rəhbərliyinə qarşı beynəlxalq hüququn prinsiplərinə söykənərək, müvafiq sanksiyaların tətbiq olunmasıdır. Hazırki məqamda beynəlxalq güclər tərəfindən Ermənistana qarşı hər hansı bir sankisyanın tətbiqi meydanda yoxdur. Nə qədər beynəlxalq hüququn ikili yanaşması davam edəcək və Ermənistana münasibətdə fərqli bir davranış ortaya qoyulacaqsa, işğalçı ölkə yaranmış cəzasızlıq şəraitindən sui-istifadə edərək, Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar prosesinin davam etdirilməsinə imkan verməyəcək".

"ATƏT-in Minsk Qrupunun amerkalı həmsədri prezidentlərin görüşünün vacibliyini qeyd edib. Sarkisyan rejimi masa arxasında oturmaq istəmirsə, bu halda hansı görüşdən söhbət edə bilər ki" sualına cavab olaraq politoloq bildirdi ki, bu sualın cavabını ATƏT-in Minsk Qrupunun həmsədrləri cavab versəydilər, yaxşı olardı: "Çünki indiki şəraitdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın danışıqlar masasına otuzdurulması üçün, ilk növbədə, bu ölkəyə qarşı konkret addımların və sanksiyaların tətbiq edilməsi lazımdır. Bəyanatlarla, gəlişi gözəl sözlərlə ancaq ATƏT-in Minsk Qrupunun ömrünü müəyyən qədər uzatmaq olar. Amma Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar prosesinin bərpasına hər hansı bir formada töhfə verə bilməz. Demək olar ki, işğalçı ölkə olan Ermənistanın başa düşdüyü bir dil var o da təzyiq dilidir".

"Cəbhədə erməni təxribatları intensivləşir. Bu halda, Azərbaycan aprel döyüşlərinin yenidən təkrarlanması üçün sərt addımlar ata bilərmi" sualına isə politoloq cavab olaraq, bildirdi ki, hər zaman Azərbaycan qətiyyətli mövqe ortaya qoyur: "Azərbaycan hakimiyyəti regionda və dünyada baş verən prosesləri doğru-düzgün dəyərləndirərək, hansı qərarın nə zaman veriləcəyini hər kəsdən daha yaxşı bilir. Bu baxımdan da, məsələnin aprel döyüşlərinin təkrar olunması müstəvisində olmasının tərəfdarı deyiləm. Əgər Ermənistan təxribatlarını davam etdirsə, aprel döyüşlərindən daha dəhşətli bir sarsıdıcı zərbə alacaq. Azərbaycan silahlı qüvvələrinin gücü və potensialı, Azərbaycan dövlətinin iradəsi də buna yetər. Bir daha qeyd etmək istəyirəm ki, əgər işğalçı Ermənistan təxribatlarını davam edəcəksə, artıq qələbənin dadını dadmış Azərbaycan zabiti və əsgəri bu qələbənin davamını gətirməyə çalışacaq və onu əldə edəcəkdir".

GÜLYANƏ

Digər xəbərlər