PDF Oxu

Müxalifət

  • 4 491

Müsavat qalmaqalsız ötüşmür

image

Arif Hacılı partiya liderlərini ittiham etməklə işini bitmiş hesab edir

Bütün dövrlərdəki acı seçki məğlubiyyətlərindən sonra bir-birlərni xəyanətlərdə və uğursuzluqda günahlandıran ənənəvi müxalifət "liderləri" həmin vasitələrlə özlərini təmizə çıxarmağa, çalışırlar. Sözsüz ki, bu kimi vasitələrlə növbəti seçkilərə qədər ayaqda qalmağa cəhd edən partiyalar, əslində, cəmyyətdə heç bir nüfuz əldə edə bilmirlər. Bu səbəbdən də, bir-birlərini ittiham etməklə işlərini bitmiş hesab edirlər. Buna misal kimi, hələ "Milli Şura" yaradılarkən bu qurumu qala dünyanın ən "monolit" və "möhtəşəm" müxalifət birliyi qismində təqdim olan siyasi təşkilat "liderləri"nin qurumla bağlı pafoslu bəyanatlarını xatırlamaq olar. Ancaq həmin bəyanatların bu gün tamamilə tərs istiqamətdə yer alması, bir daha belə qənaətə gəlməyə zəmin yaradır ki, artıq "Milli Şura" adlı qurum yox səviyyəsindədir.

"Bizə şübhəli keçmişi olan hay-küylü adların yox, real fayda gətirənlərin birliyi lazımdır"

Bu arada məğlubiyyət günahlarını digər partiya "liderləri"nə - keçmiş eks-spiker Rəsul Quliyevə və "MVH" Lalə Şövkət Hacıyevaya minnət tonunda ünvanlayan Müsavat başqanı Arif Hacılı öz ittihamlarında bildirib ki, belə fərdlərlə əməkdaşliq etmək səmərəsizliklə nəticələnib. A.Hacılı bildirib ki, Müsavat partiyası zamanında çox güzəştlərə gedib: "...Amma heç zaman bu güzəştlərdən fayda görmədik. Bizə şübhəli keçmişi olan hay-küylü adların yox, real fayda gətirənlərin birliyi lazımdır..."

A.Hacılının minnət və ittihamlar fonunda L.Ş.Hacıyeva ilə R.Quliyevi şübhəli keçmişdə günahlandırması istər-istəməz belə bir sual yaradır: əgər Müsavat rəhbərliyi hər iki şəxsin şübhəli keçmişlərindən xəbərdar idisə, nəyə görə "Milli Şura" təsis olunarkən, "liderləri" həmin quruma dəvət edərək, onlarla əməkdaşlıq etdilər? Məgər həmin vaxtı onların şübhəli keçmişləri yox idimi?

Məhz bütün bunlardan sonra ittiham atəşinə tutulan R.Quliyev və L.Şövkət son vaxtlar Müsavat partiyasının hədəfinə tuş gəlməyə başlayıb. Ancaq görünən budur ki, arxadan atılan daş topuğa dəyər. Necə ki, A.Hacılı hələ də öz günahlarını başqalarının üzərinə atmağa cəhd edir. Bu baxımdan, demək olar ki, Rəsul-Arif qarşıdurması hələ çox mətləbləri üzə çıxaracaq.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər