PDF Oxu

Müxalifət

  • 6 342

Eyni ssenarinin 25 illik oyunçuları

image

Dağıdıcı müxalifətin uğursuz mitinqlərlə gündəmdə qalmaq cəhdi

"Milli Şura"nın aprel ayında keçirdiyi mitinqin uğursuzluqla nəticələnməsi dağıdıcı müxalifət düşərgəsində də etiraf olunmaqdadır. AXCP sədri Əli Kərimlinin pafoslu, yağlı vədlərinin puça çıxması, bir daha sübut elədi ki, bu adamlar illərdir eyni ssenari ilə özlərini və ətrafındakıları aldatmaqla məşğuldurlar. Uğursuz mitinqdən sonra Ə.Kərimlinin mənasız "taktika"larının, daha çox daxili intriqalarla gündəmə gəlməyə çalışmasının, ermənipərəst mövqeyinin, anti-Azərbaycan ruhlu çıxışlarının ən xırda detalları da açıldı. Ən yaxın adamları da Ə.Kərimlini sərt şəkildə tənqid edərək, onun yersiz çağırışlarını və fikirlərini tənqid etdilər. Minlərlə insanın "Məhsul" stadionuna yığışacağını vəd edən Ə.Kərimli başa düşə bilmir ki, bu stadion cəmi 20-25 min adam tutur! Yaxşı, bu, bir tərəfə qalsın, axı "Məhsul"un heç 20-25%-ni də doldura bilmədiniz.

Ə.Kərimlinin uğursuz mitinqi, verdiyi vədin puça çıxması, cəbhəçiləri müxtəlif vədlərlə aldatması elə müxalifət düşərgəsində də geniş etiraza səbəb olub. 8 aprel mitinqi, bir daha göstərdi ki, müxalifət partiyaları siyasi iradədən tamamilə məhrumdurlar, onlar sivil təşkilat kimi fəaliyyət göstərməyi deyil, daxili intriqalarla "gündəm" yaratmağı məqsəd seçiblər. Təsadüfi deyil ki, "Milli Şura"nın uğursuz mini aksiyasından sonra Müsavatla AXCP arasındakı düşmənçilik daha da dərinləşdi, eləcə də, "REAL" üzvləri sosial şəbəkələr vasitəsilə AXCP sədrinin riyakarlığını ifşa etdilər. Səbəb də çox sadədir. Çünki Ə.Kərimli və AXCP üzvləri mitinqdə iştirak etməyənləri təhqir etdilər. Hətta Eldəniz Quliyev də mitinqdə iştirak etmədiyinə görə, dəstəkçiləri təhqir olundu.

Aslan İsmayılov: " Siz mənə deyin, hansı müxalifət liderinin yanında parlaq bir sima var?"

Aslan İsmayılov "Milli Şura"nın 8 aprel mitinqi və dağıdıcı müxalifət düşərgəsində təmsil olunan insanların bir-birilərini təhqir etməsinə münasibət bildirib. O yazır: "Mitinqdən sonra Musavat və AXCP üzvlərinin bir-birilərinə qarşı yönəldilmiş yazıları isə ikrah hissi doğururdu. Guya məqsədləri eyni olanlar bir- birilərinin uğursuzluqlarını toy-bayram kimi qeyd edirdilər. Özünə hörmət edən şəxs mitinqdə iştirak etməyənləri təhqir etməz. "REAL"-çıların iştirak etməmələrinin səbəbi də mənim üçün çox maraqlı idi. Bu gün təsadüfən "Milli Şura"nın üzvü Eldəniz Quliyevin "İlqar Məmmədov tezliklə azad edilməsə... "REAL"-ın əksər funksionerləri oriental rəqs ustasına çevriləcəklər... Hörmətlə!" məzmunda statusunu oxuduqdan sonra mitinqlə bağlı ətraflı fikir bildirməyi özümə borc bildim".

A.İsmayılov onu da bildirib ki, bu işdə heç bir Sem dayı, "seyid", "ağa", "dyadya", "Vasya" bizə kömək olan deyil. Əgər reallığı görə-görə yenə də bu ssenari üzrə hərəkət edirlərsə, deməli, yaradıcılıqları aşağı səviyyədədir. Çünki mədəniyyətdə olduğu kimi, siyasətdə də fantaziya və yaradıcılıq önəmlidir. Hər situasiyaya görə iş qurmaq, seçicinin səsini və dəstəyini qazanmaq əsas şərtdir. Bunu əldə edə bilmirlərsə, demək ciddi problemləri var".

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər