PDF Oxu

Müxalifət

  • 10 500

Müxalifət Rəsul Quliyevin yenidən hədəfində

image

Eks-spiker: "Bu dağıdıcılar 2013-cü ildən çıxıb getməliydilər"

Uzun illərdir Amerikada mühacirətdə yaşayan eks-spiker Rəsul Quliyev yenidən siyasi arenaya çıxaraq müxalifət əleyhinə çıxış edib. R.Quliyev bildirib ki, müxalifət bütövlükdə, getdikcə cılızlaşır. Eks-spikerin fikrincə, varlığı ilə yoxluğu, yalnız bir neçə qəzet və internet səhifələrində bilinən müxalifət bütün seçkilərdə biabırçı məğlubiyyətlə üzləşib: "Bu dağıdıcılar 2003-cü ildən siyasətdən çıxıb getməliydilər. Məğlubiyyətinin səbəblərini analiz etməyən tərəf məgər vuruşmağını dayandırmamalıdır? Məğlubiyyətin səbəbi "hökümət seçkiləri saxtalaşdırdı" deyib müzakirədən qaçanların heç 100 ildən sonra da qələbə çalmaq şansları yoxdur".
R.Quluyev, həmçinin, Azərbaycan müxalifətini və özlərini müxalifət liderləri hesab edən "Milli Şura" rəhbərliyini top atəşinə tutaraq, bu ölü qurumun 2013-cü ilin prezident seçkilərindən sonra süqut etdiyini, hazırda AXCP üzərində dayanan qurum olmasına da toxunub. Bildirib ki, AXCP-dən ibarət olan bu qurumun rəhbərliyi, eləcə də, tərəfdarları ölkədə qarayaxma kampaniyası aparmaqda mahirdirlər: "AXCP sədri Əli Kərimli daha çox sosial şəbəkələrdə qalmaqal yaradan videoları ilə gündəmə gəlməyə çalışır".

Cümşüd Nuriyev: "Müxalifəti elə öz içindən olan Rəsul Quliyev çox gözəl ifşa edir"

Politoloq Cümşüd Nuriyev eks-spikerin haqlı ittihamlarla müxalifəti fakt qarşısında qoyduğunu söyləyib: "Rəsul Quliyevin "Milli Şura" ilə bağlı fikirlərilə tamamilə razıyam. Bu "Milli Şura"da açığı sürrealizmlə məşğul olurlar. Yəni olmayan bir şeydən yapışırlar. Özlərini mövcud olmayan məsələlərlə də gündəmə gətirməyə çalışırlar. "Milli Şura" yarananda da, biz dedik ki, burada heç bir millilikdən söhbət gedə bilməz. Bu, Rusiyada bəzi dairələrdən qaynaqlanan şəxslərin layihəsi idi. Qurumun ssenari müəllifi həmin qüvvələr idisə, baş rolun ifaçısı Rüstəm İbrahimbəyov idi. Açığı, buraya da özlərini siyasi canavarlar hesab edənlər toplaşdılar. Amma proseslər də göstərdi ki, onlar canavarlıqdan da uzaqdırlar. Həm "EL" hərəkatı, həm Müsavat, həm də AXCP, birmənalı şəkildə "Milli Şura"nın iflasa uğraması üçün əllərindən gələn hər bir işi gördülər. Elə ki, gördülər Rusiyadakı dairələr bu layihənin arxasından çəkildilər, R.İbrahimbəyov da 180 dərəcə dəyişdi, əsas gözlərini dikdikləri maliyyə mənbələrini itirmək qorxusu onlara güc gəldi. Problemlərlə üzləşən, aldıqlarını alıb, satdıqlarını da satan liderlər qurumu da zibilliyə atmağa başladılar".
Politoloq onu da bildirib ki, R.Quliyevin dediyi kimi, onların içində təmizləmə aparılmalıdır, partiya liderləri isə istefa verməlidirlər: "O qurumun adını qoyublar demokratik qüvvələrin birliyi. Nə qədər gülünc səslənir... Vallah, burada demokratiyadan heç bir söhbət getmir. Bunlar özləri də hələ demokratiyanı tam anlamırlar. Sadəcə, onlarınkı psevdodemokratiyadır. Psevdodemokratiyada, adətən, güclü dövlətdə öz siyasətlərini demokratiya donuna bürüməklə gizlədirlər".

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər