PDF Oxu

Müxalifət

  • 8 978

"Qanunu pozan cəzasız qala bilməz"

image

Təşkilat sədrləri Əfqan Muxtarlı olayının arxasında erməni lobbisinin dayandığını qeyd edirlər

Son vaxtlar bəzi qüvvələr Gürcüstanla Azərbaycan arasında strateji dostluq əlaqələrini pozmaq üçün Əfqan Muxtarlı kimi xarici qüvvələrə işlədiyi artıq sübuta yetirilən ünsürlərdən istifadə etməyə cəhd edirlər. Faktlar ondan ibarətdir ki, Ə. Muxtarlı qaçaqmalçlıq yolu ilə Azərbaycana keçməyə cəhd edib. Amma bunu bəzi beynəlxalq təşkilatlar və ayrı-ayrı anti-Azərbaycan qüvvələr, başa düşüb qəbul etmək istəmirlər. Bu, o deməkdir ki, ölkəmizə qarşı qərəzli münasibət eyni mərkəzdən idarə olunur? "Yurddaş" partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Ə.Muxtarlı qanuna müvafiq şəkildə həbs olunduğundan, onun ətrafında hay-küy qaldırmaqla istintaqa təzyiq göstərməkdən başqa bir şey deyil: "Qanun pozuntusu varsa, onda həmin məsələni siyasiləşdirmək düzgün deyil. Bu, siyasi etikaya uyğun gəlmir. Amma təəssüflər olsun ki, Ə.Muxtarlının həbsini siyasiləşdirmək istəyən və bununla da iki qonşu dövlət olan Azərbaycanla Gürcüstanın münasibətlərinə xələl gətirmək istəyən qüvvələr var. Buna heç bir halda yol vermək olmaz. Bir sözlə, bu məsələdə siyasi motivlər axtaran və bu motivləri öz siyasi təşkilatlarının maraqlarına uyğunlaşdıran və özünə imic qazanmağa çalışan qüvvələr Azərbaycanın milli maraqlarına ciddi zərbə vurmağa cəhd edirlər. Amma birmənalı şəkildə demək olar ki, həmin məkrli qüvvələr öz istəklərinə çata bilməyəcəklər. Çünki Azərbaycanla Gürcüstan arasında əlaqələr möhkəm əsaslara söykənir və bu əlaqələri heç bir məkrli qüvvə poza bilməz".
Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov da bizimlə söhbətində Ə.Muxtarlının həbs olunmasından sonra hay-küyün qaldırılmasının arxasında erməni lobbisinin və Azərbaycanın dağıdıcı müxalifətinin dayandığını söylədi: "Guya Ə.Muxtarlının həbs olunması demokratiyaya və insan hüquqlarının pozulmasına ziddir. Burada heç bir insan hüquqlarının pozulmasından söhbət gedə bilməz. Yəni istər media işçisi, istər, sıradan bir vətəndaş, istərsə də yüksək vəzifəli şəxs olsun, hər bir şəxs qanun qarşısında cavabdehdir. Heç kəs də bu qanunlardan kənar nə isə bir addım ata bilməz. Əgər qanunu pozmusansa, onda qanun çərçivəsində də cəzanı alacaqsan. Kimsə Ə.Muxtarl olayından yaralanaraq, Azərbaycana təzyiq edə biləcəyini düşünürsə, yanlışlığa yol verir. Çünki Azərbycan siyasi və iqtisadi cəhətdən inkişaf edən və dünyada yetərincə tanınan dövlətdir. Bu baxımdan, Azərbaycanla təzyiq dili ilə danışmaq qeyri-mümkündür. Bununla, Azərbaycan - Gürcüstan əlaqələrinin pozulmasına nail ola biləcəklərini düşünənlərdə səhvə yol verirlər".

Digər xəbərlər