PDF Oxu

Müxalifət

  • 12 408

Saqqallı "demokrat" Razi Nurullayev tək qalır...

image

"... Son 10 ildə təkcə özünə 10 min dəfə xəyanət etmiş, hər şeyini və hər kəsi satmış adam"

Özünü "demokratik" qüvvələrin "lider"i kimi təqdim etməyə çalışan Razi Nurullayevin rəhbərlik etdiyi alternativ AXCP-də daxili qarşıdurmalar başlayıb. Bunun nəticəsi olaraq, kütləvi istefalar da baş verir. Belə ki, R.Nurullayevin atdığı addımlara etiraz əlaməti olaraq, partiyanın Şirvan rayon təşkilatının sədri İsmayıl İslamoğlu istefa verib. Bunun ardınca isə Şirvan şəhər təşkilatının digər üzvləri də R.Nurullayevin ünvanına sərt ittihamlar səsləndirərək, partiyadan kütləvi şəkildə istefa veriblər.
Alternativ AXCP-nin Şirvan şəhər təşkilatının sabiq sədri İ.İslamoğlu sosial şəbəkələrdə istefa səbəblərinə aydınlıq gətirib. O yazıb ki, R.Nurullayevin yanında olmaq üçün təhqirlərə, böhtanlara, partiyadakı diktatorluğa və özbaşınalığa dözməlisən: "Əks-halda, səni heç bir perspektiv gözləmir. Haqqı deyəndə isə, dərhal sosial şəbəkələr vasitəsilə həmin adamı hədəfə alırlar, halbuki vaxtilə Əli Kərimlini "facebook müxalifətçisi" adlandıran R.Nurullayev hazırda özü ondan beş-betər olub və anti-Azərbyacan mövqeyi ilə heç də ondan geri qalmır". İ.İslamoğlu R.Nurullayevin ünvanına sərt fikirlər səsləndirərək onu "... Son 10 ildə təkcə özünə 10 min dəfə xəyanət etmiş, hər şeyini və hər kəsi satmış adam" adlandırıb. Alternativ AXCP-dən, bir müddət öncə, istefa verən Cavid adlı şəxs də R.Nurullayevi saxtakarlıqda və intriqabazlıqda ittiham etmişdi.
Alternativ AXCP-dən əldə etdiyimiz məlumatda deyilir ki, R.Nurullayev partiyada əsl diktatorluq yaradıb və hər kəsi "facebook müxalifətçisi"nə çevirib. Facebookda status yazmayan ofisin işçilərinə belə maaş verilmir, işçilər qarşısında əsas tələb qoyulub ki, saxta profillər vasitəsilə dövlətin ünvanına təhqirlər yazılsın, dövlət məmurları yerli-yersiz təhqir olunsun. Ən biabırçı hal isə budur ki, R.Nurullayev özünü təriflətmək üçün partiyadan kənarda xüsusi bir işçi "tutub", ona aylıq maaş verir, həmin muzdlu işçi də alternativ AXCP-nin sədrinin bütün fotolarına və statuslarına tərif dolu şərhlər yazır.
"20 Yanvar" metrosunun yaxınlığında yerləşən partiyanın ofisi "xüsusi" təsir bağışlayır. Belə ki, hündürmərtəbəli binada bir neçə otaqlı mənzil kirayələyən R.Nurullayev müavinlərinə və rayon təşkilat sədrlərinin bir çoxuna aylıq maaş verir. Özü də bahalı maşına sahiblənib. Eyni zamanda, hazırda 2 mühafəçisi, bir sürücüsü olan R.Nurullayev şəhərdə tək gəzməyi, sükan arxasında oturmağı da özünə ar bilir.
Bir neçə QHT-yə sahib olan, özünə biznes obyektləri quran R.Nurullayevin "müxalifətçi" donuna girməsi lap gülüş doğurur. Ola bilər ki, onun biznesə, böyük maddi imkanlara malik olması ilə bağlı iddiaları da ətrafındakı adamlarda gülüş doğursun. R.Nurullayev kimi perspektivsiz, "Kurtlar vadisi pusu" filmindən təsirlənib özünü Polat Alemdara oxşadan, AXCP-dən istefa verəndən sonra mətbuat konfransında jurnalistin sualına "Sonunu düşünən qəhrəman olmaz" şəklində cavab verməsi bu adamın nə qədər qeyri-ciddi biri olduğunu göstərir və bunu sübut etmək üçün əlavə şərhə də ehtiyac qalmır.
Sonda R.Nurullayevə bir məsləhət vermək yerinə düşərdi: onsuz da, özün özünü tanıyırsan, amma arabir ətrafına da yaxşı bax və bir yığın elastik əqidəyə malik insanı ora yığıb özündən hoqqa çıxarma. AXC bu hoqqabazlıq hara kimi gedəcək? Dövlətin ünvanına ağzına gələni danışmaq lazım deyil... Libasını dəyişmisən, bir də dəyişəcəksən, amma heç olmasa, üzünü qırx... Amma çalış bərbər sənə "bağışlayın, Razi bəy, hansı üzünüzü qırxım?" deməsin... Halbuki bunun reallıq olduğunu deyənlər də az deyildir. Meymin dərisi geyinib, zooparkda çox da meymunluq eləmək olmur. Bir də gördün ki, bir varlı kişi gəlib pul verib, pələngi buraxdı sənin qəfəsinə... O zaman "əmioğlu, qorxma, mən də insanam" kimi əttökən lətifəbazlıq da olmayacaq.

Samir

Digər xəbərlər