PDF Oxu

Müxalifət

  • 7 432

Müxalifəti acı sonluq gözləyir

image

"Avropaya səfər etməklə, siyasi hakimiyyətə çatmaq mümkün olsaydı, səyyahlar və turistlər yəqin ki, dünyanın siyasi elitası hesab olunardı"

Bu gün müxalifət düşərgəsində anormal mühit yaranıb. Xarici maraqlı qüvvələrin istək və tələblərinə uyğun olaraq, irəli sürülən təklifləri elə müxalifət düşərgəsində rədd edildiyindən, liderçiklər küçə yürüşləri və mitinqlər keçirtmək iddiaları ilə çıxış edirlər. Amma reallıq budur ki, həmin aksiyalar iflasla nəticələnir. Bu isə, o deməkdir ki, müxalifət düşərgəsində təmsil olunan partiya sədləri ilə onların xaricdəki ağaları arasında ciddi ixtilaflar yaranır. Məhz bu ixtilafların nəticəsidir ki, xarici qüvvələr müxalifətlə bəzi məsələlərdə əməkdaşlıq etməkdən imtina edirlər. Bu günlər "Milli Şura"nın sədri Cəmil Həsənlinin, eləcə də, Müsavat başqanı Arif Hacılının Avropaya səfərlər etmələri, məhz yaranan ixtilafların aradan qaldırılması üçün hesablanan səfərlər olub. Böyük Quruluş Partiyasının Ali Məclisinin sədri Əjdər Əliyev "Səs" qəzetinə açıqlamasında bildirdi ki, artıq xarici qüvvələr heç bir işə yaramayan, sadəcə, aldıqları maliyyə yaradımalarını silməklə məşğul olan müxalifətlə iş birliyinə getməkdən imtina edirlər: "Avropaya, eləcə də, başqa qitə və ölkələrə səfər etməklə, siyasi hakimiyyətə çatmaq mümkün olsaydı, səyyahlar və turistlər, yəqin ki, dünyanın siyasi elitası hesab olunardı. Qarşıya qoyulan hədəflərə nail olmaq üçün xarici ölkələrdən imdad diləməkdənsə, hər şeydən əvvəl, mənsub olduğun ölkə vətəndaşlarının rəğbətini qazanmaq, onların səsləri və xitab etdikləri elektoratın etimadını əldə etməyin yolları haqda düşünmək yaxşı olardı".

Ə.Əliyevin sözlərinə görə, bir ölkənin daxili dəstəyini qazanmayan heç bir siyasi qüvvənin dayanıqlı uğur qazanması mükün deyil: "Onu da qeyd edim ki, partiyaların real gücü vəsiqələr, üzvlük biletləri və sairlə müəyyən edilmir. Siyasi təşkilatların gücü nizamnamə çərçivəsində fəaliyyət göstərmələri, yerli, rayon, regional təşkilatların rəhbər tutulan sənədlərə, əsasnamələrə müvafiq şəkildə fəaliyyətləri, hesabat-seçki konfranslarını vaxtlı-vaxtında keçirmələri, yerli və ümumrespublika miqyaslı seçkilərdə iştirakları və hansı effektiv nəticələrə nail olmaları ilə müəyyən edilir. Digər tərəfdən, partiyaların uğurlu və yaxud uğursuz fəaliyyətində əsas amillərdən biri də rəhbərlik tərəfindən sağlam və işgüzar daxili atmosferin yaradılmasıdr. İstənilən siyasi təşkilatın daxilində münasibətlər ədalətli və sağlam zəmində qurulmursa, həmin təşkilatlar özlərini süni şəkildə böyütməklə məşğul olurlar"."Sizcə nəyə görə, dağıdıcı müxalif ünsürlər xaricə gedən kimi, ölkəmiz əleyhinə şər və böhtandolu bəyanatlar səsləndiruilər" sualına cavab olaraq Ə.Əliyev bildirdi ki, hansısa xarici ölkədə Azərbaycanın daxili problemlərdən partiya və qrup mənafeyi üçün istifadə edilməsi qəbuledilməzdir: "Bir misal çəkim. Bu yaxınlarda Türkiyədə referendumun təşviqatı mərhələsində, Avropanın bir çox ölkələri iqtidar təmsilçilərini qəbul etmək istəmədilər. Ölkə daxilində barışmaz rəqabət içərisində olsalar da, Türkiyənin ana müxalifət partiyası olan CHP həmin ölkələrdə icazə verilən təbliğat tədbirlərini keçirməkdən imtina etdi. Bu, bir nümunədir və həmin ənənənin bizim ölkənin siyasi həyatında da bərqərar olması vacibdir".

GÜLYANƏ

Digər xəbərlər