PDF Oxu

Müxalifət

  • 15 219

AXCP- Müsavat siyasi arenada

image

Partiyalararası savaş davam edir

Dağıdıcı müxalifət düşərgəsində AXCP ilə Müsavat arasındakı soyuq münasibətlərin daha da qızışaraq, kəskin gərginlik halına çatması ilə bağlı fikirlər səngimir. Bu soyuq münasibət sübut edir ki, adıçəkilən siyasi təşkilatlar arasındakı vəziyyət bundan sonra, ümumiyyətlə, yaxşılığa doğru dəyişməyəcək.
AXCP sədri Əli Kərimlinin müavinləri Fuad Qəhrəmanlı və Gözəl Bayramlı həbs olunmamışdan əvvəl Müsavat partiyasına qarşı yönəlmiş ittihamları, ayrı-ayrılıqda AXCP-nin müsavatçılara qarşı yeni hücum taktikasının olduğunu göstərir. Hər halda, Kərimli və tərəfdarları bu gün də Müsavatın onlarla bir yerdə olmaqdan imtinası ilə barışmadıqlarını, hətta barışmayacaqlarını aşkar şəkildə sərgiləməkdədir. Ümumiyyətlə, bu proses özünü dəfələrlə təkzibedilməz şəkildə təkrar edib. Məsələn, AXCP-nin sədr müavini, "Milli Şura"nın üzvü Nurəddin Məmmədli açıqlamasında bildirir ki, "bir sıra partiyaların təmsilçiləri AXCP üzvlərinə qarşı əsl düşmən kimi davranırlar".

O da deyir, bu da deyir...

Məhz belə bir məqamda, Müsavat partiyasının üzvləri də qarşı tərəfə cavabı gecikdirməyərək bildiriblər ki, əslində, AXCP-"Milli Şura" bu vasitəylə Müsavata qarşı hücuma keçib və bildiriblər ki, cəbhəçilər mənəm-mənəmliklə məşğul olmaqdadırlar: "Bununla AXCP və "Milli Şura"nın Müsavatın bostanına atdığı daşı geriyə qaytaran müsavatçılar dolayı yolla düşmən münasibətində olduqları cəbhəçilərə qarşı ittihamlarını davam etdiriblər. Çox təəssüflər olsun ki, bəzi siyasi partiyalar, yəni AXCP və ya "Milli Şura" mübarizəsini müxalifətin daxilinə daşıyır, bunun üçün işləyir, mübarizəni Müsavatla aparır".
Bu qarşıdurmada ən maraqlı məqam isə müsavatçıların belə bir qarşıdurma və savaş əsnasında yenidən Müsavatı "ana müxalifət partiyası" qismində təqdim etmələridir. Müsavatçı funksionerlər Ə.Kərimlinin və ətrafının insanlara yalan danışdığını və çaşqınlıq yaratmaq istədiyənlərin toplaşdığını bildiriblər.

Sərdar Cəlaloğlu: "AXCP-nin və Müsavatın arasındakı qarşıdurmalar birincilik uğrunda mübarizənin ifadəsidir"

Bu arada AXCP və Müsavat arasında yaşanan yeni və daha gərgin böhrana digər müxalifət partiyalarından da münasibətlər bildirilməkdədir. ADP sədri Sərdar Cəlaloğlu AXCP ilə Müsavat arasındakı qarşıdurmaları, önə keçmək istəyinin ifadəsi kimi qiymətləndirib. ADP sədri də də hesab edir ki, müxalifət birincilik uğrunda mübarizə aparır: "...Ayrı-ayrı partiyaların bir-biri ilə "ana müxalifət mənəm" yarışı keçirməsi lazım deyil...Azərbaycan müxalifətinin bu xəstəliyi hələ də qalmaqdadır. Təbii ki, bu da, çox yanlış addımdır".
S.Cəlaloğlu onu da qeyd edib ki, istər Müsavat, istərsə də AXCP keçirdikləri aksiyalarında insanların sayını şişirtməklə siyasi reytinq qazanmağa cəhd etmək yanlışlıqdır.
Beləliklə, görünən budur ki, artıq hər iki dağıdıcı müxlaifət partiyaları arasındakı münasibətlər açıq savaş həddinə doğru inkişaf edib və bu dəfə həmin savaşdan heç birinin salamat şəkildə çıxacağını demək olmaz.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər