AXCP sədri şəxsi dividend və maraqlarını amerikalılardan umur
Bir neçə gün öncə, AXCP sədri Əli Kərimlinin ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşməsi barədə məlumat yayılıb. Cəbhəçilərin mətbuat xidməti bu görüşü "Azərbaycandakı ictimai-siyasi vəziyyət, Azərbaycan-ABŞ münasibətlərinin müzakirəsi" kimi təqdim etsə də, əslində, bunun, sadəcə, gözdən pərdə asmağa cəhd olduğunu rahat şəkildə anlamaq mümkündür.
Daha dəqiq desək, Ə.Kərimlinin amerikalı diplomatla görüşməsinin, məhz bir sıra pərdəarxası məqamları dayanır. AXCP sədri növbəti dəfə maddi və şəxsi dividend güddüyü "siyasi məhbus", "vətəndaş cəmiyyətinə və mətbuata qarşı təzyiq" və s. bu kimi yalanlarla dolu süni məsələlər ətrafında xal toplamağa çalışaraq, özünü "lider" olaraq tanıtmağa cəhd göstərib.
Ə.Kərimlinin siyasi həyasızlığı sayəsində amerikalı səfir sonda ona bir neçə dəqiqəlik vaxt ayıra biləcəyini bildirib
Daxil olan digər məlumata görə, bu görüşün təşəbbüskarı heç də ABŞ səfirliyi olmayıb, əksinə, AXCP sədri uzun müddət idi ki, amerikalıların dipkorpusuna yalvararaq, bu görüşün baş tutmasını istəyib. Ancaq səfir R.Sekuta Ə.Kərimlinin çoxsaylı yalvarışlarına əhəmiyyət verməyərək, onunla görüşməkdə maraqlı olmadığını bildirib. Ə.Kərimlinin siyasi həyasızlığı sayəsində amerikalı səfir sonda ona bir neçə dəqiqəlik vaxt ayıra biləcəyini bildirib. Çünki səfir özü də, yaxşı bilir ki, Ə.Kərimli, hər zaman olduğu kimi, müxalifətin "məzlum və əzabkeş" obrazını yaratmaqla, seçkilər qabağı müəyyən öhdəliklər götürüb, maliyyə vəsaiti qazanmağa səy göstərəcək.
Son 2 il ərzində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi onunla bütün təmasları kəsib və görüş təşəbbüslərinin hamısını rədd edib
Yeri gəlmişkən, Ə.Kərimli R.Sekuta tərəfindən AXCP sədri kimi qəbul edilməyib. Çünki hazırda bu partiyaya iddialı olan digər alternativ AXCP də var ki, hazırda hansının real cəbhə partiyası olması sual altında qalmaqda davam edir. Əbəs yerə deyil ki, bu gün Ə.Kərimli ilə, nəinki ABŞ səfirliyi, eləcə də, başqa xarici qurumlar əlaqələrini kəsiblər. Məsələn, son 2 il ərzində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi onunla bütün təmasları kəsib və görüş təşəbbüslərinin hamısını rədd edib.
Beləliklə, Ə.Kərimli, sadəcə, qarşıdan gələn prezident seçkilərində, xüsusilə, maddi maraqlarını təmin etmək istiqamətində hərəkətə keçməyə çalışır. Çünki onun özü də, yaxşı bilir ki, ümumiyyətlə, xalq və elektorat dəstəyi yoxdur və onun özü də daxil olmaqla, "Milli Şura"dakı "vahid namizədi" Cəmil Həsənli ictimai rəy tərəfindən, birmənalı olaraq, rədd edilməkdədirlər. Buna baxmayaraq, "tutar qatıq, tutmaz ayran" prinsipini özünə "kredo" seçən Kərimli, sadəcə, seçkilərdə iştirak üçün müəyyən həcmdə maddi vəsait əldə etməyə çalışır. Bu baxımdan, qeyd edə bilərik ki, Ə.Kərimlinin Sekuta ilə görüşü, sadəcə, fərdi maraqları üzərində qurulub və bunun nəticəsizliyi indidən bəllidir.
Rövşən RƏSULOV