Müxalifət

  • 13 702

Müxalifətin zayı çıxıb

image


Dağıdıcı müxalifət xarici himayədarlarının göstərişlərinə əsasən, boş və mənasız aksiyalar keçirməkdən yorulmurlar. Görünən isə odur ki, bu aksiyalar nəzərlərində tutduqları kimi alınmır və iflasa uğrayır. Bunun sübutu olaraq, martın 10-da "Milli Şura"nın rüsvayçılıqla nəticələnən "mitinq"ini göstərmək olar. Bu kimi anormal aksiyalar onu deməyə əsas verir ki, dağıdıcı müxalif ünsürlər Azərbaycanın dünyada artan nufuzundan ciddi narahatlıq keçirir və bir sıra anti-Azərbaycan qüvvələrin maraqlarından çıxış etməklə, ermənipərəst mövqeyə malik olduqlarını nümayiş etdirirlər. Radikallar anti-Azərbaycan mövqeli məkrli təşkilatlardan maliyyə vəsaiti alaraq, bəzi yersiz və mənasız layihələr həyata keçirməyə cəhd göstərirlər. Dağıdıcı müxalifət xalqın 11 aprel prezident seçkilərinə böyük əhvali-ruhiyyə ilə getdiyini anladığından, xaricdəki məkrli qüvvələrin təlimatına uyğun olaraq, mini-aksiyalar vasitəsi ilə təxribatlar törətməyə cəhd göstərirlər. Onlar bu metodun işə yaramadığını anlasalar da, xaricdən aldıqları pulların əvəzini ödəmək üçün başqa vasitə görmürlər. Araşdırmala əsasında, demək olar ki, aksiyalarda iştirak etmək üçün ətraflarına yığdıqları insanların siyasi ideyaya bağlılıqları yoxdur. Onlar 10 manat pula görə mini-aksiyalara gəlirlər. Hətta onlar mitinqə niyə gəldiklərini belə başa düşmürlər. Nəzərə almaq lazımdır ki, hər zaman dağıdıcı ünsürlər həm seçkidən öncə, həm də sonra "canlanmağa" başlayır. Amma bütün bunların heç bir nəticə vermədiyini də gözəl bilirlər. Əminliklə demək olar ki, Azərbaycandakı dağıdıcı xislətli müxalifət partiyalarının elektoratı yoxdur. Olmuş-olsaydı, 5-10 manata muzdlu mitinqçi təşkil etməz və bununla da xarici məkrli havadarlarının tapşırıqlarını yerinə yetirməyə cəhd göstərməzdirlər. Bu kimi mövcud fakla yanaşı, dağıdıcı müxalifətin özünün müstəqil fikri və fəaliyyəti də yoxdur. Çünki onların ipi Avropadakı, eləcə də, okeanın o tayında olan qüvvələrin əlindədir və nəsə etmək lazım gələrsə, tapşırıq oradan verilir. Ona görə də, həmişə olduğu kimi, bütün tədbirləri uğursuzluqla nəticələnir.
AFƏT

Digər xəbərlər