Müxalifət

  • 10 872

Qərb Əli Kərimlidən niyə imtina edir? SİYASİ RAKURS

image

AXCP sədrinin “siyasi gücü” tükənib

Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz turnesi çərçivəsində son dayanacaq olaraq, Azərbaycanı seçməsi və burada bir sıra görüşlər keçirməsinin ardınca, müxalifət düşərgəsində çalxalanma yaşandı. Belə ki, xanım Merkelin özlərini “ana müxalifət liderləri” adlandıran partiya sədrləri ilə, xüsusilə AXCP sədri Əli Kərimli və s. adamlarla görüşdən imtina etməsi sübut etdi ki, Qərb bu cür müxalifəti rədd edir və “liderlərdən” hər hansı siyasi perspektivlər gözləmir. Görünür, bu baxımdan, alman kanslerin yalnız qeyri-hökumət təşkilatları nümayəndələri ilə görüş keçirməsi cəbhəçilərin sədrini və onun sosial şəbəkədəki söyüş qruplarını əməlli-başlıca yerindən oynadıb. Ona görə də xanım Merkelə qarşı çərçivəyə sığmayacaq dərəcədə ittihamlar səsləndirilir. Halbuki, məhz bu səfər öncəsi Əli Kərimlinin özü və ətrafı belə bir iddialarda bulunurdular ki, Almaniyanın kansleri rəsmi görüşlərinin ardınca, müxalifət “liderləri” ilə, xüsusilə də AXCP sədri Əli Kərimli, “Milli Şura”nın sədri Cəmil Həsənli və digər partiya sədrləri ilə görüşlər keçirib, onları dinləyəcək, Azərbaycanda insan hüquqları və ifadə azadlığı barədə “mənfi fikirlər” irəli sürəcək. Ancaq sən saydığını say, gör fələk nə sayır deyilən el sözü burada da öz təsdiqini tapmış oldu.Yeri gəlmişkən, Merkelin QHT rəhbərləri ilə görüşündə Müsavat partiyasının sabiq başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər, “Azadlıq Radiosu”nun keçmiş əməkdaşı, hazırda özünü “hüquq müdafiəçisi” elan edən Xədicə İsmayıl iştirak ediblər. AXCP sədrini çilədən çıxaran daha bir amil də budur. Çünki o, görüşə qatılmayacağı, yaxud dəvət almayacağı halda ən azından oğlu Türkel Kərimlini orada görəcəyinə ümid edirdi. Fəqət, bu da baş vermədi və indi Ə.Kərimli gecəsini-gündüzünə qataraq, Almaniya kanslerini özünə düşmən elan edir, ona qarşı ən ağır təhqirləri sosial şəbəkədəki söyüş qruplarına yazıdır. Söz yox ki, cəbəhçi sədrin “siyasi gücü” bundan ötəyə getmir və bu “gücün” itdiyi də artıq özünü açıq-aşkar nümayiş etdirməkdədir.Digər bir maraqlı məqam isə budur ki, ölkəmizə səfər edən avropalı siyasilər də Azərbaycandakı müxalifət “liderləri” barədə müəyyən məlumatlara malikdirlər. Xüsusilə, Ə.Kərimli haqqında bilgilər alan xarici siyasilər məlumatlıdırlar ki, bu adam günaşırı olaraq, Qərb ölkələrinin səfirliklərinin qapısını açıb-örtməkdən yağır edib. AXCP sədri hər dəfə eyni mövzuları qabardır, pasportunun olmamasını, cinayət törətmiş qaynının həbsdən azad edilməsini tələb kimi ortaya qoyur. Amma bunu da anlamır ki, istər səfirliklər, istərsə də Azərbaycana təşrif buyuran xarici siyasət adamları heç vaxt belə işlərə baş qoşub, ölkəmizin daxili işlərinə qarışmaq istəməzlər. Bu, onların siyasi reputasiyalarına və s. nüfuzlarına zərbə ola bilər. Bunları belə, anlaya bilməyən Kərimli artıq bütün qapıların onun üzünə bağlandığının fərqinə varmalı və anlamalıdır ki, uzun illərdir sağala bilmədiyi intriqaçılıq, pul hərisliyi xəstəliyi, partiyasında qurduğu “Pinoşçet rejimi” Avropanın müəyyən dairələri tərəfindən pislənilir. Həm də ona görə pislənilir ki, Kərimli özünü Qərbin adamı kimi təqdim etməsinə baxmayaraq, Qərbin maraqlarında olmayan Şimaldan, Şərqdən belə gizli yollarla pullar qoparır, qazandıqlarını isə siyasi təşkilatına deyil, cibinə, ailəsinə xərcləyir. Bütün bunları bilənlər-yaxşı bilir. Ona görə də xanım Merkelin AXCP sədrinə heç barmaqucu qədər də baxmaması, QHT-lərlə və yuxarıda adları çəkilən bəlli adamlarla ayaqüstü görüş keçirməsi Ə.Kərimlidə ciddi təlaş yaradıb. Bu təlaş isə onun ssiasi sonunu daha da yaxınlaşdırıb.

sia.az

Digər xəbərlər