Müxalifət

  • 12 040

İlqar Məmmədov-Əli Kərimli qarşıdurması yeni mərhələdə

image

REAL bu dəfə AXCP-ni hədəfə alıb TƏRS BAXIŞ
14:33 | 301

REAL partiyasının sədri İlqar Məmmədov hələ həbsdə olarkən, daha doğru desək, 2018-ci ilin prezident seçkisindən öncə, sosial şəbəkələrdə ona qarşı kampaniya düzənləyən AXCP sədri Əli Kərimli bu dəfə özü qarşı tərəfin siyasi hücumlarına məruz qalıb. Məsələ ondadır ki, “əvəz-əvəz” prinsipi ilə qarşıdurmalara gedən tərəflər bir-birlərində hər an səhv tutmağa və bu səhv üzərində zərbələr endirməyə çaslışırlar. Bu baxımdan, indi də görünür, növbə REAL-ın olub.

AXCP-nin ittihamı: “REAL nəyə görə Əli Kərimlinin “həbs əziyyətinə” göz yumdu?”

Beləliklə, növbəti qarşıdurmaya səbəb Əli Kərimlinin şənbə günü icazəsiz aksiya səbəbindən saxlanılıb, iki gündən sonra azadlığa buraxılması olub. Yəni, Kərimlinin tərəfdarları sədrlərinin iki günlük çəkdiyi “həbs əziyyəti” ilə bağlı REAL tərəfdarlarından gözlədikləri münasibəti görmədiklərini və guya bundan “incidiklərini” sərgiləyiblər. Hətta bir az da irəliyə gedərək, sosial şəbəkələrdə açılan müzakirələrdə REAL rəhbəri İ.Məmmədov həbsdə olarkən Ə.Kərimlinin sona qədər onu müdafiə etdiyi belə, realçıların üzlərinə vurulub.Nəticədə REAL-ın cavabı gecikməyib və cəbhəçilərin minnətli ifadələrinə qarşı sərt mövqe göstərilib.

REAL-ın cavabı: “İlqar Məmmədov həbs olunandan yalnız bir il sonra Əli Kərimli onun məhkəməsində iştirak etdi”

AXCP-yə ittihamlardan biri də budur ki, Əli Kərimli məqsədli şəkildə belə şou düzəldib və bununla gündəmə gəlib. Məsələ ilə bağlı mətbuata açıqlama verən REAL-ın icraçı katibi Natiq Cəfərli AXCP-nin minnət və ittihamlarına cavab olaraq qeyd edib ki, İ.Məmmədov Ə.Kərimlinin saxlanılması ilə bağlı sosial şəbəkələrdə öz fikirlərini bildirib. Lakin İ.Məmmədovun həbsi zamanı Ə.Kərimli onun məhkəməsinə məhz bir il sonra qatılıb. Məhz bu amili önə sürən REAL partiyasının funksioneri AXCP üzvləri tərəfindən səsləndirilən ittihamların heç bir əsasının olmadığını deyib və bəyanatın verilməməsində hər hansı bir qəbahətin olmadığını bildirib. “Burada heç bir problem görmürəm”, Cəfərli deyib.Maraqlı məqamlardan biri də budur ki, REAL təmsilçisi müxalifətin radikalizmlə bağlı hər hansı bir uğur əldə edə bilməyəcəyini də deyib və qeyd edib ki, onlar bu kimi siyasi fəaliyyəti AXCP-dən fərqli olaraq rədd edirlər. Əbəs deyil ki, N.Cəfərli Ə.Kərimlinin gündəmdə qalması üçün bu planı realizə etmək fikrinə düşdüyünü bildirib: “Siyasəti qorxulu bir sənət, iş, həbslər, təqiblər kimi təqdim etməyi artıq 25 ildir görürük. Bu cür hallar xalqın siyasətdən daha da kənarda qalmalarına səbəb olur...Hazırda müxalifətdəki abı-hava kimlərəsə sərf etsə də, REAL-a əsla sərf edə bilməz”.Göründüyü kimi, bu qarşıdurmanın davam edəcəyi hələ bir neçə ay öncədən də proqnozlaşdırılırdı. Sadəcə, tərəflər bir müddət kənara çəkilərək, yeni ittihamlar üzərində “baş sındırıblar”. Ancaq bu kimi “başsındırmalar” düşərgənin özünün çanağında çatlayıb.

sia.az

Digər xəbərlər