Əli Kərimlidən hava şousu TƏRS BAXIŞ

Yaxud, indi də “günahkar” şimal küləyi imiş...

AXCP sədri Əli Kərimlinin havanın həddindən artıq pisləşməsi ilə bağlı müvafiq qurumların verdiyi xəbərdarlığının ardınca dərhal klaviatura arxasına keçərək, sözügedən informasiyaları “Milli Şura”nın mitinqi ilə əlaqələndirməsi, guya bu addımın insanların mitinqə qatılmamalarına hesablanması iddiaları əslində, bu adamın həqiqətən də, qeyri-normal, məntiqsizlik psixologiyasına malik şəxs olduğunu növbəti dəfə təsdiqlədi. Əslində, hər hadisəni – hətta ən kiçik məişət hadisəninin baş verməsi səbəblərini hakimiyyətin üzərinə yıxmağa cəhd edən Ə.Kərimlinin bu cür davranışları reallıqda onun acizliyinin, zəifliyinin aşkar göstəricisidir.
Heç özləri belə, öz aksiyalarına inanmırlar
Digər tərəfdən, o da bəllidir ki, havaların kəskin pisləşməsi ilə bağlı verilən proqnoz yanvar ayının 17-18-nə qədər davam edəcəyini göstərir və bizim də bildiyimiz qədər, “Milli Şura”nın aksiyası həmin günlərə təsadüf etmir. Lakin Ə.Kərimlinin və onun sosial şəbəkə trollarının hətta hava proqnozlarından öz səmərələrinə istifadə etmək cəhdləri onların öz “siyasi aksiyalarına” inammsızlıqlarını da sərgiləmiş olur. O da əbəs deyil ki, Ə.Kərimlinin və trollarının qeyd edilən məsələ ətrafındakı uğursuz manipulyasiyaları elə öz tərəfdarları tərəfindən də qınanılıb.
Əli Kərimli öz tərəfdarlarının istehzalarına da tuş gəlib
Məsələ ondadır ki, bəziləri öz statuslarında siyasəti bu qədər ucuzlaşdırmağın doğru seçim olmadığını yazırlar. Nəticədə Ə.Kərimlinin və “Milli Şura” yetkililərinin hakimiyyətə qarşı cızdıqları sözügedən planları da realizə olunmamış qalıb, hətta öz tərəfdarları tərəfindən də istehza hədəfinə tuş gəlib.Lakin gerçəklik həm də budur ki, bənzər gülünc “siyasi mübarizə” üsulları ilə ümumiyyətlə, heç nə əldə edə bilmədiklərini dolayısı ilə etiraf edən Ə.Kərimli və onun yan-yörəsindəkilər artıq bitkin fərdlər olduqlarını da dərk edirlər. Belə bitkinlərin hava proqnozları şouları üzərindəki hay-küyləri, sərsəm iddiaları da belə bir amillərə əsaslanmaqdadır.

sia.az