Müxalifət

  • 19 199

“Hər səhər Əli Kərimlinin evindən 2 xidməti “Mersedes çıxırdı” - Eynulla Fətullayev

image

AXCP sədri Əli Kərimlinin dövlət başçısına, eləcə də, aparıcı dövlət strukturlarında çalışan şəxslərə qarşı gülünc iddialar səsləndirməsi artıq jurnalst caməsini də hərəkətə gətirib. SİA xəbər verir ki, sayt rəhbəri, araşdırmaçı jurnalist Eynulla Fətullayev Ə.Kərimliyə sualla müraciət edərək, ona bəzi xatırlatmaları edib.“Bəs niyə dövlət katıbı Əli Kərimli öz xanımını Prezident Aparatının şöbə müdiri vəzifəsinə təyin etmişdi? Hər səhər bir evdən 2 xidməti Mersedes çıxırdı” sualını verən E.Fətullayev bu gün AXCP sədrinin şirin vədlərinə və yalanlarına uyan bir qrup gənclərin öz “liderləri” barədə yetərincə informasiyalara malik olmadıqlarını da qeyd edib.“Yəni, gənc nəsil bunları bilmir, amma bütün olaylar gözümüzün önündə baş verib”, deyə bildirən E.Fətullayev AXCP hakimiyyəti zamanı Azərbaycan dövləti və xalqının hansı ağır bəlalara doğru yuvarlandığını da xatırladıb: “Cəbhə hakimiyyəti total rüşvətxorluğa, özbaşınalığa və xidməti cinayətlərə qurşanmışdı, xalq bu hakimiyyətə inamımı tam itirmişdi. Ona görə də təsadüfi 30 yaşlı Sürət bir başıpozuq dəstə ilə bunları belə asanlıqla devirdi...”.Araşdırmaçı jurnalist bu gün olduğu kimi, həmin illərdə də xalqın belə mənfur siyasi dəllallara inanmadığını faktlarla sübuta yetirib: “1993-cü ilin iyununda xalqı Cəbhə hakimiyyətinin müdafiəsinə səsləmişdilər. Heç 3 min adam gəlməmişdi. Yeri gəlmişkən, o zaman Milli Məclisin qarşısında 3 minlik kütlə qarşısına çıxan prezidentin müşaviri, hazırki Milli Şuranın sədri Cəmil Həsənli idi...”.Xatırladaq ki, bugünlərdə, BAXCP-nin sədr müavini, jurnalit və siyasi şərhçi, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də AXCP sədri Əli Kərimlini faktlara əsaslanan yazısı ilə ifşa edib və bir sıra məsələləri ictimai rəyin diqqət mərkəzinə çatdırıb.

sia.az

Digər xəbərlər