Müxalifət

  • 27 193

AXCP-ni işğal edən Əli Kərimlinin bir məqsədi var SİYASİ RAKURS+ÖZƏL

image

Dövlətçilik maraqlarına zərbə vurmaqla, əsas xəyanətkar rolunu əldə saxlamaq

AXCP sədri Əli Kərimlinin yürütdüyü "siyasətin" hər bir addımında xəyanətin, satqınçılığın və dövlətçilik maraqlarını satmağın izləri dayanır və artıq kifayət qədər sübutlar mövcuddur. Yeri gəlmişkən, hətta onun barədə özündə kifayət qədər həqiqətləri ehtiva edən "Yurd həqiqətləri" adlı kitab belə nəşr olunub. Qeyd edək ki, həmin kitabda yazılan faktlar barədə "SƏS" qəzetində dəfələrlə silsilə təhlil yazıları dərc olunub, xalqa Ə.Kərimlinin çoxsaylı və gerçək sima(sız)ları barədə həqiqətlər ictimaiyyətin diqqətinə çatdırılıb. Təəssüf ki, ortada onu ifşa edən minlərlə faktların olmasına baxmayaraq, o, nadir həyasızlıq nümunələrini ortalığa atmaqla, iqtidara iddialı olan "ana müxalifət" partiyasının sədri kimi bu və ya digər şəkillərdə özünü xalqa zorla (!) sırımaqda davam edir. Mitinq və aksiyalarında pafoslu çıxışları, qaragüruhçuluğu və haray-şivənçiliyi ilə ətrafına uzağı 2-3 min nəfər yığmağı bacaran Ə.Kərimli hələ də həmin gülünc iddialarında qalmaqda davam edir, hələ də sanır ki, bu minvalla - xəyanət və satqınçılq yolunu tutmaqla hakimiyyətə yiyələnə biləcək. Lakin təəssüf ki, Kərimlinin ətrafına onun yalan və şirin vədləri ilə toplaşmış bir qrup gənc nəslin nümayəndələri də dərin qış yuxusuna gedərək, “liderləri” barədə müfəssəl məlumatlara malik olmadıqlarını nümayiş etdirirlər. Misal üçün, bilmirlər ki, onları yalnız öz məkrli məqsədləri üçün alət olaraq istifadə edən AXCP sədri son məqamda elə onlarıca, yarı yolda qoyub-qaçacaq. Məgər xalq bunu 2003-də, 2005-də və sonrakı illərdə görməyibmi? Əlbəttə ki, görüb və elə ona görə də onun xəyanətkar olduğu qədər, həm də, nə qədər hiyləgər biri olduğunu yaxşı qavrayır. Bu gün təhsillərini, gələcəklərini, hətta ailələrini belə ataraq, Ə.Kərimlinin “ətəyindən” yapışan bəzi gənclər yaxşı olardı ki, bir balaca geriyə dönüb-həyatları puç olmuş daha öncəki illərin kərimovçu gənclərinə nəzər salsınlar və görsünlər ki...
Əli Kərimli AXCP-ni sovet kəşfiyyatının planı ilə dağıdıb, Əbülfəz Elçibəy isə onu əbəs yerə “komsomulçu” adlandırmayıb
Beləliklə, Ə.Kərimlini ifşa edən faktlar qeyd elədiyimiz kimi, kifayət qədərdir. Məhz həmin gənclər anlamalıdırlar və bilməlidirlər ki, AXC-nin mərhum lideri Əbülfəz Elçibəy onu elə-belə şəkildə "komsomolçu" adlandırmayıb. Çünki hələ AXC yarandığı dövrlərdən, yəni Xalq Azadlığı Hərəkatından başlayaraq, Ə.Kərilmi SSRİ DTK-sına canfəşanlıqla işləyib. Daha sonra isə DTK-nın xələfi olan Rusiyanın məxvi orqanları ilə əməkdaşlıq edib. Əldə etdiyimiz faktlar da bunu deməyə əsas verir. Yəni fakt budur ki, Ə.Kərimli AXCP-ni sovet kəşfiyyatının planı ilə dağıdıb-parçalayıb.Digər tərəfdən, Xalq Cəbhəsində Ə.Kərimli yüksəlişi separatçılıq və bölücülüyün güclənməsilə paralel baş verirdi. Çünki "Yurd" sədrinin bu gün də əsas müttəfiqləri separatçılığa meyilli şəxslərdən ibarətdir. Misal üçün, bu gün “Milli Şura”nın mitinqlərində başa gətirilən Eldəniz Quliyev ermənilərə satılmış Əlikram Hümbətovun sağ əli olub, üstəlik, separatçı “Talış Muğan Respublikasının” yaradılması vaxtı Əlikramın yanında oyalanıb. Bu gün “azadlıq”, bağıran bir qrup gənc, ona görəmi Ə.Kərimlinin yanındadırlar ki, o Ə.Hümbətovun sağ əli ilə - E.Quliyevlə çiyin-çiyinə Azərbaycanın dövlətçiliyi əleyhinə fəaliyyət göstərir?!
Əli Kərimlinin hər zaman milli məfkurə və bütöv AXCP fobiyası olub
Bu arada, xatırlatmaq yerinə düşərdi ki, "Yurd"un AXCP-ni bitirmək üçün keçmiş sovet kəşfiyyatının hazırladığı plan olması da buradan görünür. Məsələn, ən maraqlı tərəfi də, Elçibəy vəfat etdikdən sonra AXCP-nin sədr postunu qəsb edən Ə.Kərimlinin ötən illər ərzində bir dəfə də olsun ortaya siyasi iddia qoymayıb və heç vaxt "Yurd"un AXCP-dən ayrılmaq istəməməsi də bundan qaynaqlanırdı."Yurd", AXCP sədri Əbülfəz Elçibəyin ölümüylə cəbhəçilərə qarşı iti dişlərini göstərdi. Pul, hakimiyyət və xarici dövlətlərdəki qəyyumlarından aldığı əlahiddə imtiyazların verdiyi sərxoşluq "Yurd" sədri Ə.Kərimlinin gözlərini tamamilə kor etdi. Həmçinin AXCP-ni parçalamaq müqabilində əldə etdiyi maddi gəlirlər onun fiziki və siyasi tərəfdən saxtakarlıqlarını üzə çıxardı. Çünki partiyanı parçalamaq planını başqalarının geyindirdiyi bir neçə maskayla həyata keçirirdi. "Yurd" bu işdə Kərimlinin əsas dağıdıcı qüvvəsiydi. AXCP-də Elçibəy tərəfdarlarına qarşı güclənən separatçılıq və cəbhəçiləri partiyadan kənarlaşdırmaq planlarının başını da "Yurd" sığallayırdı. 1993-cü ildən bu yana ölkədə keçirilən bütün seçkilərdə müxalifətin məğlubiyyətə uğraması, siyasi partiyaların yaratdığı blokların (“DUH”, “SİDSUH”, “DUBB”, "Bizim Azərbaycan", "Azadlıq", “MKM”, "İctimai Palata", "Milli Şura" və s.) fikir ayrılıqlarına görə dağılması işlərində, zaman-zaman mediada Elçibəyə qarşı aparılan təhqir kampaniyasında "Yurd" həmişə ön planda olub. Ə.Kərimlinin liderliyindəki bu separatçı qurum Milli Azadlıq Hərəkatının bütün dövlətçilik ideologiyasını darmadağın etdi. Şiddət və təhqir həmişə "Yurd"un AXCP-yə qarşı mübarizəsində bir nömrəli şüarı olub.O da əbəs deyil ki, onu tanıyan bir çoxsları etiraf edirlər ki, Ə.Kərimlinin milli məfkurə və bütöv AXCP fobiyası olub. Məhz buna görə, çox asanlıqla kənar güclərin separatçı zehniyyətini beyin qəlibinə yerləşdirə bilir. Sonu sürətləndirən proses Ə. Kərimlinin kənar güclərin böyük diametrli dəstəyi sayəsində Elçibəy və tərəfdarlarını AXCP-dən kənarlaşdırmaq cəhdləri dövlətçiliyə xəyanət idi. Beləliklə, essentrik diktatorun şəxsi mənfəətləri üçün güclü bildiyi rəqiblərini zərərsizləşdirmək yolunda alternativ variantı yox idi. Çünki bütöv cəmiyyət daxilində Ə.Kərimlinin nüfuzlu olduğu çərçivə "Yurd"la məhdudlaşırdı. "Yurd"la təkbaşına Elçibəy tərəfdarlarının öhdəsindən gəlmək isə, mümkün deyildi. Nəticədə o, Xalq Cəbhəsini siyasətdə passivləşdirmək üçün partiya xaricindəki güclərə öz pullu xidmətlərini təklif etdi. Ə.Kərimli illər ərzində partiya daxilindəki nizamı bu cür formalaşdırmışdı. Onun nümunəsi göstərir ki, hansısa çərçivədə təkbaşına rejim qurmaq və bunun təhlükəsizliyini təmin etmək üçün əlavə maskalara ehtiyac var. "Yurd" sədri heç vaxt AXCP-ni dağıtmağa başlayarkən "Uçuruma doğru gedirsən!" xəbərdarlıqlarından dərs almadı. Son nəticədə isə, bu mesajlar onun AXCP-dəki sonunu sürətləndirən prosesə çevrildi.
Məhz psixopat olması, Əli Kərimlini rəqiblərinə qarşı fərqli məcrada - mənəviyyatsızlıq, ləyaqətsizlik kimi mübarizə üsulu seçməyə sövq edir
Özünü həddən artıq dərəcə bəyənməsi, narsist xisləti Əli Kərimlini AXCP-ni darmadağın edən makinaya çevirmişdi. Peşəkar parodiyaçı olduğu üçün sönük görünüşünü gizlətmək üçün təyin edilmiş rolları ifa edirdi. "Yurd" sədri paranoyak, narsist tipə sahib olan və güc aclığı sindromundan əziyyət çəkirdi, bu gün də həmin xəstəlik onda mövcuddur. Məhz psixopat olması, Əli Kərimlini rəqiblərinə qarşı fərqli məcrada - mənəviyyatsızlıq, ləyaqətsizlik kimi mübarizə üsulu seçməyə sövq edir. Nəticədə, o, ötən illər ərzində Azərbaycan siyasətinin təhqir simasına çevrilib. Bu cəhdləri də Ə.Kərimlinin AXCP tarixində özünü "əbədi lider" etmək istəklərindən doğurdu. Nəticədə, o, əyləşdiyi kreslonu tərk etmək istəmirdi. Bunun üçün partiya nizamnaməsini dəfələrlə dəyişdi, digər müxalifət partiyalarını müxtəlif bəhanələrlə özündən uzaqlaşdırdı. Beləliklə, sədr postundakı mütləqiyyətini qorumaq üçün Kərimli partiya daxilində demokratik mühiti aradan qaldırdı. AXCP sədrinin "kredosu" belədir: "Hörmətsizlik etmək, hörmət görmək üçündür"...Ə.Kərimli demokratiya məsələsində də məhz bu cür demaqoqluq edir və "yurd"çuları qabağa verib səslərini qaldırmaqla özünə "demokratiya qulluqçusu" simasını qazandırmağa çalışır. Hətta müsahibələrinin birində "Azərbaycanda bütöv xalqın dəstəyinə sahib olan yeganə siyasətçi mənəm" deməklə, ən böyük usta yalançı simasını xalq qarşısında ifşa etdi. Əlbəttə, həmin an Kərimliyə "Siyasi iddiası olmayan partiya sədri özünü, necə xalq dəstəyinə sahib olan yeganə siyasətçi adlandıra bilər" sualını vermək olardı. Bir lider həqiqətən demokratiyaya inanırsa, yəni tuduğu posta gəldiyi kimi də, bir gün gedəcəyini qəbul edə bilirsə, haqqında edilən tənqidləri normal qarşılamalıdır. Lakin Ə.Kərimlidə bunun əvəzinə rəqiblərini təhqirlərlə zərərsizləşdirmək kimi qeyri-normal bir xislət formalaşıb və nəticədə bir daha bəlli olur ki, vaxtilə AXCP sədri Ə.Kərimlinin yanında olmuş cəbəhçilər indi ondan daha çix uzaqda gəzməyə çalışırlar. Çünki ölkə siyasətində yoluxucu, təhlükəli bir zərərverici virusun - Əli Kərimli virusunun gəzdiyini yaxşı bilirlər. Belə bir zərərli, yoluxucu virusa qarşı isə hər halda bir peyvənd tapılacaq. Özü də yaxın zamanlarda...

sia.az

Digər xəbərlər