Müxalifət

  • 22 733

Arif Hacılı Müsavatı təhqirlə idarə edir? MÜXALİFƏT

image

Partiyadan növbəti istefalar gözlənilir

Müsavat partiyasında idarəetmə prosesi çərçivədən çıxıb. Belə ki, başqan Arif Hacılının təşkilat daxilində partiyadaşlarını təhqirlərə məruz qoyması adi hala çevrilib. Hətta məsələ o həddə qədər gəlib-çıxıb ki, başqanın avtoritar idarəçilik metodundan bezən müsavatçılar partiya sıralarından istefa verməyə hazırlaşırlar.Əbəs deyil ki, istefa vermişlərin əksər çoxluğu hazırda ADR hərəkatının rəhbəri Qubad İbadoğlunun yanına gedirlər. Gedənlər, “Müsavat partiyasının indiki rəhbərliyi demokratiyanı pozaraq, avtoritar idarəetmə üsulu ilə, yerli-yersiz, özünün qisasçılıq metodu ilə ziyalıları bir-bir partiyadan çıxarır”, deyə A.Hacılıya tərəf ittihamlarını yağdırmaqdadırlar.
Keçmiş müsavatçı: “Arif Hacılı qruplaşmasına aid olmayanları yanından qovmaq üçün bütün üsullara əl atır”
Yeri gəlmişkən, uzun illər Müsavatda təmsil olunmuş, hazırda isə ADR hərəkatında fəaliyyət göstərən partiyanın qadınlar birliyinin sabiq rəhbəri Ellada Məmmədli bir müddət əvvəl baş verənlərlə bağlı demişdi ki, bu gün həmin partiyadan ayrılan insanlar illərini məhz siyasi meydanlarda keçiriblər. “İstefa verənlər Arif Hacılının qruplaşmasına daxil deyillər. Arif Hacılının cılız bir qrupu var. Bunu hamı bilir. Arif Hacılının belə bir fikri var ki, onun xoşu gəlməyən onunla deyil. Bu qrupa aid olmayanları yanından qovmaq üçün bütün üsullara əl atır”, deyə sabiq müsavatçı funksioner bildirib.Yeri gəlmişkən, iddialar arasında A.Hacılının müsavatdaxili proseslərdə onu dəstəkləməyənləri təhqir etməklə yanaşı, hətta adamlarının əl qaldırması, hücumlar təşkil etməsi, o cümlədən, qadınlara da hücumlar faktları var. “Elə bilirsiniz ki, onlar qadınlara saldırmayıblar? Qapalı qrupda qadınlara qarşı elə biədəb sözlər deyirlər ki, dilə gətiriləsi deyil. Bunu edənlər isə Arif Hacılı qrupunun nümayəndələridir. Qadın haqqında kişi pis rəy yazırsa, deməli onu dünyaya qadın gətirməyib, ailəsində də ana-bacısı yoxdur. Bunlar qadınlarla ən iyrənc üsullarla mübarizə aparırlar. Hansı ki, bu ifadələr dilə gətiriləsi deyil”, E.Məmmədli deyib: “Bunların istər idarəçilikdə, istərsə də şəxsiyyətlərində kifayət qədər qüsurlar var və bir-bir üzlərinə saymaq olar. Ona görə də partiya daxilindəki haqsızlığa qarşı mübarizə aparırlar. Bu gün partiyada anormal bir vəziyyət yaranıb. Partiyada Hacılı qardaşları cılız bir qrupla idarəçiliklə məşğuldur. Ona görə də partiyadakılar abırlarına qısılaraq istefa verirlər. Bu isə utancvericidir”.
İsa Qəmbər partiyadaxili prosesləri sadəcə müşahidə edir
Göründüyü kimi, təşkilat daxilində baş verənlər bilavasitə A.Hacılının adı ilə bağlıdır və bu reallıq həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, istər elektorat baxımından, istərsə də digər məsələlərə görə tərəfdar sayı minimuma enən Müsavat siyasi səhnədən silinmək üzrədir.Onu da qeyd etmək yerinə düşər ki, bu məsələlər kontekstində artıq İsa Qəmbərin də hər hansı müdaxiləsi təşkilatın ayaqda qalmasına imkan verməyəcək. Daha dəqiq desək, A.Hacılı öz postunun İ.Qəmbərə yenidən dövr etməsi mümkün deyil. Bu reallığa hətta İ.Qəmbər də münasibət bildirib və başqanlıq kreslosuna geri dönmək fikrində olmadığını deyib. Yəni o, partiyanın dağılması prosesində imzasının olmamasını istəyir və beləliklə, Müsavatın yox olması prosesini sadəcə, müşahidə edir.

sia.az

Digər xəbərlər