PDF Oxu

Müxalifət

  • 93 743

Əli İnsanovun “HƏP”i hara getdi? - TƏRS BAXIŞ

image

İsfəndiyar Vahabzadə qapını çöldən çırpdl və partiyadaşlarının şəxsiyyətlərini aşağıladı

Həbsdən azad olunar-olunmaz özünə “tərəfdarlar” taparaq dərhal “Haqq və Ədalət Partiyası” (“HƏP”) yaradan, bu vasitə ilə guya ölkənin siyasi gündəminə rəng qatacağınmı düşünən sabiq səhiyyə naziri Əli İnsanov meydanda tək buraxılıb. Belə desək, onun vaxtilə “tərəfdarlarına” verdiyi vədləri puç olduqdan sonra gözünü açıb-görüb ki, bir “partiyasıdır”, bir də özü - daha ətrafında kimsə yoxdur. SİA-ya İnsanova yaxın olmuş və sonradan ondan ayrılmış mənbədən daxil olan məlumata görə, “HƏP”in Əli İnsanovdan sonra ikinci adamı hesab edilən İsfəndiyar Vahabzadə adıçəkilən ölü siyasi qurumun sıralarını tərk edib. Hətta bu gediş elə sərt şəkildə baş verib ki, İsfəndiyar Vahabzadə dolayısı ilə başda İnsanov olmaqla onun ətrafındakı beş-üç nəfəri təhqir hədəfinə çevirib.

Vahabzadə: “Mənim atamın bir misrası sizin bütün şəxsiyyətinizdən daha böyükdür”

Daha dəqiq desək, partiyanın toplantısı zamanı baş vermiş qalmaqaldan sonra İsfəndiyar Vahabzadə bu sözləri işlədərək qapını çöldən bağlayıb: “Mənim atamın (Mərhum Bəxtiyar Vahabzadəni nəzərdə tutub) bir misrası sizin bütün şəxsiyyətinizdən daha böyükdür”.

Məlumata görə, “HƏP”lə faktiki olaraq yollarını ayırmış İsfəndiyar Vahabzadədən israrla xahiş olunub ki, bu faktı ictimailəşdirməsin.

“Partiya sənədlərini qeydiyyat üçün Ədliyyə nazirliyinə verib və bu səbəbdən də Əli İnsanov bütün gücü ilə çalışır ki, Vahabzadənin gedişi hələlik bəyan edilməsin. İsfəndiyar Vahabzadə “HƏP”in qeydiyyatı müraciətinə hər hansı cavab verilənə qədər susmağa razılaşıb”, deyə məlumatda bildirilir.

Beləliklə, Əli İnsanovun “HƏP”i də belə getdi və çox yəqin ki, onun özü də artıq siyasi ölü olduğunu anlayaraq qınına çəkiləsi olacaq.

Digər xəbərlər