1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisədən 33 il ötür. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet qoşun hissələri Bakıya yeridildi. Həmin gecə sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirilmiş və 700-dən artıq vətəndaş yaralanmış və xəsarət almışdır. Ulu Öndərin mərdliyi və siyasi iradəsi sayəsində 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini aldı.Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciəyəsinə ilk siyasi-hüquqi qiymətini verdi. 20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. 21 noyabr 1990-cı il tarixli qərarı ilə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk siyasi qiymət verildi. Məhz Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.1985-ci ildə SSRİ rəhbərliyinə gəlmiş M.Qorbaçovun əsas məqsədi Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycan SSR-nin nəzarətindən çıxarıb Ermənistan SSR tərkibinə qatmaq, Heydər Əliyevi azərbaycan xalqın gözündən salmaq idi. Bu hadisələr Azərbaycan SSR-də 1988-ci ildə milli-azadlıq hərəkatının başlanmasına təkan Verdi və sonda 1990-cı il 20 yanvar faciəsinə gətirib çıxartdı. 1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 20-də saat 00-dan "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman verdi. Xalqa məlumat verilməsin deyə yanvarın 19-da saat 19.27-də Azərbaycan Televiziyasının enerji bloku sıradan çıxarıldı. Fövqəladə vəziyyətin başlanmasına göstəriş verildiyinə baxmayaraq, qoşun hissələri ilk olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi.Heydər Əliyev: "Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki hala çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin yaranmazdı".Heydər Əliyev qorxmadan imperiya rəhbərlərini "qatillər" adlandırırdı. Bakıda fövqəladə vəziyyət olmasına baxmayaraq, yanvarın 22-də şəhidlər ilə vidalaşdı. Şəhidlər şəhərin ən uca yerində - Dağüstü parkda dəfn edildi.Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin məqsədyönlü siyasəti və qətiyyəti, xalqımızın vəhdəti və Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində 30 ilə yaxın əsirlikdə qalan doğma torpaqlarımız azad olundu. Şəhidlərimizin qanı yerdə qalmadı.44 günlük Vətən müharibəsi dövründə cəbhənin bütün istiqamətlərində düşmən darmadağın edildi. Qanı və canı bahasına qəhrəman əsgər və zabitlərimiz ölkəmizin ərazi bütövlüyü bərpa etdilər. Azərbaycan xalqı Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından belə keçməyə hazır olduğunu və hər zaman cənab prezident İlham Əliyevin yanında olduğunu bir daha sübut etdi.20 Yanvar faciəsinin 33-cü il dönümünü 44 günlük Vətən müharibəsində tarixi zəfərə imza atdığı bir zamanda qeyd edirik. Bu tarixi qələbə bütün şəhidlərimizin ruhunu şad etmişdir.
Allah Şəhidlərimizə rəhmət eləsin!
Şəhla Xəlilova
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyi Fizika İnstitutu üzrə
ərazi partiya təşkilatının sədri