PDF Oxu

Cəmiyyət

  • 3 330

Naxçıvanda "SuVar!" adlı ekoloji aksiya keçirilib

image

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "SuVar!" adlı növbəti ekoloji aksiya keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, aksiyada müxtəlif dövlət qurumlarının nümayəndələri, ekokönüllülər, tələbələr və müxtəlif müəssisələrdə fəaliyyət göstərən könüllülər fəal iştirak ediblər. İştirakçılara sudan səmərəli və qənaətlə istifadə yolları, yaşıllıqların qorunması və genişləndirilməsinin əhəmiyyəti, eyni zamanda, mütərəqqi suvarma sistemləri barədə ətraflı məlumat verilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev aksiyanın əhəmiyyətindən danışıb, ekoloji tarazlığın qorunmasının və su ehtiyatlarından səmərəli istifadənin bu günün deyil, gələcəyin də əsas prioritetlərindən olduğunu diqqətə çatdırıb.

Sonra komandalara bölünən iştirakçılar Naxçıvan şəhərinin Çənlibel məhəlləsi və ətraf ərazilərində yerləşən yaşıllıq sahələrində ağacların suvarılması işlərinə başlayıblar. Eyni zamanda, iştirakçılar aksiya ərzində maarifləndirici broşürlər paylayaraq şəhər sakinlərini aksiyaya qoşulmağa, sudan səmərəli və qənaətlə istifadə etməyə və təbiətin mühafizə olunmasına təşviq ediblər.

Sonda aksiya iştirakçılarına təşəkkürnamə və hədiyyələr təqdim edilib.

Digər xəbərlər

Ən aqressiv tip: dəri xərçəngi ən çox hansı yaşda baş verir?

Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...

“Bütün xəstəliklərə qarşı” kömək edən ədviyyat...

Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...