PDF Oxu

Siyasət

  • 1 091

lCESCO-ya məlumatlar təqdim ediləcək

image

Qərbi Azərbaycandakı mədəniyyət abidələrinin vəziyyəti ilə bağlı lCESCO-ya məlumatlar təqdim ediləcək. SİA xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.Onun sözlərinə görə, Qərbi Azərbaycan ərazisindəki mədəniyyət nümunələri təkcə Azərbaycan xalqı və mədəniyyəti deyil, eyni zamanda İslam dünyasının, ümumilikdə dünya sivilizasiyasının da mirasıdır:"Abidələrin dağıdılması dünya mədəniyyətinə qarşı törədilmiş cinayətdir. Hazırda Qərbi Azərbaycan İcmasında Qərbi Azərbaycan ərazisindəki mədəniyyət abidələrinin dəqiq qeydiyyatı mövcuddur. Biz bu abidələrin mövcud vəziyyəti ilə bağlı beynəlxalq təşkilatlara, o cümlədən lCESCO-ya məlumatlarımızı təqdim edəcəyik. Şübhəsiz, həmin qurumların imkanlarından istifadə etməklə Qərbi Azərbaycanda müsəlman mədəniyyət nümunələrinin dağıdılması prosesinin qarşısını almağa çalışacağıq”.Ə.Ələkbərli bildirib ki, bu yaxınlarda İrəvan şəhərindəki sonuncu Azərbaycan yaşayış məntəqəsi olan Təpəbaşı məhəlləsi, oradakı mədəniyyət abidələri, o cümlədən Abbasqulu Xan İrəvanskinin inşa etdirdiyi Təpəbaşı məscidi ilə bağlı da UNESCO-ya, həmçinin beynəlxalq təşkilatlara müraciət olunub:"Həmin ərazilər, yəni tarixi bölgə statusunu daşıyan yaşayış məntəqəsi və onun ətrafında yerləşən abidələrin dağıdılmasının qarşısının alınması ilə bağlı təcili şəkildə öz səsimizi ucaltdıq”.

Digər xəbərlər