Siyasət

  • 1 333

Azərbaycan nümunəvi ölkələr sırasındadır

image

Demək olar ki, hər il baş tutan və 1971-ci ildən ənənəvi olaraq İsveçrənin Davos şəhərində təşkil edilən və əsas məqsədi mühüm strateji problemlərin və hadisələrin müzakirəsi və həlli istiqamətində iş aparmaqdan ibarət olan Dünya İqtisadi Forumu keçirildi. Ənənəvi olaraq, bu Forumda da böyük siyasi və iqtisadi blokların və ittifaqların maraqlarının toqquşmasının, ayrı-ayrı dövlətlərin və transmilli korporasiyaların bu istiqamətdə bir-birindən kəskin fərqlənən mövqelərinin şahidi oluruq.Digər diqqətçəkən əsas məqamlardan biri də odur ki, öz 52 illik fəaliyyəti boyu bu mötəbər tədbir yalnız iki dəfə Davosdan kənarda təşkil edilib. Bizim üçün böyük qürur hissi doğuran hal ondan ibarətdir ki, bu dünyəvi Forum ABŞ-ın Seatlda və Azərbaycanın - Bakı şəhərində keçirilib. 2013-cü ildə "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyinə dair strateji dialoq" mövzusunda keçirilmiş Dünya İqtisadi Forumu həqiqətən də bu dünyəvi qurumun ölkəmizin iqtisadi inkişafında qazanılmış uğurlara verilən yüksək tarixi bir dəyər kimi qiymətləndirilməlidir.Azərbaycana göstərilən bu yüksək etimad həm də ölkə rəhbərliyinin Dünya İqtisadi Forumunda fəal iştirakı, maraqlı və strateji əhəmiyyət kəsb edən mülahizələrlə zəngin çıxışları, keçirdiyi çoxsaylı və yüksək səviyyəli işgüzar görüşlərin nəticəsi kimi qəbul olunmalıdır.Azərbaycan Prezidentinin Dünya İqtisadi Forumunda ilk iştirakı 1995-ci il yanvarın 27-31-də olub. Ölkəmizin Dünya İqtisadi Forumunda ilk dəfə iştirakı ilə əlaqədar Forum çərçivəsində Azərbaycana həsr olunmuş xüsusi görüş təşkil edilib. Həmin görüşdə Prezident Heydər Əliyev tədbir iştirakçılarına ölkəmiz haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişafı barədə geniş məlumat verib. Ümummilli lider bəyan edib ki, karbohidrogen ehtiyatları ilə zəngin olan Azərbaycan dünyanın inkişafı naminə bu ehtiyatlardan istifadə sahəsində istənilən ölkə ilə qarşılıqlı maraqlara əsaslanan xarici iqtisadi siyasətin tərəfdarıdır. Prezident Heydər Əliyev bəyan edib: "Azərbaycan zəngin neft və qaz yataqlarına və digər təbii ehtiyatlara malik bir ölkə olaraq xarici investorlar üçün, xarici şirkətlərlə əməkdaşlıq üçün beynəlxalq miqyasda qəbul edilmiş prinsiplərə uyğun olaraq dünyaya açıq bir ölkədir".2000-ci il yanvarın 27-30-da Prezident Heydər Əliyev Davosda "Qafqazın və Cənubi Asiyanın perspektivləri: İpək yolu və ya Böyük oyun" mövzusuna həsr olunmuş sessiyada iştirak edib. Həmin səfərdə Ulu öndər qeyd edib ki, Dünya İqtisadi Forumu və Azərbaycan arasında əlaqələrin genişləndirilməsi ölkəmizin iqtisadi gücünün artırılması üçün geniş imkanlar açır.2002-ci ildə Nyu-Yorkda keçirilən beynəlxalq Forumdakı çıxışında Azərbaycan Prezidenti beynəlxalq terrorizmlə birgə mübarizə üçün dünya ölkələrinin güclərinin birləşdirilməsinin vacibliyini vurğulayıb. Beynəlxalq terrorizmin əsas mənbələrindən birinin separatizm olduğunu göstərən Ulu öndər Dağlıq Qarabağ münaqişəsinin timsalında bunun çox mükəmməl şərhini verib.Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda son illərdə müntəzəm olaraq iştirakı, görüşləri bu beynəlxalq qurum və Azərbaycan arasında əlaqələri daha da gücləndirməklə yanaşı, qarşılıqlı münasibətləri keyfiyyətcə yeni bir mərhələyə çatdırıb.Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları cari ilin yanvarın 17-də Dünya İqtisadi Forumunun illik toplantısında artıq 16-cı dəfədir ki, iştirak edir. Uzun illərdir ki, iştirak edib, lakin bir fəaliyyət sərgiləməyən ölkələrdən fərqli mövqe ortaya qoyaraq geniş iqtisadi layihələrə imza atıb. Təsadüfi deyil ki, Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətə başlaması iqtisadi mənada aparılan islahatların ən mühüm tərkib hissəsindədir. Xatırlayıram möhtərəm Prezidentimiz azad iqtisadi zonanın yaradılması zamanı belə qeyd etmişdi:"Bu layihələr Azərbaycanın geosiyasi önəmini böyük dərəcədə artırır. Azərbaycan Avrasiya məkanında regional əməkdaşlıq üçün əvəzolunmaz ölkə kimi öz fəaliyyətini davam etdirəcək".Azad Zona Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə Xəzər hövzəsində ən böyük logistika mərkəzi olaraq fəaliyyət göstərəcəkdir. Yaxın gələcəkdə Azad Zona Avropa, Türkiyə, İran, Rusiya, Çin, Orta Asiya, Yaxın Şərq dövlətləri üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının iqtisadi əhəmiyyətini daha da artıracaqdır. Beləliklə, yeni Bakı limanı Avrasiyanın ən əsas nəqliyyat qovşaqlarından birinə çevrilir.

MEHMAN MUSAYEV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının fəalı

Digər xəbərlər