PDF Oxu

Siyasət

  • 615

8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar şəhid ailələri ziyarət edilib

image

“Konstitusiya və Suverenlik İli” və 8 noyabr - Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı YAP Tərtər rayon təşkilatının Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və rayon təşkilatının əməkdaşları bir qrup şəhid ailərini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.

Ziyarət edilmiş ailələrə ərzaq payı verilmişdir.

Şəhid ailələri Yeni Azərbaycan Partiyasının Sədri, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xoş arzularını ifadə etmişlər.

Digər xəbərlər