Yeni Azərbaycan PartiyasıŞəmkirrayon təşkilatının təşkilatçılığı iləŞəmkir rayonu Məhəmməd Fizuli adına məktəb-liseydə 8 Noyabr Zəfər Günü münasibətilə növbəti tədbir keçirilib.
Tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev,Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, Şəmkir rayonu İcra Hakimiyyətinin, YAP Şəmkir rayon təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və məktəb şagirdləri iştirak etdilər.
TədbirAzərbaycan Respublikasının Dövlət Himninin səslənməsilə başlanıb sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədriFəxrəddin Vəliyev bildirib ki, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərərək düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamları qısa müddətdə darmadağın etdi. Müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu.
Sonra Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxış edərəkqeyd edib ki, bu Zəfər Azərbaycan xalqının gücünü, dövlətimizin qüdrətini bütün dünyaya göstərdi. Dövlət başçımızın diqqət və qayğısı sayəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinin bu bölgənin sosial-iqtisadi dirçəlişini təmin etdiyini bildirib.
Daha sonra çıxış edən Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşovvə digər partiya fəalları bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasəti bu gün Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Bu, böyük hərbi zəfərin və müdrik diplomatiyanın nəticəsidir.
Tədbir daha sonra bədii hissə ilə davam edib.