Siyasət

  • 2 021

Azərbaycan beynəlxalq səviyyədə böyük nüfuza malikdir ŞƏRH

image

Müasir beynəlxalq münasibətlər sistemində milli maraqların təmin olunması hər bir ölkənin və onun liderinin qarşısında duran əsas vəzifələrdən biridir. Milli maraqların təmin olunması, heç şübhəsiz ki, intensiv dialoq və fəal diplomatik münasibətlərdən keçir. Bu mənada, Azərbaycanın çevik, çoxvektorlu, tarazlaşdırılmış və praqmatik xarici siyasəti həm ölkəmizin dünyaya inteqrasiyasını təmin edir, həm də milli maraqların təmin olunmasına xidmət göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən fəal tərəfdaşlıq və əməkdaşlıq diplomatiyası yeni perspektivlər müəyyənləşdirməklə bərabər, eyni zamanda, ölkəmizin dünya iqtisadiyyatına uğurla inteqrasiya etməsinə və beynəlxalq siyasi proseslərdə söz sahibi olan dövlətlərdən birinə çevrilməsinə xidmət edir. Bütün bu proseslər Azərbaycanın artıq beynəlxalq səviyyəli tədbirlərdə qalib ölkə kimi və regionda yeni reallıqların müəllifi kimi çıxış etməsi də özündə mühüm məsələləri birləşdirir. Azərbaycanın da təmsil olunduğu dünya miqyasında nüfuzlu təsisatlardan biri də Davos Dünya İqtisadi Forumudur.Davos Dünya İqtisadi Forumu siyasətçiləri, biznes adamlarını və ictimai təşkilatları bir araya gətirən və dünyada baş verən iqtisadi proseslərin, dünyanın iqtisadi gündəliyinin, habelə ictimai-siyasi proseslərin müzakirə olunduğu ən böyük platformalardan biridir. Forum dünyada gedən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə geniş imkan verir.Davos Dünya İqtisadi Forumu 1971-ci ildən bəri keçirilir və 2021-ci ildə onlayn, 2022-ci ildə isə vaxtı dəyişdirilərək may ayında təşkil olunub. Bu forum hər il yüksək səviyyədə keçirilən tədbirdir. Bu forumun əsas özəlliyi dövlət və özəl sektorun dünya qarşısında duran iqtisadi mövzuları birgə müzakirə etməsidir.İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır.Qeyd edək ki, Davos Dünya İqtisadi Forumu Azərbaycan üçün vacib bir platformadır. Cari ilin yanvar ayının 19-da Azərbaycan qalib ölkə kimi bu foruma qatılmağımız həm siyasi, həm də iqtisadi cəhətdən ölkəmizə böyük töhfə verir. Prezident İlham Əliyevin forum çərçivəsində bölgədə baş verən prosesləri dünyaya çatdırması, keçirdiyi görüşlər işğaldan azad olunmuş torpaqlarımıza yeni investisiya cəlbi baxımdan olduqca önəmlidir.Azərbaycan dünya iqtisadiyyatına uğurla inteqrasiya edir, ölkəmizin təşəbbüsü və liderliyi ilə gerçəkləşdirilən qlobal xarakterli transmilli layihələrin əhəmiyyəti və nəticələri beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Respublikamız həmçinin ikitərəfli və çoxtərəfli münasibətlərini uğurla davam etdirir, yeni əməkdaşlıq platformaları yaratmaqla regional və beynəlxalq işbirliyinə, təhlükəsizliyə müstəsna töhfələr verir. Bununla yanaşı, ayrı-ayrı beynəlxalq qurumlarda təmsil olunan Azərbaycan dünyanın başlıca siyasi, sosial və iqtisadi problemlərinin müzakirəsi üçün strateji platforma olan Davos İqtisadi Forumunda da iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyevin bu mötəbər tədbirdə hər il iştirakı dövlətimizin böyük nüfuz sahibi olmasının göstəricisidir.Qeyd edək ki, cari ilin 19 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edib. Dünayda gedən siyasi-iqtisadi proseslər fonunda nəqliyyat-kommunikasiya məsələlərinin, xüsusilə “Orta Dəhliz” in çox aktual olması fonunda ölkəmizin əldə etdiyi nəaliyyətlər və gələcək prespektivlərini önə çəkən Cənab Prezident bildirib: “Düşünürəm ki, Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. Hesab edirəm ki, istənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır”.Avrasiyanın yeni nəqliyyat və enerji xəritəsini yaradan Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılan strateji əhəmiyyətli layihələr qlobal əhəmiyyətə malikdir, yeni əməkdaşlıq platformalarının formalaşmasını şərtləndirir. Bütün bunlar isə, şübhəsiz ki, Azərbaycanın davamlı və dinamik xarakter daşıyan inkişafını sürətləndirməklə yanaşı, ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini təmin edir, eyni zamanda, regional və beynəlxalq əməkdaşlığın dərinləşməsinə, qlobal təhlükəsizliyə mühüm töhfələr verir. Bütün bunlar da bu gün Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Qələbə və regionda yeni reallıqlardan qaynaqlanır.

Elnarə Mustafayeva
YAP Yasamal rayon təşkilatının sədr müavini

Digər xəbərlər