PDF Oxu

Siyasət

  • 3 277

Qubada Ulu Öndərin yubileyinə həsr edilmiş idman yarışı keçirilib FOTOLAR

Qubada Ulu Öndərin yubileyinə həsr edilmiş idman yarışı keçirilib FOTOLAR

“Heydər Əliyev ili” çərçivəsində Quba rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş idman yarışması keçirilmişdir.Tədbirdə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri Fidan Xanım Hüseynova,3 saylı Ərazi Vergilər İdarəsinin rəisi Ziya Ağagülov,Gənclər və İdman idarəsinin rəisi Mustafa Nöhbalayev, ətraf rayonları təmsil edən idmançılar iştirak edirdilər. Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyev və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Tədbirdə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin və YAP Quba rayon təşkilatının sədri Fidan xanım Hüseynova cıxış edərək Azərbaycanın müstəqillik qazandığı ilk illərdə Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu idman siyasətinin uğurlarından, Prezident İlham Əliyevin idmana, idmançılara və bu sahədə çalışan mütəxəssislərə göstərdiyi böyük diqqət və qayğıdan danışdılar. Qeyd olundu ki,bu yarışların keçirilməsində əsas məqsəd Ulu Öndərin əziz xatirəsini daim yaşatmaqdan, eləcə də idmanın kütləviliyinin artırılması, gənclər arasında sağlam həyat tərzinin təbliği yönündə aparılan dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə rayonda keçirilən idman yarışlar,eləcə də digər tədbirlər haqqında məlumat verərək idmançılara uğurlar arzuladılar. Daha sonra gənc taekvandoçuların maraqlı çıxışları izlənilib və qaliblər müəyyənləşib. Sonda qaliblərə fəxri fərmanvə medallar təqdim olunub.

Digər xəbərlər