Siyasət

  • 1 313

Ermənilərin vəhşi toplum olduğu beynəlxalq sənədlərdə təsdiqini tapır TƏHLİL

image

Ermənilər bütün dövrlərdə Azərbaycana qarşı ən amansız işğalçılıq siyasəti həyata keçirib. Bu zaman yüz minlərlə insan qətlə yetirilib, on minlərlə yaşayış məskəni dağıdılaraq viran olunub. Bu vəhşi toplum ərazilərimizi dağıdıb talan etməklə yanaşı, həm də mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə göz dikiblər, onları oğurlayıb özününküləşdirməyə çalışıblar. 30 illik işğal zamanı erməni - daşnak terrorçu dəstələri bütün tarixi memarlıq nümunələrini, abidələrini, yaşayış binalarını dağıtmışlar. Hər yeri xarabazarlığa çevirmişlər. Artıq Azərbaycan 44 günlük Vətən müharibəsində parlaq Zəfər qazanmaqla yolumuzu gözləyən yurd yerlərimizdə abadlıq-quruculuq işləri həyata keçirilməkdədir. Lakin yaralar sağalmır. Yüz illər keçsə belə, erməni vəhşi toplumunun Azərbaycan xalqına qarşı vurduğu zərəri, barbar əməlləri unutmayacaq. Bəlkə də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq. Eləcə də müəyyən sahələrdə formal da olsa görüşlər olacaq, gediş-gəliş baş verəcək. Lakin heç bir azərbaycanlı erməni vəhşilərinin törətdikləri qətliamları, vandalizm aktlarını unutmayacaqlar. Düşünürəm ki, biz bir millət olaraq harada yaşamağımızdan və ya xarici ölkələrə təhsil almağa, istirahət etməyə, iş qurmağa gedərkən erməni toplumunun Azərbaycan ərazilərinə köçürülən toplum olduğunu və özlərinə oyuncaq dövlət yaratdıqdan sonra himayədarlarından aldıqları hərbi, siyasi dəstək hesabına xalqımıza və dövlətimizə vurduqları sağalmaz yaralardan bəhs etməli, açıq və aydın mövqeyimizi ortaya qoymalıyıq. Tarixdə heç zaman erməni milləti olmayıb. Həmçinin, Ermənistan adlı ərazi vahidinə heç bir ciddi qəbul edilən sənədlərdə rast gəlinməyir. Ermənistan sözü 1921-ci ildə Sovet Rusiyasının İrəvan quberniyası ərazisində yaratdığı ərazinin adıdır. Ondan əvvəl “Ermənistan” adı məlum deyil. Lakin tarixən “erməni” etnonimi ermənilərin özünü adlandırması olan “hay” etnonimi ilə üst-üstə düşmür. Haylar Ərməniyyədə - indiki Ermənistan ərazisində heç vaxt etnik çoxluq təşkil etməmişdir. Ermənilərin Ermənistan adlandırdıqları “Hayastan” adı XX əsrin 20-ci illərində yaranmışdır. Tarixdə qeyd edilir ki, ermənilərin əcdadları XII əsrdə Balkan yarımadasından gələrək Kiçik Asiyanın şərqində, Hayasa və Arm əyalətlərində məskunlaşmışlar. XV əsrin ikinci yarısından etibarən Eçmiədzin kilsəsi məskunlaşdıqları həmin əraziləri müxtəlif vasitələrlə azərbaycanlılardan almağa nail oldular. 1747-ci ildə Nadir şahın ölümündən sonra, xanlıqların yarandığı dövrdə İrəvan mahalını Hüseynəli xan idarə edirdi. 1410-cu ildən 1828-ci ilədək İrəvan xanlığını idarə edən 49 türk-azərbaycanlının adı Hovanıs Şahxatunanın tərtib etdiyi siyahıda öz əksini tapmışdır. Fransız missioneri İzriut Monye İrəvanda olanda əhalini siyahıya alarkən qeyd etmişdir ki, XVII əsrin ikinci yarısında İrəvanda yaşayan 4 min nəfər əhalinin 1000 nəfəri ermənidir. 1827-ci ildə rus qoşunları İrəvan qalasını alanda burada əhalinin 74 faizini azərbaycanlılar təşkil edirdi. Qalan 26 faizi isə “boşa” adlanan xristian qaraçılarından, assorilərdən, yezidi kürdlərdən digər millətlərdən ibarət idi. 1829-cu il Ədirnə müqaviləsindən sonra keşiş Baqratuninin başçılığı ilə Ərzurumdan, Qarsdan 90 min erməni İrəvana Qafqazın başqa ərazilərinə gətirildi. 1828-ci ilin yazında isə Qriboyedovun rəhbərliyi ilə 50 min erməni Təbrizdən, Xoydan və b. ərazilərdən köçürülüb Qarabağda, Göycə mahalında yerləşdirildi. Buna qarşı səsini ucaldan azərbaycanlılar cəzalandırıldılar.

Tərəqqipərvər xalqlar erməni vəhşiliyindən dəhşətə gəlib

Əldə olunan sənədlərə istinadən qeyd olunur ki, 1826-1828-ci illərdə İrəvan xanlığı ərazisində 420-yə qədər azərbaycanlı kəndi dağılaraq yer üzündən silinmişdir. 1905-1920-ci illərdə indiki Ermənistan ərazisində 1000-ə yaxın azərbaycanlı kəndi viran edilmiş, əhalisi soyqırıma məruz qalmışdır. 1918-ci ilin martına qədər İrəvan quberniyasında 198 kənd, 1919-cu ilin son iki ayı ərzində Üçkilsə (Eçmiədzin) və Sürməli qəzalarında 34 kənd, İrəvan qəzasında Zəngibasardan başqa bütün azərbaycanlı kəndləri talan olunmuş, dağılmış və yandırılmışdır. Ermənilər 1918-1920-ci illərdə ADR-in tərkibində olan Zəngəzur, Göycə, Dərələyəz, Qaraqoyunlu mahallarını, eləcə də bir sıra başqa əraziləri zorla öz torpaqlarına qatmaqla 29,8 min. kv. km-lik qondarma “Ermənistan dövləti”nə nail oldular. 1920-ci ildə bu torpaqlara yiyələnən ermənilər 1921-ci ildə Dağlıq Qarabağı da Ermənistana birləşdirmək istədilər. Onların belə fəallığına Nəriman Nərimanov mane oldu. Təkcə 1935-ci ildən 1988-ci ilin avqustuna qədər Ermənistan Ali Sovetinin müxtəlif fərmanları ilə bu ərazidə olan 994 yaşayış məntəqəsindən 517 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilmişdir. Ali Sovetin fərmanı əsasında addəyişmə əməliyyatı 1935, 1938-39, 1940, 1946, 1950, 1957, 1962, 1967, 1969, 1977-78, 1980-cı illərdə düşünülmüş şəkildə həyata keçirilmişdir. Beləliklə, son 200 ildə indiki Ermənistan ərazisindən 2 mindən artıq Azərbaycan coğrafi adlarını müxtəlif yollarla – rəsmi köçürmə, silah gücü ilə yerlərindən çıxarmaqla, soyqırım törətməklə, kəndləri yandırıb əhalini məhv etməklə siyahıdan – xəritədən silməyə nail oldular. Azərbaycan SSR XKS-in 20 yanvar 1940-cı il tarixli 57 saylı qərarına əsasən, təkcə 1940-cı ilin üç ayı ərzində Azərbaycana yalnız RSFSR-dən 3370 nəfər “fəhlə qüvvəsi” adı altında köçürülərək Bakıda iş və mənzillə təmin olunmuşdur. SSRİ XKS nəzdində iqtisadiyyat şürasının sədri A.Mikoyanın xüsusi canfəşanlığı və tapşırığı ilə 3370 nəfərdən 3220-si respublika əhəmiyyətli təsərrüfat idarələrində “əsasən rəhbər vəzifələrə təyin edilmişdir”. A.Mikoyanın razılığı əsasında Bakıda yaradılmış köçürülmə şöbəsinə başçılıq edən N.Mirzoyan fürsəti əldən verməyərək “əzabkeş”, “başı min bir bəlalar çəkmiş” ermənilərin də Bakıda mənzil və işlə təmin edilməsinə əlverişli şərait yaratmışdır. Fəaliyyət göstərən şöbə 1940-cı ilin ikinci rübündə DQMV-dən 1440 erməninin Bakıya köçürülməsinə şərait yaratdı. Həmin illərdə Azərbaycanın şəhər, qəsəbə, rayon və kəndlərindən Bakıda qeydiyyata düşmək dövlət səviyyəsində qadağan olunmuşdu. A.Mikoyanın göndərdiyi məktuba əsasən, 1941-ci ildə 211 nəfər Stalinqraddan, Rostovdan Rusiyanın digər bölgələrindən Azərbaycana köçürülmüşdür. 1941-ci ilin sonlarında SSRİ XKS nəzdində köçürmə idarəsinin rəisinə göndərilən məktubda Rusiyanın ayrı-ayrı bölgələrindən 354 ailə Əli Bayramlı, Xaçmaz rayonlarında yerləşdirilmişdir. 1942-ci ildə Dağıstandan 900 ailə Azərbaycana köçürülmüşdür. Köçürülənlər, əsasən, ruslar, ermənilər və Dağıstandan gələnlər idi. Xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi fürsətini əldən verməyən ermənilər ilk dəfə 1943-cü il 28 noyabr- 1 dekabrda SSRİ, ABŞ və İngiltərənin iştirak etdiyi Tehran konfransı zamanı əldə etdilər. Konfrans ərəfəsində hiyləgər erməni diasporunun rəhbərləri ölkənin xarici ilşlər naziri V.M.Molotovla əlaqə yaratmış, xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi üçün Sovet dövləti başçısının razılıq verməsini xahiş etmişlər. Molotov elə oradan Stalinlə telefon danışığından sonra onun razılığını almışdır. Məkirli ermənilərə elə bu lazım idi. 1945-ci ilin aprelində dünya ermənilərinin patriarx-katalikosunun müavini Georq (Çeorskiyan) ərizə ilə Stalinə müraciət edərək dünya ermənilərinin dini mərkəzi olan Eçmiədzin monastırının fəaliyyətinə icazə verməsi üçün razılıq istəyir. Aprelin 19-da Stalin öz xətti ilə “razıyam” yazandan sonra SSRİ XKS 1945-ci ilə noyabrın 21-də xüsusi qərarında xaricdən ermənilərin gəlməsinə razılığını bildirmişdir. 1946-cı ilin yanvarında 130 min erməni Ermənistana köçmək üçün Moskvaya müraciət edir. Artıq 1946-cı ildə Suriya, Yunanıstan, Livan, İran, Bolqarıstan və Rumıniyadan 50,9 min nəfər,1947-ci ildə Fələstin, Fransa, ABŞ, Yunanıstan, Misir və Livadan 35,4 min erməni Ermənistan torpaqlarında yerləşdirilir. Bununla kifayətlənməyən ermənilər və Ermənistan KP MK- nın birinci katibi Q. Arutyunov yaranmış vəziyyəti əldən verməyərək 100 min azərbaycanlı əhalinin azərbaycana köçürülməsinə Stalinin razılıq verməsini xahiş edir. A.Mikoyanın canfəşanlığının nəticəsində erməni lobbisi azəri-türklərin yaşadıqları dədə-baba yurdlarından Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi üçün zəmin hazırlanmasına nail oldu. 1945-ci il oktyabr 20-də SSRİ XKS 2264 saylı qərar qəbul etmişdir. Bu azmış kimi Q. Arutyunov 1945-ci ilin 28 noyabrında Qarabağın Ermənistana birləşdirilməsi təklifini ÜİK /b/ PMK-nın sərəncamına verdi. Stalin həmin məktubu Malenkova, o isə öz növbəsində cavab üçün onu Azərbaycan rəhbərliyinə göndərdi ki, Ermənistan K/b/ PMK-nın təklifinə öz münasibətini bildirsin. Azərbaycan hökuməti 1945-ci il dekabrın 10-da 330 saylı sənədlə göndərilən cavabında erməni hökumətinin irəli sürdüyü bütün iddialarının əsassız olduğunu göstərdi. M.Bağırov qeyd etmişdi ki, Qarabağın ərazisi Qarabağ xanlığının ərazisində olmuşdur və xanlığın mərkəzi də Pənahabad - Şuşa idi. Bu qala Qarabağ xanı Pənah xan tərəfindən tikilmişdir. 1826-cı ildə bu xanlıq çar Rusiyasına birləşdirildikdən sonra indiki Qarabağın ərazisi Yelizovetpol quberniyasının Şuşa, Cavanşir, Füzuli və Qubadlı qəzalarının tərkibində idi. 1918-1920-ci illərdə bütün Qarabağ ərazisində mərkəz Şuşa olmaqla Qarabağ general-qubernatorluğu təşkil edildi. Daşnak bandaları Şuşa və digər şəhərləri dağıdıb oda qərq etdilər.

Stalin rejimi Qarabağda separatizmin əsasını qoymağa nail oldu

1923-cü ildə Qarabağın dağlıq hissəsinin – ermənilərin çox olduğu yerin Ermənistana birləşdirilməsi məsələsi ortaya atıldı. Bu ərazinin Ermənistanla ümumi əlaqəsi olmadığına və bura Qubadlı, Laçın, Kəlbəcər, Dəstəfur rayonları ilə ayrı olduğuna, burada əhali azərbaycanlılardan ibarət olduğuna görə Azərbaycan MİK-nın 1923-cü il 7 iyul tarixli dekreti ilə mərkəz Xankəndi vilayət yaradıldı. Qarabağ ərazisi cəhətdən Ermənistanla heç vaxt yaxın olmayıb. M.Bağırov ÜİK/b/ PMK-nın nəzərinə bunları çatdırdı ki, Qarabağın Ermənistana daxil edilməsi məsələsinə baxarkən, eləcə də əhalinin əksəriyyəti azərbaycanlılardan ibarət olan və bizim sərhədlərə yaxın olan Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının tərkibinə qatılması məsələsinə də baxılsın. UİK/b/ PMK-dan xahiş olunurdu ki, bu məsələlərə də baxılsın. Gürcüstan hökuməti də Azərbaycanın Balakən, Zaqatala və Qax rayonlarının onlara verilməsi məsələsini qaldırır. Bu bölgədə 79 min əhalidən 9 mini gürcü-inqiloylardır. Biz bunun baxılmasına da etiraz etmirik. O halda ki, Gürcüstanın tərkibində olan Borçalı rayonunun Azərbaycana birləşdirilməsinə baxılsın. Keçmişdə Azərbaycanın tərkib hissəsi olmuş Bakı quberniyasına daxil olan Dərbənd və Qasımkənd ərazilərini Azərbaycanın tərkibinə daxil edilməsi məsələsinə də baxasınız. Onlar maldarlıqla məşğul olur və ilin 9 ayını bizim ərazidə olurlar. M. Bağırovun bu əsaslı cavabı çoxlarını susdurdu. Irəli sürülən bu şərtlər, Ermənistan bir yana, heç mərkəzi də təmin edə bilmirdi. Artıq ermənilər yaşayış məntəqələrini siyahısını əvvəlcədən hazırlamışdılar. Azərbaycanlıları əsasən İrəvan şəhəri və ona yaxın olan rayonlar – Əştərək, Zəngibaşar, Eçmiədzin, Oktenberyan, Qəmərli (yeni adı Artaşat), Qarabağlar, Vedi, Axta (Razdan), Əzizbəyov və s. rayonlara daxil etmişdilər. Mikoyan-Stalin-Arutyunov sövdələşməsi SSRİ NS-in “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarı ilə nəticələnir. Bu, xalqımıza qarşı ən ağır zərbə, əsil represiya idi. Ermənistandan 100 min əhalinin köçürülməsi ilə bağlı tədbirlər planı - ən mühüm məsələ yalnız 2 ay 18 gündən sonra – 10 mart 1948-ci il tarixdə SSRİ NS-in “Ermənistan SSR ərazisində kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” 754 saylı qərarında öz əksini tapmaqla şərh edilmişdir. Bu qərara əsasən, 1948-1953-cü illərdə “könüllülük” adı altında azərbaycanlıların indi Ermənistan adlanan qədim oğuz yurdlarından köçürülməsinə başlanıldı. Erməni millətçiləri üçün kolxozçuların iriləşdirilməsi, perspektivsiz kəndlərin ləğv olunması kampaniyasının başlanması nəzərdə tutulan işi həyata keçirmək rolu oynadı. Qərarda göstərilirdi ki, 100 min kolxozçu əhali Kür-Araz ovalığına köçürülsün. Onlardan 10 min nəfəri 1948-ci ildə, 40 mini 1949-cu ildə, 50 min nəfəri isə 1950-ci ildə köçürülmüşdür.

Qərbi Azərbaycandan azərbaycanlıların köçürülməsi

Azərbaycan hökumətinin 1948-ci il 13 may tarixli qərarına görə, Ermənistandan, Yerevan şəhərinin Stalin və Spandaryan rayonlarından, həmçinin Basarkeçər, Vedi, Artaşat, Noemberyan, Oktemberyan, Zəngibasar və digər bölgələrindən 12177 nəfərin Azərbaycan Respublikasına köçürülməsi planlaşdırılmışdı. Əhalinin 6215 nəfərini Kür-Araz ovalığında, 5962 nəfərini isə Azərbaycanın digər bölgələrində yerləşdirmək nəzərə alınmışdır. Köçürülənlər Bakı şəhərinin Əzizbəyov, Voroşilov rayonlarında, eləcə də Gədəbəy, Xanlar, Quba, Bərdə, Ağstafa, Ucar, Ağcabədi, Salyan rayonlarının kəndlərində yerləşdirilməli idilər. Öz ata-baba yurdları olan Ermənistandan Azərbaycanı Kür-Araz ovalığına ilk köçürülənlər 1948-ci ilin iyun ayının əvvəllərində gəlirlər. İlk köçürülən Azərbaycanlı ailəsi indiki Beyleqan rayonundakı sovxozlarda yerləşdirilmişdir. Onlar sovxoz rəhbərliyi tərəfindən miçətkənlə, həmçinin torpaq sahəsi və əkin üçün toxumla da təmin olundular. 1948-ci ilin yazınadək deportasiyanın ilk qurbanlarından 320 ailə Salyan, 140 ailə Saatli, 545 ailə Sabirabad, 260 ailə Əli Bayramlı, 150 ailə Puşkin, 75 ailə Ağcabədi, 100 ailə Xilli rayonlarının quru çöllərində, susuz səhralarında, ilan mələyən düzənliklərdə yaşamağa məcbur edildi. Bu, 6400 nəfəri birləşdirən 1590 ailə idi. Həmin ilin yay aylarında deportasiya olunanların ikinci dəstəsi indiki Ermənistandan doğulub boya-başa çatdıqları doğma torpaqlarından köçürüldülər. Bunlardan 12177 nəfər Azərbaycana pənah gətirdi. 1949-cu il noyabrın 25-də Ermənistan ərazisini bir neçə rayonundan 2500 nəfər Azərbaycana deportasiya edildi. Beləliklə, 1949-cu ildə Ermənistandan azərbaycanlı əhali kütləvi şəkildə Kür-Araz ovalığındakı Zərdab, Əli Bayramlı, Kürdəmir, Mingəçevir, Salyan, Yevlax və digər rayonlara köçürülür.

1948-1953-cü illərdə 180 min azərbaycanlı zorla öz tarixi- etnik torpaqlarından deportasiya edildi

O dövrdə Ermənistanın dağlıq rayonlarından köçürülən azərbaycanlılar doğma yurdlarının təbii şəraitinə uyğun olan Qarabağ ərazisində yerləşdirilsəydi, faciəli ölüm halları olmaz, həm də bugünkü faciələrimizin kökü elə o zaman kəsilərdi. Lakin bu, belə olmadı. Təəssüf ki, ermənilər Azərbaycanda bütün sahələrdə işlə təmin olundular. Onlar zaman-zaman fürsət düşdükcə azərbaycanlılara qarşı millətçi və terrorçu siyasətlərini davam etdirmişlər. Ermənilərin “türksüz Ermənistan” siyasətinin bir mərhələsi olan 1948-1953-cü illərdə 180 min azərbaycanlı zorla öz tarixi- etnik torpaqlarından deportasiya edildi. Amma Azərbaycan xalqı 1948-1949-cu illərdə və eləcə də sonrakı dövrlərdə ermənilər tərəfindən deportasiyaya məruz qalmış və bu işi 1988-ci ildə yenidən bir daha həyata keçirdilər. Bu, bizim xalqımıza qarşı edilən yeni bir ədalətsizliyin nəticəsidir. Düşünülmüş şəkildə ermənilərin törətdikləri etnik təmizləmə ardıcıl şəkildə tarix boyu davam etmişdir. Təəssüflər olsun ki, biz tarixin müxtəlif mərhələlərində belə hadisələri dərindən dərk etməmiş və xalqımıza edilən haqsızlıqlara qarşı öz səsimizi vaxtında və qədərincə qaldırmamışıq. Məhz bunların nəticəsində 1988-ci ildə erməni daşnak ünsürləri öz rəhbərlərinin tapşırığını yerinə yetirərək xalqımıza qarşı təcavüz etdilər. Öz yurdlarından zorla qısa müddətdə çıxarıldılar. Ermənistan adlanan ərazinin çox hissəsi azərbaycanlıların əsrlərlə yaşadıqları doğma diyar olmuşdur. Bu, ərazidə yaşayan azərbaycanlıların tədricən çıxarılmasına və 1988-ci ildə Ermənistanın Azərbaycana hərbi təcavüzünün başlanmasına gətirib çıxardı. Bütün bu fəlakətlər o zamankı Azərbaycan rəhbərlərinin qorxaqlığı öz vəzifələrindən möhkəm yapışmaları nəticəsində baş verdi. Ədalətsizlik və işğal siyasəti yalnız 2020-ci il 27 sentyabrdan başlayan və 44 gün davam edən Vətən müharibəsi ilə başa çatdı. Artıq ağrılı-acılı günlər arxada qalıb. Qalib Azərbaycan xalqı dağıdılmış ərazilərimizdə quruculuq abadlıq işlərini həyata keçirməkdədir. Yaxın vaxlarda bütün keçmiş qaçqın və məcburi köçkünlər öz doğma yurd yuvalarına qayıdacaq və Qarabağın hər bir guşəsi əbədi rahatlıq tapacaq.

İ.ƏLİYEV

Digər xəbərlər