PDF Oxu

Siyasət

  • 1 524

Rusiya Dövlət Dumasının deputatı: “Bizim aramızda problemlərin yaranması düşmənlərin xeyrinədir” - RƏY

image

İrina Rodnina: “Ölkələrimizi təkcə keçmiş deyil, həm də bu gün və gələcək birləşdirir. Son vaxtlar əlaqələrimizin gələcək inkişafı üçün çox işlər görülüb. Və bu kurs davam etdirilməlidir, hər kəs üçün faydalıdır”

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədr müavini (hakim “Vahid Rusiya” fraksiyasından) İrina Rodnina Rusiya-Azərbaycan münasibətlərindəki mövcud vəziyyəti “Moskva-Baku” portalına şərh edib. Deputatın fikirlərini oxucularımıza təqdim edirik.

- Deyə bilərəm ki, ən mehriban ailədə belə bəzən gərginlik olur. Əminəm ki, Rusiya və Azərbaycan ümumi anlaşmaya gələcəklər. Biz görürük ki, bizim problemlərimizin yaranması bir çox düşmənin xeyrinədir. Vəziyyətə baxmayaraq, biz bu mərhələdən inşallah, bu və ya digər dərəcədə ağrısız keçəcəyik.

Xalqlarımız arasında sadə insani münasibətlər çox əhəmiyyətlidir. Onlar olub, var və olacaqlar. Azərbaycanda çoxlu dostlarım var. İndi Rusiya-Azərbaycan münasibətlərində yaranmış vəziyyətlər, şübhəsiz ki, bizim əlaqələrimizə, uzunmüddətli perspektivdə, qlobal mənada dostluğumuza heç bir şəkildə təsir etməyəcək. Çünki səmimi, mehriban, həqiqi, insani münasibətlərdir.

Ölkələrimizi təkcə keçmiş deyil, həm də bu gün və gələcək birləşdirir. Mən çox vacib bir şey deyəcəyəm: ölkələrimiz arasında çoxlu yarımçıq iş var, bunlar dövlətlərimizin, regionun strateji maraqlarına, sadə insani münasibətlərin maraqlarına cavab verən biznesdir. Son vaxtlar əlaqələrimizin gələcək inkişafı üçün çox işlər görülüb. Və bu kurs davam etdirilməlidir, hər kəs üçün faydalıdır.

İndi Rusiya ilə Azərbaycan arasında baş verənlər xoşagəlməzdir. Lakin bu, yekun nəticə deyil. Qarşılıqlı anlaşma, həll yolları axtarışı və barışıq gələcək.

Vladimir Vladimiroviç Putinlə İlham Heydəroviç Əliyev arasında çoxillik yaxşı münasibətlərin olması hamı tərəfindən təsdiqlənəcək.

Heydər Əliyeviç Əliyev təkcə Sovet dövründə deyil, həm də Rusiya ilə Azərbaycan arasında münasibətlərin müasir tarixində Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsinə böyük töhfə vermiş, onların inkişaf vektorunu qoymuşdur. 2023-cü ildə Moskvada - Dövlət Dumasında və Federasiya Şurasında Rusiya və Azərbaycan Heydər Əliyevin anadan olmasının 100 illiyini təntənəli şəkildə qeyd etdilər.

Son illər əlaqələrimizin inkişafını çox müsbət səciyyələndirmək olar. Bunlar strateji əlaqələrdir. 2022-ci ildə Rusiya və Azərbaycan Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalayıblar. Son dərəcə vacib sənəddir. Və buna əməl etməyə çalışırıq.

Onu da deyə bilərlər ki, biz MDB üzvü olan dövlətlər arasında Gənc Həmvətənlərin Beynəlxalq Oyunlarını, Beynəlxalq Məktəbli İdman Festivalını keçiririk. Azərbaycanlı uşaqlar gəlir. Biz onları həmişə səbirsizliklə gözləyirik, Azərbaycan nümayəndələrini həmişə səbirsizliklə gözləyirik. Biz ümumi dostluğumuzu qoruyub saxlamalıyıq. Rusiya Azərbaycanda qış idman növlərinin inkişafında fəal iştirak edir. Bu, yalnız dostluğumuzu və qarşılıqlı əlaqələrimizi gücləndirəcək perspektivli sahədir.

Tərcümə - Elçin

Digər xəbərlər