Siyasət

  • 1 599

"Azərbaycan antiterror əməliyyatları keçirə bilər" MÜNASİBƏT

image

“Son dövrlər Qərb platformaları çərçivəsində Ermənistan - Azərbaycan arasında danışıqların müəyyən qədər irəliləməsi razılaşmaların imzalanmasına ümidlərin formalaşması və Ermənistanın nəhayət ki, Azərbaycanın 86,6 min kvadrat kilometr sərhədlər daxilində ərazi bütövlüyü və dövlət suverenliyini tanıması haqda bəyanatı Qarabağdakı separatçı qüvvələrin və bu qüvvələr üzərindən özlərinin bölgə maraqlarını həyata keçirmək istəyən gücləri ciddi şəkildə narahat edib”. Bunu politoloq Anar Əliyev "Səs" qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, sülh müqaviləsinin imzalaması ətrafında müzakirələrin getdiyi bir vaxtda Azərbaycanın Qarabağ bölgəsindəki separatçı qüvvələrin aktivliyi müşahidə olunur: “Bu, həm ayrı-ayrı "bədnam" qurumun rəhbərləri, liderləri tərəfindən səslənən bəyanatlarda da, eyni zamanda, bir neçə gündür separatçılar tərəfindən həyata keçirilən hərbi təlimlərdə də özünü göstərir. Təəssüflər olsun ki, bu addımlar və proseslərlər rus sülhməramlı qüvvələrin gözü qarşısında baş verir. Əslində, bölgədəki qanunsuz silahlı birləşmələrin tərksilah edilib Azərbaycan ərazisindən çıxarılması və son olaraq erməni azlığı ilə azərbaycanlılar arasında reinteqrasiya prosesinə və sülhün davamlılığının təmin olunması istiqamətində fəaliyyət göstərməli olan sülhməramlı qüvvələr terrorçuların hazırlanması prosesini müşahidə edirlər. Hətta bəzi hallarda bu prosesdə iştirakçı kimi də çıxış edirlər. Bu isə onun göstərir ki, rus sülhməramlı qüvvələrin bölgədə narazılığın aradan qalxması cəmiyyətlərarası erməni azlığı ilə Azərbaycan cəmiyyəti arasında reinteqrasiya prosesinin getməsində maraqlı deyillər. Əksinə, mümkün qədər dinc sakinlərin separatçı qüvvələr və terrorçuların girovunda qalmasına çalışırlar. Mümkün qədər dinc sakinlərin iradəsinə separatçı qüvvələrin təsir etmək imkanlarının artırılmasına xidmət edirlər. Bu isə Rusiya sülhməramlı qüvvələrinin 2025-ci ildə başa çatacaq fəaliyyət müddətindən sonra talelərinin necə olacağı ilə bağlı məsələyə aydınlıq gətirmiş olur. Yəni, Azərbaycan artıq özünün sərt və qətiyyətli mövqeyini ortaya qoyub ki, Rusiya sülhməramlı qüvvələri məqsədlərə xidmət etməyib və heç bir müsbət nəticələr əldə olunmayıb. Ona görə də, 2025-ci ildən sonra bölgədə onların fəaliyyətinin uzadılması ciddi sual altındadır. Digər tərəfdən, bu, həm də Azərbaycanın 23 aprel tarixində Laçın yolunun Ermənistanla sərhəd hissəsində təchiz etdiyi sərhəd buraxılış məntəqəsindən sonra öz sərhədlərimiz daxilində bütün ərazilərimizdə dövlət suverenliyinin təmin edilməsi istiqamətində addımların atılması prosesi bir qədər də aktuallaşdırıbdır. Hesab edirəm ki, bu, Azərbaycanın beynəlxalq hüquqla tanınan haqlarıdır”.
A.Əliyev onu da bildirdi ki, istənilən suveren dövlət öz əraziləri daxilində qanunsuz silahli birləşmələrə, terrorçulara qarşı antiterror əməliyyatı həyata keçirmək hüququna sahibdir: “Azərbaycanın da bu hüququ heç bir güc və dövlət tərəfindən məhdudlaşdırıla bilməz. Azərbaycan hümanist davranış nümayiş etdirərək həmin şəxslərin Azərbaycanın dövlət suverenliyinə təhdid törədən güclərin, birliklərin ərazidən xoşluqla çıxarılmasına zaman tanıyır, amma bu zaman təbii ki, sonsuzluğa qədər davam edə bilməz. Eyni mövqe, eyni proseslər davam edəcəksə, Azərbaycan antiterror əməliyyatları həyata keçirmək hüququndan istifadə edərək bölgədə qısa müddətli, sürətli, çevik əməliyyatlarla ərazilərimiz daxilində separatizmin, terrorizmin kökünü birdəfəlik kəsmək məcburiyyətində qalacaqdır. Rus sülhməramlı qüvvələrin mövcudluğuna arxayın olan terrorçular da əmin olsunlar ki, bu əməliyyatların qarşısını heç bir güc, eləcə də, rus sülhməramlı qüvvələrin ala bilməz. Ümumiyyətlə, bu əməliyyatlarda rus sülhməramlı qüvvələri tərəf kimi çıxış edə bilməz. Buna görə də, rus sülhməramlı qüvvələri bu prosesdə terrorçuların qorunmasında qaranti rolunda çıxış etməsi də mümkün deyil”.

GÜLYANƏ

Digər xəbərlər