Erməni vəhşiliyi, qəddarlığı yüz illər keçsə də, Azərbaycan xalqının yaddaşından silinməyəcək. Ola bilsin ki, diz üstə olan Ermənistan ayaqda qalmaq üçün Azərbaycanla sülh müqaviləsi imzalasın. Ola bilər ki, ermənilər xaraktercə satqın və xəyanətkar millət olduqlarından yaşamaq üçün millətimizə yarınsınlar, lakin onlara üz vermək, yaxına buraxmaq əsla olmaz. Tarixin müxtəlif dövrlərində ermənilərin millətimizə qarşı törətdiyi terror və soyqırımı siyasətini unutmaq keşmişin səhvlərindən nəticə çıxarmamaq, gələciyinə şübhə ilə baxmaq deməkdir. Son iki yüz ildə erməni vəhşiliyi nəticəsində iki milyondan çox azərbaycanlı öldürülüb, yüz minlərlə insan şikəs edilib, evi-eşiyi dağıdılıb, yurd-yuvası viran olunub. 1905-1906-cı illərdə, habelə 1918-1920-ci illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və digər ərazilərimizdə dinc əhalimiz soyqırıma məruz qalıb. Yüz minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilib, olmazın Bakı hadisələri ilə, demək olar ki, eyni vaxtda Şamaxıda da azərbaycanlıların soyqırımı baş vermişdi. Şamaxı əhalisinin yatmasından istifadə edən erməni terror dəstələri şəhərin artilleriya atəşinə tutulması ilə başlayan silahlı hücumdan və ardınca törədilən yanğınlar, dağıntılar və azərbaycanlı dinc əhaliyə qarşı dəhşətli qəddarlıqlardan sonra Şamaxı külə çevrilmişdi. Ermənilər tərəfindən Şamaxı Cümə Məscidinə doldurulan dinc insan od vurularaq yandırılır. Yazılı mənbələrə görə, məsciddə yanan insanların ah-naləsi göylərə yüksəlib, yüzlərlə metr aralıdan qışqırıq, fəryad sələri eşidilib. Bu qırğınlar zamanı 12 min şamaxılı öldrülüb, yaralanıb, ev-eşiyindən məhrum olunub. Ümumilikdə 1918-ci ilin mart-iyul aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni mütəşəkkil silahlı dəstələri 150 mindən çox azərbaycanlını qətlə yetirmişlər. Şamaxının 110 kəndi, Qubanın 167 kəndi, Qarabağın 150-dən çox kəndi, Qars vilayətinin 98 kəndi, tarixi Azərbaycan şəhəri olan İrəvan şəhərinin 199 kəndi yerlə-yeksan edilmiş, 132 min azərbaycanlı məhv edilmişdir.
Beynəlxalq birlik erməni vəhşiliyinə susur
1905-1906-cı illərdə Bakıda, Naxçıvanda, İrəvanda, Zəngəzurda, Gəncədə və Cənubi Azərbaycanda bu qırğınlar davam etmişdir. Erməni daşnaq quldur dəstələri 1905-ci il noyabrın 28-də Qarabağ bölgəsinin şəhər və kəndlərini yandıraraq, uşaqlara, qadınlara və qocalara qarşı görünməmiş vəhşiliklər törətmişlər. Erməni quldur dəstələri yalnız Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında 75-ə qədər Azərbaycan kəndini, İrəvan və Zəngəzur quberniyalarında isə 200-dən çox yaşayış məntəqəsini dağıtmış əhalini vəhşicəsinə qətlə yetirmişlər. 1905-ci il fevralın 5-də erməni terrorçu dəstələri Bakı qəzası Sabunçu kəndinin sakini Ağarza Babayevi öldürmüşlər. Qətl iğtişaş yaratmaq məqsədilə törədilmişdir. Elə həmin gün erməni quldur dəstələri realnı və texniki məktəblərin 7-ci sinif şagirdləri Yakov Lebedivi və İvan Volkovu öldürmüşlər. Erməni alimi C.Libardyanın yazdığına görə, üç il ərzində (1904-1906-cı illər) erməni terrorçuları 105 “siyasi qətl” törətmişlər. Bunların 56-sı ermənilərə qarşı, 32-si siyasi bəhanələrlə həm ruslara, həm də türk məmurlarına və zabitlərinə qarşı, 2-3-ü təsadüfən heç bir səbəb olmadan, qalanları isə bankirlərə və sələmçilərə qarşı olmuşdur. Alimlər Libardyanın göstərdiyi rəqəmləri araşdıraraq yazmışlar: “Bu qısa üçillik dövrdə erməni terrorçuları tərəfindən öldürülmüş, erməni mənşəli hər iki adamla yanaşı, bir qeyri-erməni mənşəli şəxs də öldürülmüşdür. Məqsəd dəyişməyibdir: dinc ermənilərin böyük əksəriyyətini qəsdən qorxutmaq, onları terrorçuların fəaliyyətini təsviq etmək məcburiyyətində qoymaq”. 1905-ci ilin fevralın 6-da Bakıda Mixaylov xəstəxanasının sənədlərinə görə, erməni milyonçuları Balabek Lalayevin, Artyom Babayantsın, İsay Ter Osipovun və başqa maqnatların havadarlığı sayəsində terror qrupu 18 adamı öldürmüş və 33 nəfəri yaralamışdır. Onların 34-ü azərbaycanlı, 6-sı rus, 6-sı erməni, 5-i isə başqa millətin nümayəndələridir.
Erməni terror təşkilatı Bakıda yüzlərlə insanın həyatına son qoyan qırğınlar törətmişlər
1905-ci ilin fevralın 7-də erməni terror təşkilatı Bakıda yüzlərlə insanın həyatına son qoyan qırğınlar törətmişlər. Erməni dəstələri kütləvi qırğınlar törətdikdən sonra varlı ermənilərdən olan Balabekin, Lalayevin, Artyom Babayantsın, Akop Muradyanın, Karen Saakyantsın və digərlərinin evlərinə yığışmış, onların pəncərələrindən və damlarından şəhərin küçələrinə atəş açmış, ingilis, fransız istehsalı olan bombalar, qumbaralar atmışlar. 1905-ci ilin qırğınları tarixə Bakı şəhərində qanlı qətliam kimi düşmüşdür. “Daşnaksutyun” beynəlxalq erməni terror təşkilatının idarə etdiyi quldur dəstələri 1905-ci ilin 20-21 fevralında İrəvan şəhərinin müsəlman sakinlərinə qarşı insanlığa yaraşmayan hərəkətlər edərək qırğınlar, vəhşiliklər etmişlər. Dinc əhalinin vəhşicəsinə öldürülməsi bu amansız hadisənin şahidlərini dəhşətə gətirmişdir. Ümummilli Liderimiz Heydər Əliyev bu hadisələrə belə qiymət vermişdir: “Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırırlar. Böyük humanist ideallara xidmət edən Azərbaycan Ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalır. Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradır”.
1905-ci il mayın 11-də Bakı şəhərində erməni terrorçuları Qafqaz xalqları arasında dostluq əlaqələri ruhunda çıxış edən knyaz M.A.Nakaşidzeni və Q.Takiyeskilini qətlə yetirildi. Bu hadisəni şahid R.R.Subinski öz xatirələrində göstərmişdir. O dövrün məlumatlarına əsasən, qatillərdən biri Dro ləqəbli Drastamat Xanayan idi. Bu hadisələrdən əvvəl Dro Zəngəzur mahalında erməni quldur dəstələrinin tərkibində dinc əhaliyə-türklərə, kürdlərə, azərbaycanlılara qarşı qanlı qırğınlarda yaxından iştirak etmişdi. Erməni daşnak quldarları 1905-ci ilin mayın 24-də İrəvan quberniyasında dinc azərbaycanlılara atəş açdılar. Qarışılıqdan istifadə erməni saqqallıları on bir vətəndaş-dörd qadın, iki uşaq və beş kişini qətlə yetirdilər. Bu qanlı hadisələrdən doymayan erməni quldur dəstələri 1905-ci ilin mayında Naxçıvan torpağına hücum edərək dinc əhaliyə qarşı qanlı divan törətdilər. Çoxlu sayda qadın, qoca və uşağı öldürdülər. Ermənilər 1905-ci ildə Zəngəzur bölgəsində də onlarca adam öldürülmüş, evlərə od vuraraq yandırmışlar. Bütün silah növləri ilə təmin olunmuş erməni quldur dəstələri 1905-ci ilin 2 iyununda Mənkus müsəlman kəndinə hücum etmişlər. Silahsız kəndlilər ailələrini götürüb qaçmağa məcbur olmuşlar. Kənddə qoca və əlil olan 80 yaşlı bir sakin erməni quldurlarının əlinə keçmişdir. Erməni quldurları şişləri qızdıraraq işgəncələr verməklə onu öldürmüşlər. Erməni daşnaq dəstələri 1905-ci il iyunun 8-də İrəvan yaxınlığındakı Eçmiədzin qəzasındakı Uşu azərbaycanlı kəndini mühasirəyə almış, buranı işğal etdikdən sonra kişilərin başlarını kəsmiş, südəmər uşaqları süngülərə keçirmişlər. Bu basqın zamanı kəndin məscidi yandırılmışdır. Ermənilər səhərisi Eçmiədzin qəzasındakı Persi, Nazzevan, Kiçik kənd, Kötüklü, Qoşabulaq və İrgu azərbaycanlı kəndlərini də yandırmış, məscidlərə od vurmuş və insanlığa yaraşmayan hərəkətlər edərək murdarlamışlar. Erməni daşnaq dəstələri öz çirkin əməllərindən əl çəkməyərək 1905-ci ilin avqustun sonlarına yaxın Bakı əhalisinə qarşı dəhşətli qırğınlar törətdilər.
Ermənilər minlərlə azərbaycanlını qətlə yetirmişlər
1905-ci ilin avqustun 8-də 300-dən çox erməni daşnakı Şuşa qəzasının Vənd kəndinin karvan dəstələrinə hücum etdilər. Çoxlu tacir öldürüldü, əmlakçıları talan edildi. Kəndin sakini Abbas bəyin oğlunu, qardaşını və bir neçə nökər-naibini qətlə yetirdilər. Onların törətdikləri qanlı qırğınlarının məqsədi və yerli əhalini Şuşanı və Qarabağın dağlıq hissəsinin digər ərazilərini tərk etməyə məcbur etmək idi. Ermənilərin piyada və süvari dəstələri 1905-ci ilin oktyabrın 3-də Azərbaycanın Sırxavənd müsəlman kəndinə hücum təşkil etdilər. Dəstəyə quldur terrorçu Hamazasp başçılıq edirdi. Kənd az vaxt içində insan meyitləri ilə doldu. Uşaqları bir yerə yığaraq kütləvi halda öldürdülər. Erməni terrorçu dəstələri 1905-ci il noyabrın 21-də Tiflis əhalisinə qanlı və amansız divan tutaraq onları vəhşicəsinə qətlə yetirmişlər. Qırğında çoxlu sayda azəri türklərini də işgəncələrlə öldürmüşlər. 1906-cı ilin yanvarın 1-dən erməni daşnak dəstələri azərbaycanlı kəndi Papravəndə hücuma keçdilər. Kənd işğal olundu, qılıncla yarıldı, hələ dünyaya gəlməmiş körpələrin başlarını vurdular. Qırğına erməni quldur, qulağı kəsik Andranik Ozanyan başçılıq edirdi. Hələ əsrin əvvəllərində Rusiyanın Ərzurumdakı konsulu general Q.Mayevski onun haqqında yazmışdı: “1901-ci il qışın əvvəllərində Andranik adlı birisinin erməni quldur dəstəsi Muş həndəvərində peyda olmuşdur”.1906-cı il iyulun 12-də erməni quldur dəstələri yaxınlığındakı erməni kəndlərindən 10 min nəfərə yaxın dəstə ilə Şuşa üzərinə hücuma keçdilər. Ərazidə döyüşlər beş gün davam etdi. Bütün evlərə bombalar yağdırıldı. Südəmər körpələri beşiklə birlikdə yandırır, anaların başını daşa çırpırdılar. 1905-1906-cı illərdə erməni bandaları Qarabağın yüzlərlə kəndini yerlə-yeksan etmişdilər. Bu dəstələr 1906-cı il iyulun 29-da azərbaycanlıların Karxana kəndinə hücum etdilər. Silahsız kəndlilər ermənilərə müqavimət göstərə bilmədilər. Kəndin bütün kişiləri erməni vandalları tərəfindən öldürüldü. Qaçıb təpəliklər arxasında gizlənmiş 30 qadın və uşağın yerini ermənilər dərhal müəyyən etmişlər. Buna səbəb gənc ana Pakizənin uşağının ağlaması olmuşdur. Hətta tarix bu körpə qızın adını da saxlamışdır-Firuzə. Qadınlar və uşaqlara da aman verməyərək onları qəddarcasına qətlə yetirmişlər. Ümumiyyətlə, o zaman Karxana kəndinin sakinlərindən heç kim canını qurtara bilməmişdir. 1905-1906-cı illərdə xalqımıza qarşı kütəvi soyqırımı həyata keçirmək üçün erməni daşnakları silahlanmış könüllülər toplamışlar. Azərbaycan, Gürcüstan, Türkiyə torpaqları hesabına “böyük Ermənistan" yaratmağa cəhd edən daşnaklar Azərbaycan yazıçısı M.S.Ordubadinin qeydlərinə görə, 1905-ci il iyunun 13-də erməni dəstələri Cəbrayıl bölgəsində əhalini tamamilə öldürmüşlər. O yazır: “Divanlı, Qaçar, Ağbulaq və s. kəndləri yandırdılar, 50 nəfər azərbaycanlını qətlə yetirdilər. 1906-cı ilin iyulun 12-də Şuşada çar hakim dairələrinin ikibaşlı siyasəti üzündən ikinci dəfə ermənilər olmazın vəhşiliklər həyata keçirdilər.”
Köçürülmə toplum olduqlarını ermənilərin özləri də təsdiq edirlər
Tarixi mənbələrə və mövcud sənədlərə istinadən demək olar ki, erməni toplumu bu bölgəyə köçürülmədir. Hətta köçürülmə sayının çox olmasına baxmayaraq heç zaman say tərkibinə görə, ermənilər azərbaycanlılardan çox olmayıb. 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarına məxsus torpaqlarda yeni inzibati-bölgü-erməni vilayəti təşkil edilərkən bu ərazidə mövcud 1111 yaşayış məntəqəsindən cəmi 62-si erməni kəndi olmuşdur. Həmin illərdə dağıdılmış, 359 azərbaycanlı kəndinin əhalisinin çox hissəsi öldürülmüş, qalanları isə təqiblərə və milli ayrı-seçkilik siyasətinə məruz qalaraq İran və Türkiyə torpaqlarına qaçmağa məcbur olmuşlar. XX əsrin əvvəllərində xarici ölkələrdən köçürülən ermənilərin sayının bir milyona çatması bölgədə demokratik vəziyyətin tamamilə dəyişməsinə səbəb olmuşdur. Erməni daşnak millətçilərinin “böyük Ermənistan” ideyasını həyata keçirmələri ilə bağlı təbliğatları Qafqaz bölgəsini milli qırğınlara gətirib çıxarmışdır. XVIII əsrin birinci yarısında İrəvanın 65 yaşayış məntəqəsində müsəlmanlar, 4 məntəqəsində isə ermənilər yaşayırdılar. Məhəmmədzadə Mirzəbala yazır ki, I Dünya müharibəsindən öncə bütün dünyada mövcud 3 milyon ermənidən 1 milyon 100 min nəfəri Qafqazda, 100 min nəfəri İranda, 400 min nəfəri Türkiyədə sakin idi. 1988-ci ildən erməni silahlı birləşmələrinin Qarabağa soxulması və sonrakı illərdə Azərbaycan torpaqlarının 20 min kvadrat kilometr ərazisini işğal etməsi, 1 milyondan çox azərbaycanlının qaçqın düşməsi, on minlərlə soydaşımızın öldürülməsi, Xocalının yerlə-yeksan edilməsi bizdən keçmişə diqqət yetirməyi, səhvləri təkrar etməməyi, unutqanlığı birdəfəlik yaddan çıxarmağı tələb edir. Bütün ədalətsizliklərə və dünyanın bəzi ölkələrinin ikili yanaşmalarına baxmayaraq, Azərbyacan Ordusu Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğala son qoydu. Bu gün Qarabağ, ətraf rayonlar, şəhər və kəndlər rahat nəfəs alır. Keçmiş qaçqın və məcburi köçkünlər öz yurd və yuvalarına qayıdırlar. Bu qayıdış əbədidir. Artıq bundan sonra heç bir qüvvə o insanları doğma yurdundan tərpədə bilməz. Çünki Azərbaycanın bu günü kimi sabahı da işıqlıdır. Ulu Öndər Heydər Əliyevin qurduğu Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənib və regionun ən güclü və qüdrətli dövlətinə çevrilib.
İ.ƏLİYEV