Azərbaycanın 44 günlük vətən müharibəsindəki rəşadəti, qazanılan tarixi qələbə dünya mediasında geniş işıqlandırılmaqda davam edir. Bütün Amerika qitəsi üzrə fəaliyyət göstərən Kolumbiyanın aparıcı xəbər telekanalı “NTN24”-də 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar barədə süjet yayımlanıb.
Azərbaycanın Meksikadakı səfirliyinin məlumatında deyilir ki, süjetdə 30 ilə yaxın davam edən erməni işğalına Azərbaycan Ordusunun 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində son qoyaraq, dövlətimizin ərazi bütövlüyünü bərpa etdiyi qeyd olunur. Həmin ilin noyabr ayında Rusiyanın vasitəçiliyi ilə atəşkəs haqqında Üçtərəfli Bəyannamənin imzalanmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə təxribatlar törətdiyi bildirilir və aparılan sülh danışıqları barədə məlumat verilir.
Mətləb