Siyasət

  • 22 738

Erməni terroru: danışan faktlar və sənədlər TƏHLİL

image

Beynəlxalq hüquqi normalara sığmayan 2 yaşlı Zəhranın faciəli ölümü

30 ilə yaxın işğal altında olan torpaqlarımız 2020-ci ilin sentyabrın 27-də Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı Vətən müharibəsində işğaldan azad olundu. İllər idi ki, arzu olaraq torpaqlarımıza getməyi diləyirdiksə, bu gün artıq arzular reallığa qovuşub. Ağalıya, Laçına, Talış kəndinə köç edən insanlar torapağı qayıdışın sevincini yaşadılar. İşğaldan azad olunan ərazilərimizdə odlar qalandı, torpaqlarımıza əzəli sakinlərin ayaqları dəydi. İsti nəfəslər isti torpaqlarımıza qovuşdu. Amma Zəfər sevincimizi yaşaya-yaşaya illərlə ermənilər tərəfindən törədilən terrorların, təcavüzün ağrılarını da yaşayırıq. Dağıdılan şəhər və kəndlərimiz, viran qoyulan abidələrimiz, canın bu torpağa fəda edən şəhidlərimiz, günahsız insanlar… Hər bir insanın taleyi dastandır və mücadilə dolu torpaq sevgisindən yoğrulub. Tökülən qanlar bu torpağı suvarıb, ona nəfəs verib. 44 günlük Vətən müharibəsində biz erməninin vəhşi simasını bir daha görmüş olduq. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan beynəlxalq konvensiyalara zidd topladığı silahlarla 44 günlük müharibədə Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə mülki əhalinin kompakt yaşadığı ərazilərə raket zərbələri endirməsi Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasında xəbər vermiş oldu. Gəncədə yaşanılan matəm məgər erməni təcavüzkarlığının üzü deyildimi? Bu, tarixdir: erməninin terrorçuluq əməllərinin izi və tarixi. Gəncədə törədilən terror aktı daş yaddaşımıza həkk olundu. Gecə insanların evlərində yatdığı zaman raket atəşi nəticəsində dağılan yaşayış massivi və raket zərbəsindən məhv olmuş məhəllədə dağılan evlərin qalıqları hər zaman kino lenti kimi göz önündən keçir. Qanlı gecədə sakinlərin həyatını itirməsi, erməni terroristlərinin dinc əhaliyə qarşı törətdikləri cinayətlər sənədlərin dili ilə hər zaman danışacaq. Yatmış insanlara qarşı iyirmi birinci yüzillikdə törədilən terror insanlıq əleyhinə olan cinayətdir.

ŞAMAXIDA 1 277 UŞAQ İŞGƏNCƏLƏRLƏ QƏTLƏ YETİRİLİB

Lənətlənmiş erməni əməllərinin izi Azərbaycan tarixinin hər səhifəsindən görünür. Tarixi dövrə nəzər salsaq görərik ki, erməni terrorunun acısını yaşamış xeyli sayda uşaqlar var. Uşaq qətliamı onların vəhşi xislətini bir daha ortaya qoymuş olur. Hələ 1918-ci il 28 yanvar Gəncə Zazalı kəndində 15 uşaq xüsusi amansızlıqla qətlə yetirilib. Elə həmin il Şamaxıda 1 277 uşağın işgəncələrlə qətlə yetirilməsi erməni terroru nəticəsində baş verib. 1920-ci il 6 yanvarda Naxçıvanın Muxtar Respublikası Bılağ kəndində öldürülən dinc sakinlər arasında 25 uşaqda qətlə yetirilib.
Yaşadığımız son illərin tarixi dövrünə nəzər salsaq görərik ki, 1988-ci ildə Qərbi Azərbaycanda yaşayan soydaşalarımız təcavüzə məruz qaldıqları zaman 216 soydaşımız xüsusi amansızlıqla qətlə yetirilib. Bunlardan 25 nəfəri azyaşlı olub.
Bu tarixi faktları silmək, yox etmək qeyri-mümkündür. Erməni silahlı bölmələrinin 2020-ci ilin oktyabrın 17-də gecə saatlarında Gəncə şəhərini raket atəşinə tutması nəticəsində Şahnəzərovlar ailəsinin yaşadığı faciə yaddan çıxarmı? Dağıntılar altından ailənin yalnız bir üzvü - 2017-ci il təvəllüdlü Xədicə Şahnəzərova sağ çıxarıldı. Azyaşlı qızın atası Röyal, anası Züleyxa və yaşyarımlıq bacısı Məryəm isə erməni terrorunun qurbanları oldu. Erməni vandallığı nəticəsində 2007-ci il təvəllüdlü Mayakov Artur Vladimiroviç 17 oktyabr tarixində ermənilərin Gəncəyə "SCUD" tipi raket atması nəticəsində yaralanmışdı. O, 7 gündən sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Rusiya vətəndaşı olan Artur Gəncəyə bibisigilə qonaq gəlmişdi. Eyni qətliam nəticəsində 15 yaşlı Nigar Əsgərova da həlak olub. Gəncə şəhər K.D.Uşinski adına 29 nömrəli məktəbin şagirdi olan Nigarın hadisənin sabahı günü ad günü olacaqdı. Dünya, insanlıq bu faciəni necə qəbul edə bilər? Azyaşlıya qıyan, onu yetim qoyan, insanları şikəst, kor edən, əlil edən, bir ailənin faciəsini qatili olan erməni. O erməni ki, düz dörd il əvvəl 2017-ci ilin iyul ayının 4-də Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan mülki əhalinin yaşadığı yaşayış məntəqələrinin və mülki obyektlərin qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutdu.

2 YAŞLI QIZIN FACİƏSİ

1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilər Vətən müharibəsinə qədər 30-dan artıq azərbaycanlı uşaq erməni terrorunun qurbanı oldu. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. 2 yaşlı Zəhra Quliyeva da erməni vandalizminin qurbanına çevrildi. Bu, nə insanlığa, nə də beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən hüquqi normalara sığır. İnsan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə məhəl qoymayan Ermənistan müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müddəalarını kobud şəkildə pozub.
Ermənistan silahlı qüvvələri tərəfindən törədilən daha bir çirkin siyasətin nümunəsi: 1967-ci il təvəllüdlü yaşlı qadın Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak oldular, digər mülki şəxs - 1965-ci il təvəllüdlü qadın Quliyeva Səlminaz ağır yaralandı və mülki obyektlər dağıdıldı. Təbii ki, mülki şəxslərin münaqişələrdə hədəfə alınması qəbuledilməzdir. 2 yaşlı azərbaycanlı Zəhra Quliyevanın cəbhə xəttində Ermənistanın işğalçı qüvvələri tərəfindən qətlə yetirilməsi dözülməz idi. Bu, bir daha Ermənistan ordusu tərəfindən Azərbaycan ərazilərində törədilən təcavüz və təxribat faktlarını, onların iyrənc siyasətini ortaya qoymuş oldu. Bu Ermənistan silahlı qüvvələri tərəfindən törədilən növbəti vandalizm aktıdır. Bu hadisənin təmas xəttinin beş kilometrliyində baş verdiyi, qanlı cinayətin müharibə qaydalarının pozulması ilə törədilən mülki əhalinin qətli aktı olduğu, hədəfə alınan Alxanlı kəndinin təmas xəttindəki hərbi mövqelərdən uzaq məsafədə yerləşməsinin düşmən qüvvələrinin mülki obyekti məqsədyönlü şəkildə seçməsi sübut edildi. Bütün bunlar dünya ictimaiyyətinə çatdırıldı və dünyanın gözü qarşısında ermənilərin təcavüzkar siyasəti bir daha ifşa edildi.
Ermənilərin tarixən kim olduqları dünyaya sübut edilib. Axı, Azərbaycana gələn səyyahların, böyük yazıçıların, tarixçilərin onlarla bağlı yazdıqları sözləri unutmamışıq. Qəbirləri dağıdan, şumlayan, məsciddə donuz saxlayan vəhşidən nə gözləmək olar? Beynəlxalq tribunalardan onların əməllərinə qarşı hökm oxunmalıdır. Humanizm prinsipinə hörmətsizlik edən, beynəlxalq hüququn normalarını, qanunvericiliyi kobud şəkildə pozan Ermənistan rəhbərliyi bütün hərbi cinayətlərə görə cavab verməlidir. Artıq Azərbaycanın haqlı mövqeyi müdafiə olunur.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər