PDF Oxu

Cəmiyyət

  • 1 561

Diabet xəstələrinə kömək etmək üçün gözlənilməz bir yol tapılıb…

Məlum olub ki, müntəzəm işıqlandırma maddələr mübadiləsinə düşündüyümüzdən daha çox təsir göstərə bilər…

image

...Yeni bir araşdırmaya görə, təbii işıq 2-ci tip diabetli insanlarda qan şəkərinin səviyyəsinin idarə olunmasında əhəmiyyətli rol oynaya bilər.

Tədqiqatçılar müəyyən ediblər ki, müntəzəm gün işığı xəstələrdə metabolik proseslərə və ümumi rifaha əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Təcrübədə 2-ci tip diabet diaqnozu qoyulmuş 13 nəfər iştirak edib. Onlar iki qrupa bölünüb: bir qrup təbii gün işığına, digəri isə ofis işıqlandırmasına bənzər süni işığa məruz qalıb. Tədqiqatçılar xarici amillərin təsirini istisna etmək üçün iştirakçıların pəhrizini, fiziki fəaliyyətini, yuxu rejimlərini və dərman qəbulunu ciddi şəkildə izləyiblər.

SİA xəbər verir ki, bu, "Cell Metabolism" jurnalında dərc olunmuş bir araşdırmada bildirilib.

Müşahidələrdən məlum olub ki, təbii işığa məruz qalan iştirakçılar qan qlükoza səviyyələrini daha uzun müddət normal həddə saxlayıblar.

Bundan əlavə, bədənləri yağdan enerji mənbəyi kimi daha aktiv istifadə edib ki, bu da daha çevik və səmərəli metabolizmə işarə edir.

Alimlər işığın bioloji ritmlərə təsirinə xüsusi diqqət yetiriblər. Məlum olub ki, gün işığı axşamlar melatonin istehsalını tənzimləməyə kömək edir ki, bu da yuxu keyfiyyəti və ümumi rifahla birbaşa əlaqəlidir.

Tədqiqatın müəllifləri belə bir nəticəyə gəliblər ki, 2-ci tip diabetli insanlarda təbii gün işığına müntəzəm məruz qalma metabolik sağlamlığı və xəstəliklərin nəzarətini dəstəkləməkdə əlavə amil ola bilər.

Nazlı Almuradova

Digər xəbərlər

Uşaqlarda allergiyanı soyuqdəymədən necə ayırd etmək olar..?

Səhv diaqnoz düzgün olmayan müalicəyə gətirib çıxarır ki, bu da sağlamlığa zərər verə bilər...

Ən aqressiv tip: dəri xərçəngi ən çox hansı yaşda baş verir?

Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...

“Bütün xəstəliklərə qarşı” kömək edən ədviyyat...

Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...