Siyasət

  • 2 708

Rusiyalı ekspertlər: Ermənistan öz dövlətçiliyini itirmək ərəfəsindədir - ŞƏRHLƏR

image

Moskva ilə İrəvan arasında münasibətləri təsvir edəcək söz tapmaq getdikcə çətinləşir. Kremlin qəzəbli ritorikası adiləşir və İrəvan Moskvaya ünvanlanan zəhərli bəyanatları, məsələn, Belokamennayanı Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham etməkdən çəkinmir. Belə yüksələn ehtiraslar fonunda belə bir hiss var ki, Rusiya-Ermənistan münasibətlərinin tam qopması uzaqda deyil. Rusiyalı politoloqlar vəziyyəti necə görürlər? Stanislav Mitraxoviç və Aleksandr Ryabtsov bu haqda fikirlərini “caliber” analitik mərkəzinə açıqlayıblar. Ekspertlərin şərhlərini oxucularımıza təqdim edirik.

Milli Enerji Təhlükəsizliyi Fondunun eksperti, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin elmi işçisi Stanislav Mitraxoviç qeyd edir ki, Rusiya ilə Ermənistan arasında siyasi müstəvidə münasibətlərin daha da gərginləşməsi göz qabağındadır- çətin dövr yaşanır: tərəflər arasında etimad yoxdur- Moskva hesab edir ki, İrəvan bilərəkdən Rusiyadan uzaqlaşma kursu aparır.

“İndi Rusiyanın Ermənistandakı mövcudluğunu bütövlükdə sıxışdırmaq tendensiyası var: Rusiya hərbi bazasını bağlamaq, Rusiya telekanallarını Ermənistan efirindən çıxarmaq və KTMT-dən çıxmaq çağırışları var. Digər anti-Rusiya çağırışları da var. Ona görə də Rusiyada Ermənistanın indiki hakimiyyətinə və hazırkı siyasi kursa hər hansı rəğbət gözləmək çətindir. Maltadakı danışıqların mövzusu İrəvanın vəziyyəti gərginləşdirməyə yönəlmiş hərəkətlərinin daha bir göstəricisidir. Hətta Çin də bu danışıqlarda iştirakdan imtina etdi, çünki Rusiyanın yoxluğunda bu görüş mənasız hesab olunur. Lakin İrəvan iştirak etmək qərarına gəldi”, - deyə o vurğulayıb.

Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi ilə bağlı vəziyyəti təkrarlamaq cəhdlərinə gəlincə, o zaman, Mitraxoviçin fikrincə, Rusiya nə baş verdiyini görür. O, bunun beynəlxalq arbitrajda Azərbaycana qarşı çıxmaqla bağlı olması haqda arqumentləri qəbul etmir.

“Ermənistan Azərbaycana qarşı bu alətdən istifadə edə bilməz, lakin Vladimir Putinlə bağlı BCM-nin qərarını nəzərə alaraq Rusiya üçün bu, çağırışdır.

Hələlik Ermənistanın Rusiyadan uzaqlaşdırılması istiqamətində mövcud tendensiyanı dəyişə biləcək görünən məqamlar yoxdur. Hesab edirəm ki, belə bir siyasi kurs Ermənistanın özü üçün problemlərlə nəticələnə bilər. İrəvan nədənsə bunu nəzərə almır. Ermənistanın problemlərinin ABŞ və ya Avropa tərəfindən həll ediləcəyi ümidi ilə Rusiyadan uzaqlaşmaq ciddi səhv ola bilər. Mən onların yerində olsaydım, çox diqqətlə düşünərdim”,- S.Mitraxoviç deyir.

Eyni zamanda, rusiyalı politoloq Aleksandr Ryabtsov da hesab edir ki, İrəvanın regionda və xüsusən də dünyada vəziyyətə dair dəqiq siyasəti və vahid baxışı yoxdur.

“Bu artıq qeyd olunub və bunu mən irəli sürməmişəm, amma mən tamamilə razıyam- İrəvanın həqiqətən də uzunmüddətli diplomatik fəaliyyət planı, xarici siyasət strategiyası yoxdur. Bu, plastilin kimi dəyişkəndir- bu gün Paşinyan və aparatı yuxudan hansı əhvalda qalxıbsa, hər şey elə də olur. Onlar təxminən 2020-ci ildən, Ermənistan təslim olandan bəri belə yaşayırlar. Ermənistanın baş naziri plan qurmur, anlayır ki, çox şey anlıqdır və daim “həm bizim, həm də sizin” prinsipi ilə oynamaq lazımdır.

Ona görə də Ermənistanın xarici siyasəti diplomatik kobud səhvlərdən ibarətdir, burada bu gün bir şey, sabah başqa şey demək olar. Bəli, indi İrəvan doğrudan da Qərblə yaxınlaşma kursunu müəyyənləşdirib, lakin Paşinyan və komandası belə qərarların risklərini hesablamır. Və biz görürük ki, bu belədir- İrəvanın zəhərli şıltaqlığı Moskvanın Qarabağı silahlı birləşmələrdən təmizləməkdə Bakıya mane olmamasına açıq şəkildə təsir etdi. Amma əvvəllər Rusiya sülhməramlı korpusunun məsuliyyət zonasında Bakının vəziyyəti dəyişmək cəhdlərinə imkan verilmirdi.

Moskva Yerevana dayəlik etmək fikrincə deyil. Qərblə yaxınlaşmağa çalışan İrəvan özünü etibarlı tərəfdaşsız, Cənubi Qafqazdakı “yaşayış yeri”ndə heç bir təhlükəsizlik təminatçısı olmadan görür. Amma Paşinyan komandasının qərarlarında nədənsə hər şey çox xaotikdir. Məsələn, İrəvan nədənsə Rusiya Federasiyasının Qafanda Baş Konsulluğunun açılmasını dəstəkləyib, görünür, bunun regionda açıq desək, perspektivsiz oyunda ona kömək edəcəyinə inanıb. Lakin bu məqam heç bir şəkildə vəziyyəti kökündən dəyişmir- Ermənistan öz dövlətçiliyini itirmək ərəfəsindədir, üstəlik, bu elə bir şəkildədir ki, heç kim bu məsələdə kömək edə bilməyəcək”,- deyə A.Ryabtsov yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər