Siyasət

  • 2 891

Ermənistanın məğlubiyyəti: Beynəlxalq Məhkəmənin qərarı haqda əcnəbi ekspertlər nə deyir? - ŞƏRHLƏR

image

Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın iddiası ilə bağlı çıxardığı hökm Bakını sevindirdi, İrəvan isə, öz növbəsində, son vaxtlar Qərbdən aldığı mənəvi dəstəyə baxmayaraq, açıq şəkildə məyusdur.

Bakı Beynəlxalq Məhkəmənin “Ermənistan Azərbaycana qarşı” işi üzrə 17 noyabr 2023-cü il tarixli İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (CERD) tətbiqi ilə bağlı müvəqqəti tədbirlər haqqında qərarını alqışlayır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Mesajda məhkəmənin qərarının Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, Qarabağ üzərində suverenliyini təsdiq etdiyi vurğulanır. “Məhkəmə Azərbaycanın bütün hərbi və hüquq-mühafizə orqanlarının Qarabağ bölgəsindən çıxarılması ilə bağlı əsassız və absurd tələbi rədd edib”, - Azərbaycan XİN-in bəyanatında deyilir.

Məhkəmənin göstərdiyi tədbirlər Azərbaycan hökumətinin Qarabağın erməni sakinlərinə qarşı artıq bəyan edilmiş siyasətini nəzərə alır. Buraya Bakının milli mənşəyindən asılı olmayaraq regionun bütün sakinlərinin təhlükəsizliyini təmin etmək öhdəliyi daxildir. Azərbaycan heç vaxt erməni sakinlərini Qarabağdan çıxarmayıb və Bakının bölgəni tərk etməmək çağırışına baxmayaraq, onlar özləri Ermənistana köçmək qərarına gəliblər,- XİN qeyd edir.

Məhkəmə BMT və BQXK missiyalarının Qarabağa səfəri üçün heç bir tədbirin görülməsini tələb etməyib ki, bu da Azərbaycanın bu sahədə beynəlxalq əməkdaşlığının tanınmasıdır. Azərbaycan milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə uyğun olaraq şəxsi mülkiyyəti, mədəniyyət abidələrini, artefaktları və qeydiyyat sənədlərini qoruyur. Belə ki, məhkəmənin bu mövzuları qeyd etməməsi, həm də Azərbaycanın həyata keçirdiyi tədbirlərin təsdiqidir”,- deyə məlumatda bildirilir.

Məhkəmə həmçinin Ermənistanın separatçı rejimin nümayəndələrinə qarşı istintaq hərəkətləri ilə bağlı vəsatətini təmin etməyib. Onlar ölkənin Cinayət Məcəlləsinə əsasən separatizm və terrora dəstək ittihamı ilə saxlanılıblar.

Maraqlıdır, Ermənistanın davamlı olaraq beynəlxalq orqanlara təqdim etdiyi Azərbaycana qarşı bu cür iddiaların ümumi mənası nədir? Axı reaksiya proqnozlaşdırıla bilər- hətta Bakının hər hansı hərəkəti müəyyən qədər pislənilsə belə, bu, praktiki mənada Azərbaycan üçün heç bir xüsusi nəticələrə səbəb olmayacaq. Ölkə öz ərazi bütövlüyünü bərpa edib- bu, onun hüququdur. Ermənilərin Qarabağı tərk etməsi də onların haqqıdır. Onları oradan heç kim qovmayıb, vətənə qayıtmasına heç kim mane olmur- İrəvanın buna qarşı heç bir arqumenti yoxdur və beynəlxalq məhkəmə strukturları da bunu çox gözəl görür.

Tanınmış xarici müşahidəçilər “Caliber” analitik mərkəzinin sorğusu əsasında bu vəziyyəti şərh ediblər. Ekspertlərin fikirlərini oxucularımıza təqdim edirik.

Hərbi və siyasi elmlər doktoru, professor Vaxtanq Maisaya (Tbilisi) qeyd edir ki, Beynəlxalq Məhkəmənin qərarından aydın olur ki, beynəlxalq hüquqa uyğun olaraq, ərazi bütövlüyü və dövlət suverenliyi əsas prioritet olaraq qalır.

“Mən deyərdim ki, Ermənistanın bu cür cəhdləri məğlubiyyət sindromunun sübutu kimi qiymətləndirilə bilər. O, hərbi mənada və Qarabağ separatçılarını dəstəkləməkdə üzləşdiyi uğursuzluğu hansısa yolla kompensasiya etmək istəyir”,- ekspert bildirib.

Professor hesab edir ki, bundan sonra separatizmə yanaşma dəyişir.

“Separatçılar artıq azadlıq döyüşçüləri hesab edilmir, bunu Beynəlxalq Məhkəmə Azərbaycan ordusunun Qarabağda sentyabrda keçirdiyi antiterror əməliyyatı zamanı həbs edilmiş separatçı liderlərin azad edilməsi ilə bağlı İrəvanın tələbini təmin etməkdən imtina edərkən təsdiqləyib. Hesab edirəm ki, aqressiv separatizm artıq beynəlxalq ictimaiyyət tərəfindən asimmetrik təhdid növlərindən biri kimi tanınıb. Beynəlxalq Məhkəmənin indiki qərarı da bunun təsdiqidir. Bu, yeri gəlmişkən, hələ də ərazi bütövlüyü ilə bağlı problem yaşayan digər ölkələr üçün yaxşı siqnaldır. Mən ilk növbədə öz ölkəmi, Gürcüstanı nəzərdə tuturam.

Və onu da əlavə edim ki, Beynəlxalq Məhkəmənin bu hökmü Qarabağın Azərbaycan dövlətinin ixtiyarına qaytarılmasının yekun aktı sayıla bilər”, - deyə Maisaya yekunlaşdırıb.

“Mən görürəm ki, Ermənistan beynəlxalq hüquqi sənədlərdən istifadə edərək Qarabağda öz siyasi məqsədlərinə çatmaq üçün onlardan yararlanmağa çalışır”, - deyə isveçli fəlsəfə doktoru Qreq Saymons öz növbəsində bildirib.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin İrəvanın iradəsinə və siyasətinə əməl etməsini təmin etmək üçün lazımi imkanlara malik olmadığı göz qabağındadır.

“Beynəlxalq Cinayət Məhkəməsinin bu yaxınlarda aşkar siyasiləşdirilməsini və çox şübhəli hüquqi əsaslarla prezident Putinə qarşı son həbs orderini nəzərə alsaq, Ermənistan ölkənin Qərbə açıq-aşkar sürüşməsini nəzərə alaraq, onun xeyrinə oxşar siyasi motivli hüquqi qərarın veriləcəyinə ümid edə bilərdi. Lakin bu dəfə simvolik “qələbə” onlardan qaçdı”, - isveçli ekspert bildirib.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər