Siyasət

  • 7 637

Dağıdıcı müxalifət yeni təxribat planlaşdırır ANALİZ

image

Sanki yerli və xarici maraqlı dairələrin başlarına düşüb, canlarına azar tökülüb. Nədən ki, Azərbaycan 30 il erməni işğalında olmuş torpaqları azad edilib. Öz ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasına nail olub. Bu səbəbdən də Azərbaycan hədəf seçilib, tənqid və əsassız ittihamlara məruz qalır. Hətta bəzən xarici məkrli dairələrin əli ilə Azərbaycan haqqında heç bir ciddi hüquqi əsası olmayan qətnamələrin qəbul edilməsini də həyata keçirirlər. Elə Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın səsini dondurmaq təşəbbüsünə dair qərəzli qətnaməsi də ölkəmizin ərazi bütövlüyünü bərpa etməsini hələ də həzm edə bilmələrindən irəli gəlir. Daha doğrusu, torpaqlarımızın işğaldan azad edilməsi onlarda qısqanclıq hissi yaradır. Narahatdılar ki, Azərbaycan artıq güclü və qüdrətli dövlət olaraq onlara müəyyən məsələləri diktə edəcək. Əgər belə olmasa idi AŞPA 30 il Azərbaycanın torpaqlarını işğal altında saxlamış Ermənistana qarşı sanksiyalar tətbiq edərdi. Amma uzun illər qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız hüquqi çəkisi olmayan azsaylı bəyanatlarla kifayətlənib. Azərbaycan 2001-ci ildə bu təşkilata üzv olandan bəri ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər. Bundan sonra AŞPA Azərbaycan üçün gərəksizdir. Yəni, Azərbaycan üçün nəinki AŞPA-da səsin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir.

Antimilli ünsürlər məsələdən bəhrələnməyə çalışırlar

Diqqətçəkən məqam ondan ibarətdir ki, sifarişli təkliflə almaniyalı deputat Frank Şvabe çıxış edib. Bu təklifin faşist ideologiyasının geniş xarakter almağa başladığı Almaniya tərəfindən səslənməsi təəccüblü deyil. Çünki bu dövlətin uzun müddətdir ki, Makron hakimiyyəti ilə birlikdə Azərbaycana qarşı qara piar kampaniyası aparması bütün demokratik düşüncəli dünya xalqlarına bəlli olan faktdır. Lakin sual yaranır, niyə təklifi Fransa deyil, almaniyalı deputat çıxış edir? Birmənalı şəkildə cavab olaraq bildirmək olar ki, Fransa xarici siyasətində ardıcıl uğursuzluqları və nüfuzdan düşməsinə görə Almaniyanı qabağa verib. Bir sıra hallarda Fransa öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışması bu iki məkrli dövlətin Azərbaycan qarşı düşmən münasibətlərindən irəli gəlir. Hətta dünya üçün təhlükə mənbəyinə çevrilən bu iki dövlət Azərbaycana qarşı qərəzli münasibətlərini bir qədər də genişləndirmək üçün dağıdıcı müxalifətin və xaricdə məskunlaşmış antimilli ünsürlərin imkanlarından da istifadə edirlər. Ələbaxım funksiyasını yerinə yetirən sapı özümüzdən olan baltalar fərqinə baxmadan ölkəmiz və xalqımız haqqında şər və böhtan kampaniyası aparırlar. Hətta şər yuvaları hesab oluna dağıdıcı müxalifət və antimilli ünsürlər seçki prosesi ilə bağlı ictimai rəyi çaşdırmaq üçün hər cür yarıtmaz vasitə və üsullardan istifadə edirlər. Bəzən insanların şərəf və ləyaqətini də alçaltmaqdan, təhqir etməkdən çəkinmirlər.

Dağıdıcı müxalifətin “bomoj”u adlandırılan Nurəddin Məmmədli də danışdı

Gör, dünyanın harasıdır ki, torbalı Nurəddin Məmmədli də seçki ilə bağlı ağzına gələnləri danışır. Dağıdıcı müxalifətin “bomoj”u adlandırılan, AXCP Ali Məclisin sədri N.Məmmədli sosial şəbəkələr də prezidentliyə namizədlər Fuad Əliyevi, Qüdrət Həsənquliyevi, Fazil Mustafanı, Elşad Musayevi, Razi Nurullayevi təhqir edir: “Rəhmətlik Məşədi İbadın sözü olmasın, mən "Tarixi Nadiri yarısına qədər oxusam da" bu prezidentliyə "namizədləri" anlamıram. Bunlar namizəddirlər, yoxsa muzdlu trol. Nə məsuliyyət var, nə də mənlik. Yaxşı yaltaqlanmaq uğrunda yarısa girişiblər”. Bu yerdə deyiblər, “öz gözündə tiri görmür, başqasının gözündə tükü seçir”. Bu məxluqun özü muzdlu trol olduğu halda başqalarını qınayır. Fakt budur ki, heç zaman N.Məmmədlinin müstəqil mövqeyi olmayıb. Hər zaman kiminsə sözünü, tapşırığını yerinə yetirib. Bu baxımdandır ki, indi xaricdə yaşayan Mirzə Sakit onu məsxərəyə qoyurdu, iki dəfə Azərbaycan professoru adlandırdı. Bir ara Rəsul Quliyevin yan-yörəsində fırlandı, onun imkanlarından bəhrələndi. R.Quliyev onu lazımsız əşya kimi yanından uzaqlaşdırdıqdan sonra, Əli Kərimliyə sığındı. Başı bir neçə dəfə daşdan-daşa dəysə də, ağıllanmadığı müşahidə olunur. Yəni yaşından-başından utanmayaraq əxlaqsız ifadələr səsləndirir, xalqını sevən, dövlətinə bağlı insanlara qarşı ittihamlar irəli sürür.

Əli Kərimli muzdlu şəxslərin iştirakı ilə icazəsiz aksiya planlaşdırır

Fakt budur ki, AXCP daxilində N.Məmmədli arzuolunmaz məxluqdur. Hətta Sahib Kərimlinin, Aydın Əliyevin, Şakir Abışovun və digərlərinin AXCP sıralarını tərk etmələri məhz N.Məmmədli kimi qeyri-ciddi ünsürlə bir arada olmaq istəməmələri ilə bağlı olduğu bildirilir. Narazılıqlara baxmayaraq Ə.Kərimli onu trol dəstəsinin üzvlüyündən uzaqlaşdırmır. Çünki sayıqlamaları, boş qazanı danqıldatmağı onun işinə yarayır. Verilən məlumatlara istinad etsək, məlum olar ki, Ə.Kərimli yaxın günlərdə planlaşdırdığı icazəsiz aksiya təxribatının rəhbərliyini N.Məmmədliyə həvalə etmək fikrindədir. Məlumata görə, şəhərin mərkəzi meydanlarının birində N.Məmmədlinin rəhbərliyi ilə muzdlu şəxslərin iştirakı ilə icazəsiz aksiya keçiriləcək. 7 fevral prezident seçkiləri ilə əlaqədar olaraq bir sıra ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri ölkəmizdədilər. Bu məqamdan hiyləgəliklə yaralanmağa çalışan Ə.Kərimli müxtəlif təxribatlar törətməyi nəzərdə tutur. Təbii ki, asayişi qorumalı olan polis icazəsiz aksiyanın qarşısını almaq üçün hərəkətə keçəcək. Bu zaman muzdlu aksiya iştirakçıları ilə qarşıdurma yaranacaq. Ə.Kərimli bu qarşıdurmanın fotolarını çəkdirib, ağalarına göndərəcək və “əzildiklərini”, “hüquqlarının tapdandığını” iddia edib, hay-küy qaldıracaq. Beləliklə, Ə.Kərimli və trol dəstəsi “əzabkeş müxalifət” adını alacaqlar. Sonrakı proseslər isə Ə.Kərimlinin böyük məbləğdə qrantlar alması ilə müşayitə olunacaq.

İLHAM ƏLİYEV

Digər xəbərlər