Bəşər tarixinə bəlli olan fakt ondan ibarətdir ki, ermənilər Cənubi Qafqaza köçürləndən qanlı toqquşmalar, insan qırğınları, soyqırımları ara verməyib. Müxtəlif zamanlarda azərbaycanlılara qarşı qətliamlar törədən ermənilər bununla da vəhşi toplum olduqlarını nümayiş etdiriblər. Bu vəhşi toplum uşaq, qoca, qadın bilmədən hər kəsi öldürmüşdülər. Son iki əsr ərzində 2 milyondan çox azərbaycanlı erməni vəhşiliyinin qurbanı olub, yüzlərlə şəhər və qəsəbə, kəndlər dağıdılmış, minlərlə tarixi bina, məscidlər, memarlıq nümunələri yerlə yeksan olub. İnsanlıq əleyhinə olan bu cinayətlərə, vəhşiliklər dünya birliyi seyrçi qalıb. Sovetlər birliyi dönəmində də ermənilər öz vəhşi xislətindən qalmamışlar. Xüsusilə də, 1988-ci ildən başlayaraq ermənilər Moskvadakı himayədarlarına arxalanaraq azərbaycanılara qarşı qətliamlar həyata keçirmiş, şəhər və kəndlərimizdə terror hadisələri törətmişlər. Təəssüflər olsun ki, o zaman Azərbaycana rəhbərlik etmiş Ə.Vəzirov, A.Mütəllibov ermənilərin vəhşiliklərinə göz yummuş və bununla da öz xalqına xəyanət, təcavüzkara isə güzəşt mövqeyi tutmuşlar. Azərbaycanın ozamankı rəhbərliyinin öz xalqına xəyanət yolu tutmasından istifadə edən SSRİ Ali Soveti Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də "Azərbaycan SSRİ-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasınm tətbiqi haqqında" qərar qəbul etdi. Bununla da əsas məqsəd Qarabağı Azərbaycandan alıb Ermənistana verilməsini təmin etmək idi. Lakin xalq məkrli niyyəti başa düşdüyündən ayağa qalxıb Moskvanın məkrli qərarına etiraz olaraq aksiyalar keçirdilər. Sərt çağırışlarla müşahidə olunan etiraz aksiyaları nəticə verdi və yanvarın 28-də Xüsusi İdarə Komitəsi ləğv edildi. Ancaq bunun əvəzində yeni bir qurum - Təşkilat Komitəsi yaradıldı. Ermənistan SSR bu vəziyyətdən istifadə edərək dekabrın 1-də “Dağlıq Qarabağ”ın Ermənistana birləşdirilməsi haqqında antikonstitusion qərar qəbul etdi. Hansı ki, hazırda Ermənistan separatçı səhvi aradan qaldırmaq üçün referendum keçirməyə hazırlaşır.
Moskvanın dəstəyi separatçıları qətliamları genişləndirməyə ruhlandırmışdır
Zamanında etdiyi kobud səhvinə, xüsusilə də Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq hüquqi müdaxilə aktına Moskva göz yumdu. Bundan ruhlanan terrorçu toplum 1991-ci ilin sentyabrın 2-də “Dağlıq Qarabağ Respublikası” adlanan oyuncaq qurumun yaradıldığını elan etdilər. Azərbaycan Respublikası həmin qurumu tanımaqdan imtina etdi, noyabr ayının 26-da isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu ləğv olundu. 1991-ci il sentyabrın 2-də ermənilər separatçılıq və terrorçuluq meyillərini gücləndirərək DQMV və Şaumyan rayonu Xalq Deputatları Sovetləri birgə sessiya keçirərək, "Dağlıq Qarabağ Respublikası" adlı saxta qurum yaradırlar. Ardınca xarici güclərin hərbi dəstəyi ilə Qarabağda azərbaycanlıların total etnik təmizlənməsini həyata keçirildi. 1991-ci il noyabrın 20-də Martuninin azərbaycanlılar yaşayan kəndlərinə uçan nümayəndə heyətini aparan vertolyot Qarəkənd üzərində ermənilər tərəfindən terrora məruz qalır. Azərbaycanın dövlət katibi Tofiq İsmayılov, baş nazirin müavini Zülfü Hacıyev, dövlət müşaviri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, prezidentin mətbuat katibi Osman Mirzəyev, Vaqif Cəfərov, Vəli Məmmədov, Qurban Namazəliyev, DQMV hüquq-mühafizə, təhlükəsizlik orqanlarına başçılıq edən rusiyalı generallar daxil olmaqla 20 nəfərdən çox adam həlak olur. Noyabrın 26-da Azərbaycan parlamenti DQ MV-ni milli ərazi qurumu kimi ləğv edir, "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul dekreti və "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" Azərbaycan SSR-in 1981-ci il 16 iyun qanununu qüvvədən düşmüş sayır. Stepanakert, Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq Stepanakert Xankəndi, Mardakert Ağdərə, Marturi Xocavənd adlandırılır. Əsgəran və Hadrut rayonları ləğv edilir, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılır. Ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilir. İtkin düşmüş şəxslərlə bağlı aparılmış axtarış-araşdırma tədbirlərinin nəticəsi olaraq 30 şəxs barədə ümumiləşdirilmiş arayışlar tərtib edilib. Dövlət Komissiyası və BQXK-də itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərlə bağlı mövcud olan siyahılar arasında dəqiqləşmənin aparılması və fərqin aradan qaldırılması istiqamətində işlər davam etdirilib. Araşdırma zamanı 18 nəfərin döyüşlərin gedişində itkin düşməsi faktı da aşkar edilərək Azərbaycan Respublikası Dövlət Komissiyasında qeydiyyata alınıb və adları müvafiq siyahıya salınıb. Hər cür hərbi silah sursatla təmin olunan erməni seoparatçıları öz terrorçu əməllərini daha da genişləndirirlər.
İnsanlıq əleyhinə yönələn bəşəri cinayət
Terrorçular bu dəfə Xocalı şəhərini və əhalisini hədəfə alırlar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transportyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdi. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər şəklə salınanlar çoxluq təşkil edirdi. İstintaq materiallarından məlum olur ki, hücuma rəhbərlik edən Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın, eləcə də 366-cı alayın 3-cü batalyonunun komandiri Yevqeni Nabokixin komandasında əlavə olaraq 50-dən çox erməni zabiti və giziri iştirak ediblər.Mühasirəyə alınan şəhərdə qalmış 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Lakin terrorçular mülki əhalinin hərəkət edə biləcəkləri əraziləri mühasirə almaqla insanları kütləvi şəkildə qətlə yetirdilər. Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 155 xocalılı itkin düşdü. Həmin gecə Xocalı sakinləri ilə bərabər, 1988-ci ildə Ermənistandan qaçqın düşərək Xocalıya pənah gətirmiş qaçqın və məcburi köçkün azərbaycanlılar, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin mərkəzi olan Xankəndi şəhərini işğal edən zaman qaçıb canını qurtarmış Xankəndi qaçqınları və 1989-cu ildə Fərqanə hadisələri zamanı Azərbaycana sığınmış 54 ailədən ibarət Axısxa türkləri də bu dəhşətli soyqırımının qurbanı olublar.İngilis jurnalisti Tomas de Val “Qarabağ” kitabında konkret olaraq göstərir ki, Xocalı soyqırımının törədilməsi ilə bağlı Serj Sarkisyana sual etdikdə, o, Xocalı soyqırımını bilərəkdən törətdiklərini etiraf edib: “ Serj Sarkisyan dedi ki, azərbaycanlılar elə bilirdi ki, zarafat edirik, biz Xocalıda heç bir cinayət törətməyəcəyik. Amma biz azərbaycanlılara sübut etdik ki, bunu bacarırıq”.Xocalıda insanlıq əleyhinə törədilən soyqırımı aktı dünyanın əksər mətbu orqanların manjet yazısı olub. Demokratik düşüncəli dünya xalqlar erməni vəhşiliyindən dəhşətə gəldiklərini qeyd edirlər. Krua l'Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il yazır: “Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu.” Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: “Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.”Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.” Xocalı faciəsindən sonra o dəhşətli hadisələri lenta alan Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir. Tayms qəzeti (London), 4 mart 1992-ci il: “Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.”İzvestiya (Moskva), 4 mart 1992-ci il: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.”Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.”R.Patrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti: “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz” və s.
Xocalıda törədilən vəhşiliklər cəzasız qalmayacaq
Xocalıda azərbaycanlılara qarşı soyqırımı və terror aktları törədən 30 erməni hazırda axtarışdadır. Onların arasında Koçaryan, Sarkisyan, Ohanyan və digərlərinin də adları var. Hazırda bir neçə terrorçu 2023-cü il sentyabrın 19-da başlayan və 23 saat 44 - dəiqəqə çəkən antiterror tədbirlərindən sonra həbs olunaraq Azərbaycanın istintaq orqanlarına təhvil veriliblər. Daha doğrusu, artıq Meşəlidə 25 azərbaycanlını qətlə yetirən Vaqif Xaçaturyan məhkəmə tərəfindən layiqli cəzasını alıb. Növədə isə Arayik Artunyan, Saakyan, Ruben Vardanyan, Qukasyan və digərləridir. Söz yox ki, yaxın vaxtlarda onlarda öz cəzalarını alacaqlar. Çox qürurluyuq ki, şəhidlərimizin, o cümlədən də xocalıda soyqırıma məruz qalan insanların ruhları şaddır, torpaqlarımızın bütövlüyü təmin etməklə onların qisası alınıb. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “Dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Hazırda şəhərin yenidən qurulması və keçmiş qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıdışı istiqamətində iş aparılır. Təbii ki, yaxın vaxtlarda insanlar öz yurdlarına qayıdacaq və həyatlarını davam etdirəcəklər. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilmişdir. Yürüşdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə, agentlik və şirkət rəhbərləri, dini konfessiyaların başçıları iştirak etmişlər. Siyasi dialoqun təzahürü olaraq yürüşdə dövlət rəsmiləri ilə yanaşı, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyaların nümayəndələri də iştirak etmişdir. Əminik ki, budəfəki anım mərasimi Xocalıda keçiriləcək. İnsanlar o yerlərə ziyarət edib, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni terrorçularının qətlə yetirdikləri xocalıları yad edəcək, onların ruhuna dualar oxuyacaqlar.
İLHAM ƏLİYEV