Siyasət

  • 872

Azərbaycanlıların soyqırımı bəşəri narahatçılıq yaradib - TƏHLİL

image

Ermənilərin azərbaycanlılara qarşı uzun illər apardıqları ardıcıl etnik təmizləmə və təcavüzkar siyasətləri nəticəsində on minlərlə azərbaycanlı soyqırıma məruz qalmış, şikəst olmuş, elindən-obasından didərgin düşmüşdür. Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütünn faciələri torpaqlarının işğalı ilə müşayiət olunmuşdur. Ermənilərin azərbaycanlılara qarş düşünülmüş, planlı surətdə həyata keçirdikləri soyqırım siyasətləri dövrün ayrı-ayrı mərhələlərini təşkil edilmişdir. 1813-1828-ci illər Rusiya ilə hazırki fars-molla rejimi arasında gedən iki müharibənin sonunda imzalanmış Gülüstan (12 okytabr 1813-cu il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri Azərbaycan xalqının tarixində faciəvi rol oynamış və Azərbaycanın parçalanmasina gətirib çıxarmişdır.

Azərbaycanınn şimalı Rusiyanın, cənubi isə hazırki fars-molla rejiminin idarəçiliyinə keçmişdir. 1918-1920-ci illər birinci Dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd etdilər. Bakı Sovetinin əksinqilabi elementlərlə mübarizə şüarı 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarilmasi məqsədlərini güdən cinayətkar planın reallaşmasina hesablanmışdır. 1918-ci ilin mart-aprel aylarında isə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanli hadisələr zirvə nöqtəsinə çatmışdır. Ermənilər tərəfindən onlarla məktəb, xəstəxana, məscidlər və digər tikililər dağıdılır. Azərbaycanlıların soyqırımı xususi qəddarlıqla Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçivan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilir. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılmış, kəndlər yandırılmış, milli mədəniyyət abidələri məhv edilmişdir. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba- Muğan və Lənkəranda ermənilər 70 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarindan qovmuşlar.

Ermənilər istifadə olunan toplum olublar

Tarixə nəzər salanda görərik ki, bəzən böyük dövlətlər müharibə ocaqlarının yaranmasında ermənilərdən istifadə ediblər. Ruslar əsrlər öncə bölgədə erməni dövlətinin qurulmasına səylər və yardımlar göstərmişlər. 19 may 1783- cü ildə Knyaz G.A. Potyomkin II Katerinaya yazdığı məktubda deyilir: "Fürsət tapan kimi Qarabağı ermənilərin idarəsinə vermək və beləcə Asiyada bir Xristian dövləti qurmaq lazımdır". Məhz “Asala”, “Daşnaksütyun” kimi terrorçu təşkilatları da Türkiyə və Azərbaycana qarşı düşmən mövqedə olan dövlətlərin xeyir-duası ilə yaradılıb. 20-ci əsrin əvvəllərində azərbaycanlıların ermənilər tərəfindən kütləvi soyqırıma məruz qalması da rusların, fransızların, ingilislərin yardımı ilə həyata keçirilib. Tarixi sənədlər subut edir ki, xarici hərbisiyasi dəstək hesabına 1905-1907,1918-1920, 1948-1953-cü illərdə Cənubi Qafqazdakı tarixi ərazilərdə etnik təmizlənmə və soyqırım siyasətinə məruz qalan yüz minlərlə Azərbaycan türkləri erməni daşnakları tərəfindən kütləvi şəkildə qətlə yetrilmişdir.

Bir faktı da qeyd etmək lazımdır ki, 1918 ci il sentyabr aynın 20-si və 26- da Bakı bolşevikləri Ağcaqum çöllərində güllələnməyə aparılarkən yolda qəflətən Anastas Mikoyan və Stepan Şaumyan yoxa çıxmışdır. Sonradan məlum olur ki, Şaumyan heç də Qafqazda itnperiyalar və e rm m ih rin Azərbaycan ərazibrinə köçürülməsi güllələnməmiş, əksinə ingilis gəmiləri ilə İrana qaçmış, oradan isə Dehli şəhərinə getmişdir. Ömrünün sonuna qədər də Hindistanda yaşamışdır. Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ ərazisində yaşayan azərbaycanlılara qarşı amansızcasına vəhşilik siyasəti yeridilməsi üçün Rusiya hökumətinin himayəsi və köməyi ilə ermənilər 1905-1907, 1918-1920-ci iilərdə və eləcə də, sonrakı ayrı-ayrı illərdə kütləvi qətliam siyasəti həyata keçirmişlər. Nəticədə, Azərbaycanın Zərgəzur, İrəvan, Naxçıvan, Ordubad, Şamaxı, Qazax və Qarabağ ərazilərində yüzlərlə kənd yarndırılmış, 10 minlərlə insan öldürülmüş və şikəst olunaraq ev-eşiklərindən didərgin salınmışdır. 1918-1920-ci illərin 31 mart hadisələri ilə bağlı birmənalı mövqe ondan ibarətdir ki, ermənilər 10 minlərlə azərbaycanlını qətlə yetirmişdir. Hələ 1918-ci ilin martında Rusiya bolşeveklərinin lideri Vladimir Lenin bolşevik Stepan Şaumyanı Qafqaz fövqəladə komisarı təyin edərək, Bakıya göndərmişdir. Məqsəd isə bolşeveklər vasitəsi ilə hakimiyyəti ələ keçirmək adı ilə ermənilərin əsas aparıcı qrupları olan daşnakları silahlandırmaq və onların vasitəsi ilə Azərbaycanda ermənilərin daha geniş ərazilərdə yerləşdirməsini təmin etməkdən ibarət olmuşdur.

Martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını olmuşdur. Stepan Şamuyanın sonradan yazılı sənədlərə verdiyi açıqlamalarında və etiraflarında qeyd edir ki, dinc azərbaycanlıların qətlə yeririlməsində Bakı Sovetinə 6 min silahlı əsgər və eyni zamanda, “Daşnaksütyun” partiyasının 5 min nəfərdən ibarət silahlı dəstəsi iştirak etmişdir. 3 gün davam edən qırğın zamanı erməni silahlıları bolşaveklərin köməyi ilə Azərbaycan rnəhəllələrinə girərək uşaqdan-qocaya qədər hər bir insanı qətlə yerirmişdilər. Həmin dəhşətli günlərin şahidi olmuş Pumnir familiyanı bir alman jurnalisti 1925-ci ildə qələmə aldığı məqaləsində Bakıda törədilən insaın qətliamı ilə bağlı bunları qeyd etmişdir: “Ermənilər müsəlman rnəhəllərinə girərək, hər kəsi öldürür, qılıncla parçalayırdılar. Bu qırğından bir neçə gün sonra bir çuxurdan yalnız 87 azərbaycanlının cəsədi çıxarılmışdır. Onların qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış və cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi yaşlılara da rəhm etməmişdilər”.

1918-ci ilin mart-aprel aylarında Şamaxıda təkcə 10 minə qədər dinc sakin qətlə yetirilmişdir

Ümumiyyətlə, 20-ci əsrin 1-ci yarsında Zaqafqaziyada baş vermiş 1905-1907 və 1918-1920 il qətliamları zamanı, ümümilikdə, 2 milyondan yuxarı azərbaycanlı qətlə yetirilmiş və öz ev-eşiklərindən didərgin salınmışdır. 31 mart qırğınları zamanı Bakı şəhərinin təkcə indiki qalaqapısı ərazisində qulaqları, burunları kəsilmiş və qarınları yırtılmış 100-ə yaxın azərbaycanlı qadının meyiti tapılmışdır. Gənc qadmların diri-diri divara mıxlanması erməni vandalizminin ən vəhşi nümunəsi sayıla bilər. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün isə ermənilər şəhərin müvafiq yerlərində əvvəfcədən plemyotlar yerləşdirmişdilər. Burada canlarını qurtarmağa çalışan dinc sakinlərə və vətəndaşlara, bir sözlə, azərbaycanlılara aman verilmədən gülləbaran edirdilər. İrəvan quberniyası, Şərur, Dərələyəz, Qars və digər ərazilirdə azərbaycanlılara qarşı qırğıniarın törədilməsində fəal iştirakçılardan biri olmuş Ovanes Oqanesiyanın etirafları əsasında amerkalı jurnalist və yazıçı Ramistin Hartvil “İnsanlar belə imişlər” adlı kitab yazmışdır.

Ovanes Oqanesiyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin Rusiyanın yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək təkcə Bakıda mart qırğınları zamanı 30 mindən çox azərbaycanlını qətlə yetirdiklərini bildirib. 1918- 1920 illər soyqırımı zamanı daşnakların azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı şəhəri ilə kifayətləndirilməmişdir. Onlar sonrakı mərhələlərdə Şamaxı, Quba, Naxçıvan, İrəvan, Zəngəzur, Qarabağ və digər yaşayış yerlərində azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişdilər. 1918-ci ilin mart-aprel aylarında Şamaxıda təkcə 10 minə qədər dinc sakin qətlə yetirilmişdir. 1918-ci ildə Şamaxıda ermənilərin törətdiyi soyqırım zamam yanğından sonra tapılmış salamat qalan Quran səhifələri. Hazırda Azərbaycanın dini mərkəzi hesab olunan Şamaxı Cümə məscidinə insanlanları kütiəvi şəkildə dolduraraq dir-diri yandırmışdılar. Tarixi faktlara və sənədlərə istinadən o fikri də qeyd etmək olar ki, Cavanşir qəzasında 28 kəndi, Cəbrayıl qəzasında 17 kəndi tamamilə yandırılmış və minlərlə insan öldürülmüşdür. 1918-ci ilin aprel ayının 29-da Gümürü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü erməni pusqusuna düşərək, son nəfərədək öldürülmüşdür.

Erməni silahli dəstələri Naxçıvan qəzasında 45, Zəngəzur qəzasında 115 Azərbaycan kəndi yandırılmış, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür, 50 min azərbaycanlı qaçqın düşmüşdür. İrəvan quber niyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı soyqırıma məruz qalmışdır, kəndlər isə yerlə yeksan olunmuşdur. Erməni silahlı dəstəiəri daha sonra Azərbaycanın dilbər güşəsi olan Qarabağa silahlı hücum etmiş, ümumilikdə, 34 min azərbaycanlı qətlə yetirilmiş, 27 min insan isə şikəst edilmişdir. 1920-ci illn may ayında ermənilər Rusiyanın 9-cu Qızıl Ordunun iştirakı ilə Gəncədə 12 mindən çox azərbaycanlını qətlə yetirilmişlər. Sonrakı mərhələlərdə də, yəni Sovetlər İtifaqının yaradılmasından sonrada ermənilər Azərbaycana qarşı öz düşmənçilik və qətliam siyasətlərindən əl çəkməmiş “böyük Ermənistan” yaradılması iddialarını gerçəkləşdirmək üçün hər cür iyrənc və yaramaz vasitələrdən istifadə etməyə çalışmışlar.Tarixin sonrakı dövrlərində də ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasətini da» vam etdirmişlər. Hətta onlar az sayda olan qüvvələrini xarici ölkələrdə yaşayan erməniləri Azərbaycan ərazilərinə yerləşdirməsinə nail olmaqla möhkəmləndirməyə çalışmışlar.

Xüsusilə də fars-molla rejiminin nəzarət etdiyi hazırki torpaqlardan, Suriyadan, Fransadan Qarabağa yerləşdirilən ermənilər sonradan azərbaycanlılara qarşı çevrilən yarımvəhşi qüvvələr olmuşlar. 1943-cü ildə Tehranda keçirilən konfrans zamanı Sovet-İran münasibətləri müzakirə edilərkən, ermənilər o zaman SSRİ xarici işlər naziri Molotovdan fars-molla rejiminin nəzarət etdiyi hazırki torpaqlarda yaşayan ermənilərin SSRİ-yə köçürülməsi üçün ondan Stalindən xahiş etmələrini diləmişdilər. Molotov məsələni SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi İosif Stalinə çatdırır və ermənilərin köçürülməsinə razılıq alır. Ermənistan Kommunist Partiyasını Mərkəzi Komitəsinin birinci katibi Qriqori Arutyunov bundan istifadə edərək, xaricdəki erməniləri, Ermənistana köçmək həvəsini artırmaqla azərbaycalıların Ermənistandan zorla çıxarılması barədə qərar verilməsinə müvəffəq olmuşdur. 1947-ci ilin dekabr ayının 23-də SSR Nazirlər Soveti Ermənistan SSR-dən azərbaycanlıların Azərbaycan SSR-in Kür və Araz ovalığına köçürülməsi haqqında qərar çıxarır.

Stalin tərəfindən 1948-1953-cü illərdə həyata keçirilən azərbaycanlıların növbəti deportasiyası zamanı ermənilərin xüsusilə diqqət mərkəzində saxladıqları məsələ iqtisadi, sosial və mədəni cəhətdən güclü, strateji və əhəmiyyətli Azərbaycanın yaşayış məntəqələrinin boşaldılması olmuşdur. Bu səbəbdən, ilk mərhələdə İrəvan şəhəri yaxınlığında yerləşən yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmişdir. Sonrakı mərhələdə isə rayon mərkəzləri ətraf kənd və qəsəbələrdə azərbaycanlılardan boşaldılmışdır. Deportasiyaya məruz qalan əhalinin bir hissəsi Ermənistanın dağ rayonlarında yaşadığı üçün Kür və Araz ovalığmdakı iqlim şəraitinə dözümsüz olmuşdular. Nəticədə isə, bu ərazidə yerləşdirilən əhali çətin və ağır yaşayış şəraiti ucbatından həyatlarını itirmiş, şikəst olmuşlar. Burada diqqətçəkən məqam ondan ibaətdir ki, Ermənistandan köçürülən bir nəfər azərbaycanlının da Qarəbağda yerləşdililməsinə imkan verilməmişdir.

ABŞ tərəfindən Bakıya göndərilən general Harbord ermənilərin vəhşiliyinin əyani şahidi olmuşdur

Bir faktı da nəzərə çatdırmaq lazımdır ki, Stepan Şaumyan Bakı Sovetinin rəhbəri olarkən Böyük Britanya tərəfindən milyon qızıl rubl məbləğində ilkin olaraq yardım almışdır. Bu yardımın əsas məqsədi ermənilərin silahlandırılması və azərbaycanlılara qarşı soyqırımı siyasətin daha geniş şəkildə həyata keçirilməsinə hesablanmışdır. 9 mart 1918-ci ildə H.Z.Tağıyevin oğlu Məhəmməd Tağıyevin dəfn mərasimində iştirak etmək üçün general Talışinskinin başçılığı etdiyi Azərbaycan alayı Bakıya gəlmişdir. M.Tağıyev Lənkəran şəhərində ermənilərin qurduqları pusqu nəticəsində qətlə yetirilmişdir. Onun dəfn mərasimi 1918-ci ilin 27 mart gününə təyin olunmuşdur.

General Talışinski Bakıya gəlməmişdən bir necə gün əvvəl Lenin Stepan Şaumyana məktubla müraciət edərək, ümumilikdə, şəhərdə sabitliyin və sakitliyin yaradılmasını ondan xahiş etmiş və mümkün qədər konfliktlərin və mübahisələrin diplomatik yolla həllinə nail olunmasını ondan istəmişdir. Məktubun sonunu isə o, belə bitirmişdir: “Bütün dostlara xoş arzular və salamlarla”. Amma sonrakı proseslərin inkişafı göstərdi ki, Leninin Şaumyana etdiyi bu müraciətə baxmayaraq, Bakıya daxil olarkən general Talışinski və Azərbaycan alayının üzvləri Bakı Soveti tərəfindən həbs olunur. Bu da şəhərdə yaşayan azərbaycanlılarla Bakı Soveti arasında qarşıdurmanın yaranmasına gətirib çıxarmışdır. Nəticədə, baş verən silahlı münaqişə nəticəsində, martın 30-dan aprelin 3-nə qədər davam edən münaqişə nəticəsində onlarla azərbaycanlı silahlı Bakı Sovetinin hərbi qüvvələri tərəfindən öldürülmüşdür. Bu da tariximizdə 1918-ci ilin mart soyqırımı günləri kimi qalmışdır. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, tarixə azərbaycanlıların mart soyqırımı kimi düşən mart qırğınlarından bir qədər sonra ermənilər hər vəchlə dünyaya car çəkərək azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirmədiklərini çatdırmağa çalışırdılar.

Hətta 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harbord ermənilərin vəhşiliyinin əyani şahidi olmuşdur. O zamankı erməni yepiskopu Baqrad ermənilərin mart hadisələrində iştrak etmədiyini diplomatın nəzərinə çatdırmağa çalışırdı. Baqrad Bakıda baş verən qırğınlar zamanı öldürülənlərdən 1000 nəfər erməni və rus, 7000-nin isə müsəlman olduğunu iddia edib. Amma təbii ki, təcrübəli diplomat yepiskopun yalanlarına inanmamışdır. Ölkəsinə qayıtdıqdan sonar general Harbord erməni terorçuların on minlərlə azərbaycanlını qətlə yetirib, minlərlə insanı ev eşiyindən didərgin salmasına dair müvafiq sənəd hazırlayaraq yuxarı rəhbərliyinə təqdim etdmişdir. Hazır da general Harbordın hazırladığı həmin sənədlər ABŞ-ın dövlət arxivlərində saxlanılır.

İLHAM ƏLİYEV

Digər xəbərlər