Siyasət

  • 420

COP29 Azərbaycanın gücünə güc qatacaq TƏHLİL

image

Bugünkü reallıqlara əsaslanaraq demək olar ki, Azərbaycan beynəlxalq aləmdə iqtisadi möcüzələr ölkəsi, siyasi sabitlik adası kimi tanınır. Artıq dünyanın elə bir ölkəsi, elə bir beynəlxalq təşkilatı yoxdu ki, Azərbaycanla ikitərfli əlaqələrin, əməkdaşlıq münasibətlərinin qurulmasında maraqlı olmasın. Hər il ölkəmizə xarici investisiyaların həcmi artmaqdadır. Bu, təkcə neft, qaz sənayesi deyil, ümumilikdə bütün sahələri əhatə etməkdədir. Söz yox ki, xarici sərmayə iqtisadiyyatın dirçəlişi üçün kapital rolunu oynamaqla yanaşı, daxili iqtisadi struktur islahatlarının aparılmasına mühüm təkan verir. Ölkə iqtisadiyyatına qoyulan investisiya ancaq xarici sərmayə ilə yekunlaşmır. Artıq inkişaf edən Azərbaycan iqtisadiyyatında yerli sahibkarlıq subyektləri formalaşıb. Səbəbsiz deyil ki, hazırkı məqamda ölkə iqtisadiyyatına qoyulan investisiyanın 80 faizini yerli sahibkarlıq subyektlərinin payına düşür. Söz yox ki, iqtisadiyyatın inkişafı yeni iş yerlərinin açılması və əhalinin sosial vəziyyətinin daha da yaxşılaşması deməkdir. Amma o fikri də vurğulamaq lazımdır ki, iqtisadi inkişaf, yeni zavod və fabriklərin açılması qismən də olsa özü ilə ekoloji problemlər gətirir. Buna görədir ki, iqtisadiyyata ekoloji tələbin vacibliyi məsələsi gündəmə gəlmişdir.Yəni, ölkədə ətraf mühitin mühafizəsi, havanın çirklənmədən qorunması başlıca məqsəd və vəzifə daşımalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm sərəncamlar verilib, müvafiq addımlar atılıb, qərarlar verilib. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar, həmçinin Azərbaycanda hidrometeorologiyanın inkişafına dair Dövlət Proqramı uğurla yerinə yetirilir. Hər il dünyada iyunun 5-də qeyd olunan Ətraf Mühitin Mühafizəsi Günü Azərbaycanda da böyük coşqu və həmrəyliklə qeyd olunur. Həmin gün və sonrakı günlərdə ölkənin hər yerində insanlar bayram əhvali-ruhiyyəsi ilə küçə və meydanlara, dağ yamaclarına, meşə ətəklərinə çıxaraq minlərlə müxtəlif növ ağaclar əkirlər. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağacəkmə kampaniyalarında iştirak etmələri ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisi sayıla bilər.

COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP29-un Tərəflər Konfransının 29-cu sessiyası noyabrın 11-dən 22-ə qədər Azərbaycanda keçiriləcək. COP “Conference of the Parties”, yəni Tərəflərin Konfransı adlanır və adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğuna işarə edir. COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirdi ki, biz öz sədrliyimizə nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Əslində, bu vacibdir. Prezident İlham Əliyev onu da vurğulayıb ki, biz buna (Azərbaycanın COP29-a sədrliyinə - red.) həm də ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi baxırıq.

Prezident İlham Əliyev onu da qeyd etdi ki, COP29-un keçirilməsi bizə həvalə edilməmişdən əvvəl biz ekoloji problemlərlə ciddi məşğul olurduq və iqlim dəyişikliyinin mənfi fəsadlarını azaltmağa çalışırdıq: “Siz də doğru qeyd etdiyiniz kimi, hər kəs xüsusilə yayda çimərliyə gedəndə dənizin hər il geri çəkildiyini görə bilər və bu, heç vaxt belə olmamışdır. Bir vaxtlar dəniz irəliyə gəlib geri çəkilirdi, lakin bu, bir proses idi. İndi isə dəniz yalnız geri çəkilir. Bu, ətraf mühit, eləcə də ticarət üçün ciddi problemdir. Biz gəmilər üçün daha çox kanal qazmalıyıq və əgər Xəzər dənizinin geri çəkilməsi olduğu kimi davam edərsə, biz nəinki təkcə ciddi ekoloji problemlə, kommunikasiya layihələri ilə də bağlı problemlər yaşayacağıq. Çünki hazırda icra edilməkdə olan vacib layihələrdən biri - Orta Dəhliz Xəzər dənizindən keçir. Beləliklə, burada bir çox məsələlər var. Biz burada ətraf mühitin mühafizəsi ilə bağlı çoxlu işlər görürük. Siz bir neçə il burada yaşamısınız və bizim gündəliyimizi bilirsiniz. Biz Abşeron yarımadasının təmizlənməsi ilə bağlı çoxlu işlər görürük və bunun bariz nümunələrindən biri Ağ Şəhər layihəsidir, hansı ki, əvvəllər “Qara şəhər” adlanırdı. Bilmirəm hamınız orada olmusunuz ya yox, əgər olmamısınızsa, sizə gedib oranı ziyarət etməyi məsləhət görərdim. Biz onilliklər ərzində tamamilə çirklənmiş ərazidə - şəhərin içində şəhər saldıq. Bakının bu hissəsindən avtomobillə keçəndə pis qoxu gəldiyinə görə həmişə pəncərəni bağlayardıq. İndi isə bu, yaşıl şəhər planlaşdırılmasının və həyata keçirilməsinin nümayişidir. Digər bir misal isə Bibiheybət buxtasıdır. Ceyms Bond haqqında filmlərdən biri burada çəkilmişdir. O filmi izləmisinizsə, buxtanın əvvəllər necə göründüyünü görə bilərsiniz. Lakin indi o, Bakının ən yaşıl ərazilərindən biridir. Beləliklə, bunlar kimi bir çox nümunələr var. İndi biz, həmçinin Qarabağda və Şərqi Zəngəzurda su resursları üzərində fəal çalışırıq. İşğal dövründə biz bu resurslardan məhrum olmuşduq. Mənbəyini Azərbaycandan götürən əsas çaylar məhz orada yerləşir. İşğal dövründə ermənilər, sadəcə, su anbarlarını bağlayırdılar və su tələb olunan mövsümdə bizi sudan məhrum edirdilər, suyu qışda buraxırdılar. Beləliklə, Azərbaycanın Şərqi Zəngəzurda və Qarabağda suvarılmalı olan yüz minlərlə hektar ərazisi suvarılmırdı. İndi biz geri qayıtmışıq və su ehtiyatlarımız üzərində nəzarət bizdədir. Biz bir neçə böyük su anbarı və su kanalı tikməyi planlaşdırırıq. Bunları təkcə o hissədə yox, eyni zamanda, Azərbaycanın mərkəzi hissəsində də etməyi nəzərdə tuturuq. Bizim planlarımız artıq bəyan olunub və bunlar bizə həqiqətən indi itkiyə gedən hər bir damla suya qənaət etməyə imkan verəcək. Köhnə kanallarımızda təxminən 30 faiz su itkimiz var. Modernləşdirmə və yeni texnologiyalardan sonra su itkisi 5 faizdən artıq olmayacaq. O ki qaldı transsərhəd çaylara, bu, bizi ən çox narahat edən məsələdir, çünki biz bu vəziyyətə nəzarət edə bilmirik. Bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb, əlbəttə ki, iqlim dəyişikliyidir. Obyektiv olaraq çaylarda daha az su var, lakin, eyni zamanda, biz bilirik ki, bu çaylar üzərində onların dayazlaşmasına gətirib çıxaran hidrotexniki layihələr var. Eyni mənzərəni, məsələn, Volqa çayında da görürük. Çünki Volqa çayı Xəzər dənizi üçün əsas su mənbəyidir və indi Volqa çayında su təbii ki, azdır. Beləliklə, Xəzər dənizinin geriyə çəkilməsi iqlim dəyişikliyi səbəbindən deyil, həm də Volqa çayının Xəzər dənizini lazımi qədər su ilə təmin etməməsindəndir. Əlbəttə ki, bu, çoxtərəfli əməkdaşlıq məsələsidir. Biz bu məsələləri qonşularımızla həll etməyə çalışırıq və faktiki olaraq onların üzərində işləyirik. Çünki əlaqələndirilmiş tədbirlər görməsək və müvafiq addımlar atmasaq biz hamımız bundan əziyyət çəkəcəyik. Lakin nəticələrlə bağlı ümumilikdə danışsaq, biz bütün üzv ölkələrlə fəal işləməyə sadiqik. Hesab edirəm ki, bunun üçün yaxşı imkanlar var”.

Bundan əvvəl, yəni 2023-cü il dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən müşavirədə dövlətimizin başçısı bildirdi ki, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur: “Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik. Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirmişik. Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilmişdir. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq”. Prezident İlham Əliyev çıxışında onu da qeyd etdi ki, Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq: “Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”.

Erməni toplumu 30 il ərzində zəbt etdikləri Azərbaycan ərazilərində ekoloji terror həyata keçirmiş, yeraltı, yerüstü sərvətlərini talan edərək viran qoymuşlar

Azərbaycanda ekoloji tarazlığın təmin olunması istiqamətində mühüm dövlət siyasəti həyata keçirilir. Faktlara istinadən demək olar ki, son 20 il ərzində 130 min hektar sahədə meşəbərpa işləri aparılıb və yeni meşələr salınıb, 100 milyon ədəd ağac əkilib, 350 milyon ədəd əkin materialı yetişdirilib və 2 min ton toxum tədarük edilib. Meşə ilə örtülü ərazilərin sahəsi 11,4 %-dən 11,8 %-dək artıb. Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi ölkə ərazisinin 4,5 %-dən 10,3 %-ə qədər çatdırılıb. Eyni zamanda, Bakı və Abşeron yarımadasının yaşıllaşdırılması ilə bağlı müasir metodlara əsaslanan iri yaşıllaşdırma layihələri də həyata keçirilib. Belə ki, 3600 hektardan artıq ərazidə 4,5 milyona yaxın ağac əkilib, müasir damcılı suvarma sistemləri ilə təmin olunub. Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən "Hərəmiz bir ağac əkək" layihəsi də bu sahəyə böyük töhfələr verib. Heydər Əliyev Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ölkəmizdə minlərlə növ ağac əkilib, meşə zolaqları salınıb. Erməni vəhşiliyi, vanalizmi yalnız işğal altında olmuş Qarabağda insanların öldürülməsi, evlərin məhv edilməsi ilə yekunlaşmayıb. Bu vəhşi erməni toplumu həm də, zəbt etdikləri Azərbaycan ərazilərində ekaloji terror həyata keçimiş, yer altı, yer üstü sərvətlərini talan edərək viran qoymuşlar. Bunun nəticəsində ətraf mühitə sağalmazı on illər çəkəcək yaralar vurmuşlar. Erməni işğalı zamanı torpaqlarımızda ölkəmizin zəngin faydalı qazıntı yataqları, o cümlədən 155 növ yeraltı və yerüstü sərvəti qarət və talan edilmişdir. Kəlbəvər və Zəngilan ərazilərində 15 qızıl, 6 civə, 2 mis, 13 müxtəlif növ tikinti daşı, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1 obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları, 11 şirin yeraltı su və 10 mineral su yataqları vəhşicəsinə istisamar və talan edilməkl Azərbaycana milyardlaral ABŞ dolları ziyan vurmuşlar.Azərbaycan Respublikasının Ekalogiya və Təbii Sərvətlər Nazirliyinə istinadən verilən məlumata görə, erməni vəhşi tplumu tərəfindən talan edilən yeratı və yerüstü sərvətlər Qızılbulaq, Mehmana, Dəmirli, Canyataq-gülyataq, Ağdərə, Şorbulaq, Şuşa, Şirlan, Turşsu, Xocalı, Zərinbax, Ağçay, Xəankəndi, Ediş, Xocavənd, Söyüdlü, Ağduzdağ, Tutxun, Ağyataq, Levçay, Kilsəli, Keştək, Keçəldağ, Çəlli, Yuxarı istisu, Aşağı istusu, Mozçay, Qoturlu, Çilkəz, narzanlı, Əhmədli, Hoçaz, Laçın, Novruzlu, Yuxarı Əkərəçay, Quşçu, Minkənd, Hacılı, Xanlıq, Qubadlı, Vejnəli, Bartaz, Oxçuçay, Zəngilan, Şərifan, Tuluz, Qaracalı, Soltanlı, Çaxmaxçay, Göyərçin-Veysəlli, Minbaşılı, Ağtəpə, Cəfərabad, Şahverdilər, Çaxmaxqaya, Dövlətyarlı, Diləgərdi, Kürdmahmudlu, Quruçay, Şahbulaq, Gülablı, Çobandağ, Boyəhmədli, Şahbulaq, Ağdam, Qarqarçay, Xaçınçay və s. yataqlarda aşkar edilmişdir: "Sözügedən yataqlarda sənaye ehtiyatları təsdiq edilmiş 132,6 ton qızıl, 37,3 min ton qurğuşun, 189 milyon m3 mişar daşı, 1 milyon 526 min ton gəc, 1 milyon 968 min m3/gün yeraltı şirin su, 18 milyon 432 min m3üzlük daşı, 23 milyon 243 min m3 gil, 57 milyon 965 min ton tikinti daşı, 7805 m3/gün mineral sular, 96 milyon 987 min ton qum-çınqıl, 1898, 4 ton civə, 4 milyon 473 min m3 perlit, 2 milyon 144 min m3 pemza, 129 milyon 833 min m3 soda istehsalı üçün əhəngdaşı, 147 milyon 108 min ton sement xammalı və s. iqtisadiyyatın inkişafında vacib əhəmiyyət daşıyan faydalı qazıntılar aşkar edilmişdir" . Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın bitki örtüyünə, meşələrinə amansız divan tutulmuşdur. Dağlıq Qarabağ və onun ətrafında 250.928 hektar meşə sahəsi, o cümlədən Zəngilan rayonundakı Bəsitçay və Laçın rayonundakı Qarabağ dövlət qoruqları, həmçinin dörd təbiət yasaqlığı, digər çoxsaylı təbiət abidələri amansızlıqla məhv edilmişdir. Ermənilər Azərbaycanın işğal edilən ərazilərində yanğınlar törətməklə ekoloji terror tədbirlərini daha da genişləndirmişlər. 2006, 2010, 2014, 2017 -ci iilərdə yaz və yay aylarında törətdikləri yanğınlar zamanı Azərbaycan təbiətinə, flora və faunasına ağır zərbələr vurmuşlar. Meşələrin məhvi isə təkcə flora və faunanın məhvi demək deyil, eyni zamanda regionun iqliminə neqativ təsir göstərən amillərdəndir. Qlobal iqlim dəyişikliklərinin dünya üçün ciddi sınaq və təhlükəyə çevrildiyi bir zamanda Ermənistanın işğal edilmiş ərazilərdə meşələrə divan tutması bütövlükdə Cənubi Qafqaz regionunda bioloji müxtəlifliyin məhvinə, ekoloji tarazlığın pozulmasına yönəlib. Sərhəd zolağında törədilən geniş miqyaslı yanğın, işğal olunmuş ərazilərdə ağacların kütləvi qırılması ilə erməni vandalları Azərbaycana 4,5 milyon ABŞ dolları həcmində ziyan vurmuşlar.Ümumildə, işğal altında olmuş Azərbaycan ərazilərində meşələrin ümumi sahəsi 247,352 hektar olub. Bunun təxminən 460 növdən çox yabanı ağac və kol bitkisi olmaqla, 13,197 hektarı xüsusi əhəmiyyətə malik olub. Azərbaycan ordusunun parlaq Qələbəsi ilə torpaqlarız azad edildikdən sonra məlum olub ki, İKəlbəcər rayonunda Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin (IUCN) qırmızı kitabına salınmış ağacların bitdiyi 968 hektarlıq ərazi məhv edilib. Məlumatlar istinadən qeyd etmək olar ki, Ermənistan işğalçıları Azərbaycan ərazilərində 21 növ endemi, həmçinin yüzlərlə nadir və nəsli kəsilməkdə olan bitki növünü məhv edib. Bəsitçay Dövlət Təbiət Qoruğunda, Qaragöl Dövlət Təbiət Qoruğunda, həmçinin Laçın, Qubadlı və Daşaltı regionlarındakı dövlət təbiət qoruqlarında çinar, qoz, palıd və s. nadir ağaclar kəsilib, işğal atındakı ərazilərdən daşınaraq mebel, çəllək və silah istehsalında istifadə edilib. Bu ağac növlərinin əksəriyyəti nəsli kəsilmək təhlükəsi ilə üzləşib.Ümumiyyətlə erməni kəmiriciləri işğal etdikləri Azərbaycanın dilbər guşələrini viran qoyub, təbiətə sarsıdıcı zərbə vurublar. Təbii ki, sərvətlərimizin talan edilməsi, təbiətin məhv edilməsi erməni toplumuna baha başa gələcək. Artıq Ermənistanın haqq divanına çəkilməsi üçün Azərbaycan yerli və xarici ekspertləinin iştirakı ilə viran edilən ərazilərdə dəqiləşdirmələr və hesablamalar işi aparırlar. Yəni Ermənistan beynəlxalq məhkəmə qarşısına çıxarılmaqla layiq olduğu cəzanı və təzminatı ödyəcək. Sevindirici və qürurverici haldır ki, artıq erməni işğalına son qoyulub. Güclü və qüdrətli Azərbaycan ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan təslimçilik aktını imzalamağa məcbur olub. 30 ilə yaxındır ki, düşmən tapdağı altında inildəyən, meşələri talan edilib, sərvətləri qarət olunan gözəl məkanımız aydılığa çıxıb. O bölgələrə həyat qayıdıb. Artıq doğma yerlər doğma nəfəslə canlanmaqdadır. Azərbaycan dövləti, onun vətəndaşları işğaldan azad edilən Ağdam, Füzulu, Kəlbəcər, Zəngilan və digər ərazilərdə ağacəkmə aksiyalarına başlayaıblar. Qısa müddət ərzində on mindən çox müxtəlif növ ağac əkilib. Bu xeyirxah və hümanist işlər yaxın günlıərdə daha geniş və əhatəli şəkildə həyata keçiriləcək. Hazırki mərhələdə Azərbaycanda ətraf mühitin qorunması və sağlamlaşdırılması istiqamətində Ekalogiya və Təbii Sərvətlər nazirliyi, yerli bələdiyyələr mühüm rol oynayırlar. Lakin bələdiyyələr ekoloji mühitin qorunmasında iştirak etsələr də, fəaliyyətləri bir o qədər qənaətbəxş deyil. Nəzərə almaq lazımdır ki, ekoloji mühitin qorunması üçün nəinki bələdiyyələr, o cümlədən hər bir kəs öz vətəndaşlıq məsuliyyətini dərk etməlidir. Çünki sağlamlığımız və yaşayışımız həm də təbiətlə sıx bağlıdır. Kimliyindən, tutduğu mövqeyindən asılı olmayaq bizlər canlı aləmin, ətraf mühitin qayğısına qalmalıyıq, onun inkişafına yardımçı olmalıyıq.

İLHAM ƏLİYEV

Digər xəbərlər