PDF Oxu

Siyasət

  • 2 076

Azərbaycan-Belarus münasibətlərində yeni mərhələ başlayır ŞƏRH

Azərbaycan-Belarus münasibətlərində yeni mərhələ başlayır ŞƏRH

Azərbaycan və Belarus liderlərinin həyata keçirdiyi uğurlu siyasət bu gündə sürətlə inkişaf edir. Bu baxımdan 16-17 may 2024-cü il tarixlərində Belarusiyanın Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə rəsmi səfəri iki ölkə arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının növbəti təzahürü idi.

İki ölkə liderlərinin mətbuata verdiyi bəyanatda Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, xüsusilə də erməni faşizmi üzərində qazanılan qələbəyə diqqəti cəlb etdi və bildirdi ki, Cənubi Qafqazda Azərbaycan beynəlxalq hüququ, normaları tətbiq etmək və burada sülhü, əmin-amanlığı yaratmaq əzmindədir. Həm də ölkə rəhbəri işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı işlərə də nəzər yetirdi və bildirdi ki, artıq bu ərazilərdə çox böyük quruculuq işləri aparılır. Dövlət başçımız Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur ərazilərinin bərpasında fəal iştirak etməyə dəvət etdi. Bildirdi ki, həmin şirkətlər bərpa-quruculuq işlərində gələcəkdə fəal iştirak edəcəklər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Aparılan danışıqlar - təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir.”

Onu da qeyd etmək lazımdır ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana iki günlük dövlət səfəri zamanı respublikanın Qarabağda genişmiqyaslı işlərdə iştirak etmək niyyətini təsdiqləyib. Aleksandr Lukaşenkonun Füzuliyə və Şuşaya səfəri, burada erməni vandalizminin nəticəsində dağıdılmış kənd və şəhərlərlə tanış oldu, burada aparılanbərpa-tikinti layihələri ilə tanış oldu və gələcək inkişaf perspektivləri müzakirə edildi.

Azərbaycan və Belarus təkcə dost deyil, həm də mühüm strateji tərəfdaşdırlar. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlət başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır. Belarus ilə Azərbaycan arasında geniş əməkdaşlıq əlaqələri mövcuddur.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko da mətbuata verdiyi bəyanatında Azərbaycanın son illər böyük nailiyyətlər əldə etməsindən danışaraq, qeyd etdi ki, "Torpaqlarınızı qaytarmağınız və onu dirçəltməyiniz əsrlər boyu, uzun illər yaddaşlarda qalacaq. Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz."

Belarus Prezidentinin Azərbaycana etdiyi növbəti dövlət səfəri mövcud əlaqələrin daha da genişlənməsinə və dərinləşməsinə səbəb olacaq. Əldə edilən razılıqlar və imzalanan sənədlər Azərbaycan-Belarus münasibətlərinin bundan sonra daha da yüksək dinamika ilə inkişaf edəcəyini söyləməyə tam əsas verir. Bu səfər Azərbaycan və Belarus arasında münasibətlərin inkişafında yeni mərhələyə qədəm qoydu .

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri bir daha onu göstərir ki, Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının həyata keçirdiyi çevik, dinamik, düşünülmüş və nəticəyönümlü xarici siyasəti ölkəmizi beynəlxalq aləmdə nüfuzlu, və qüdrətli ölkə kimi qəbul edilməsinə səbəb olmmuşdur.

Əli Paşayev

YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər