Siyasət

  • 1 226

“Aksiyaların məqsədi Ermənistanda hakimiyyət dəyişikliyinə səbəb olmaqdır” - MÜNASİBƏT BİLDİRİLDİ

image

“Bu gün Ermənistanda gedən prosesləri idarə edənlər, onun önündə dayananlar və iştirakçılar əslində 1980-ci illərin sonlarından başlayaraq oxşar prosesləri aparanların təfəkkür tərzindən uzağa getməyən adamlardır. 1980-1990-cı illərdə Azərbaycana qarşı irticaçı prosesləri idarə edənlər nələri hədəfləmişdilərsə, bu gün də Ermənistanın daxilində baş qaldırmış qüvvələr həmin mövqedədirlər. 1990-cı illərin əvvəllərində Azərbaycana qarşı təcavüzkar müharibə aparan işğalçı və irticaçı dairələrin dünyanın müxtəlif siyasi mərkəzlərindən idarə olunduqları kimi, bu gün yenə eyni qaydada idarə olunurlar. Təbii ki, bu cür çıxışların əsas planları və ssenariləri başqa mərkəzlərdə cızılsa da, onu idarə edənlər əsasən Ermənistanın daxilindəki revanşist qüvvələrdir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. Onun sözlərinə görə, 1990-cı illərdən başlayaraq Azərbaycana və bölgədə sülhə qarşı bütün ssenarilərin əsas icraçılarından biri erməni kilsəsi, yalançı ideologiyalarla zəhərlənmiş millətçi dairələr idisə, Ermənistandakı bugünkü hərəkatın önündə və arxasında dayananlar da məhz onlardır: “Əlbəttə bu gün səhnənin önündə erməni kilsəsi dayanır. Ümumiyyətlə, tarix boyu erməni kilsəsi qonşulara, xüsusilə də türk dünyasına qarşı təcavüzkar planların hazırlandığı mərkəz rolunu oynayıb. Bu gün də Ermənistanın təcavüzkar siyasi qüvvələri Azərbaycan tərəfindən meydanda tam məğlubiyyətə uğradıldığı üçün revanş siyasətinin önünə yenidən kilsə çıxıb. Amma təcavüzkar erməni siyasi qüvvələrinin burnu necə əzildisə, bu dəfə də kilsənin özünün burnu ondan dəhşətli şəkildə əziləcək. Kilsənin apardığı indiki hərəkatın məqsədi Ermənistanın içində olduğu Azərbaycanla sülh prosesini dayandırmaq, bölgədə müharibə vəziyyətini saxlamaq, Rusiyanın indiyədək bölgədə yaratdığı təhlükəsizlik sxemlərini dəyişdirmək və regiona tamamilə yad qüvvələri, xüsusilə də Qərb dairələrinin iştirakı ilə yeni təhlükəsizlik sxemləri yaratmaqdan ibarətdir”.A.Quliyev onu da bildirib ki, keçirilən aksiyaların birbaşa məqsədi isə Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaqdır: “Çünki bu gün kilsənin rəhbərlik etdiyi revanşist qüvvələr o qədər həyasızlaşıblar ki, mülki hakimiyyətin dini qüvvələrin təsirində olan başqa bir hakimiyyətlə əvəzlənməsini hədəfləyiblər. Kilsə Ermənistanda həmişə siyasi hakimiyyətə təsir göstərib. Paşinyan hakimiyyəti də kilsənin tam təsirini qəbul etmədiyi üçün elə ilk günlərdən bu iki hakimiyyət arasında ziddiyyət yaranıb. Ona görə də bu gün kilsə siyasi meydanda sıxışdırıldığını görərək bu vəziyyətlə barışmaq istəmir”.
Ləman Sərraf

Digər xəbərlər