Birinci Qarabağ müharibəsi şəhidi Ələsgərov Vahid Mətləb oğlunun anası Ələsgərova Şəriqə Məmməd qızı vəfat edib. Bununla əlaqədar Köçəsgər kəndində keçirilən yas mərasimdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları iştirak ediblər. Mərhumənin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, Şəriqə Ələsgərovanın əziz xatirəsi ehtiramla yad edilib.
Qeyd edək ki, Şəriqə Ələsgərovanın nəvəsi Ələsgərov Mətləb Vüqar oğlu 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olub. Şəhid ailəsinə göstərilən diqqət və qayğı çərçivəsində mərhumənin ailəsinə başsağlığı verilib, onların kədərinə şərik olunub.
Allah rəhmət eləsin!