PDF Oxu

Siyasət

  • 1 159

“Azərbaycanın xarici siyasətində milli maraqlara sadiqlik və siyasi ləyaqət ön plandadır” -DEPUTAT DANIŞDI

image

“Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında onu da bəyan etdi ki, “heç vaxt hansısa ölkəyə qarşı iküzlülük, riyakarlıq göstərməmişik”. Bu, Azərbaycanın xarici siyasətinin əsas prinsipləridir. Dövlət başçımız da çıxışında qeyd etdi ki, Azərbaycan özü də dəfələrlə belə münasibətlərlə üzləşib, lakin heç vaxt qarşı tərəflərin davranışını təkrarlamayıb”.Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Azərbaycanın son illərdə regional və beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi həm də bu yanaşma ilə bağlıdır:”YAP-ın VIII Qurultayındakı çıxışında Prezident Azərbaycanın heç vaxt “ikibaşlı oyun” oynamadığını, sözünün arxasında dayandığını vurğuladı. Bu, ölkənin tərəfdaşları ilə münasibətlərində etimad amilinin ön planda olduğunu göstərir. Söhbət Azərbaycanın öz xarici siyasətini milli maraqlar, suverenlik və qarşılıqlı hörmət prinsipləri əsasında qurmasından gedir.
Müasir beynəlxalq münasibətlərdə dövlətlər arasında maraqların toqquşması qaçılmazdır. Lakin fikir ayrılıqlarının mövcudluğu diplomatik münasibətlərdə qeyri-səmimiliyi zəruri etmir. Əksinə, siyasi etimadın qorunması üçün dövlətin mövqeyinin aydın və ardıcıl olması əsas faktordur. Rəsmi Bakının fərqi və üstünlüyü də bundadır.
Azərbaycan üçün tərəfdaşlıq qarşılıqlı etimad, münasibətlər isə qarşılıqlı hörmət üzərində qurulmalıdır. Prezident İlham Əliyevin bu fikri Azərbaycanın xarici siyasətində ardıcıllıq, milli maraqlara sadiqlik və siyasi ləyaqət anlayışlarını ön plana çıxarır. İndiki mürəkkəb geosiyasi şəraitdə dövlətlər üçün etibarlı tərəfdaş imicinin qorunması olduqca vacibdir. Azərbaycanın timsalında aydın görünür ki, etimadın əsas şərti sözlə əməl arasında fərqin olmamasıdır. Cənab Prezidentin də söyədiyi kimi, “bizim sözümüz imzamız qədər dəyərlidir.”

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər