Siyasət

  • 470

Azərbaycana qarşı erməni qətliamları ŞƏRH

image

Terrorçuluq cinayətkarlığın ən təhlükəli formalarından biridir. Terrorizm siyasi, dini, ideoloji, iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni zorun, gücün, hədənin tətbiq olunması formasıdır. Tarixi, dini, mədəniyyəti, dili olmayan ermənilər tərəfindən törədilən terrorlar insanlığa sığmayan cinayət əməlləridir. Tarixdən bəllidir ki, 1883-cü ildə İrəvan şəhərinin 18.766 nəfər əhalisinin 15.992 nəfəri, 1866-cı ildə isə 27.246 nəfərindən 23.626 nəfəri, yəni 85,2 % azərbaycanlı olmuşdur. Böyük Ermənistan yaratmaq xülyasında olan ermənilərin həqiqi vətəni Rusiya hüdudlarından kənarda, daha doğrusu Kiçik Asiyada yerləşir. Tarixdə heç bir dövlətçiliyi olmayan ermənilər zaman-zaman xalqımıza qarşı terror aktları törədiblər. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi şovinistlərinin davamlı olaraq etnik təmizləmə, ağlasığmaz terror aktlarına və soyqırımı siyasətinə məruz qalmış, günahsız insanlar, qocalar, uşaqlar, hətta, hamilə qadınlar insanlığa sığmayan amansızlıqla, qəddarlıqla qətlə yetirilmişdir. Dünyanın ən tanınmış terror təşkilatları sırasında Ermənistanın ASALA terror təşkilatının da yer aldığı hamıya bəllidir. ASALA, MAQ, "Erməni İttifaqı", "Erməni Azadlıq Cəbhəsi" terror təşkilatları ilə yanaşı, "Armenakan", "Hnçak", "Daşnaksütun" partiyalarının da proqramının əsasını terrorizm, terror üsulları təşkil edir. XIX əsrin sonları və XX əsrdə bu və digər erməni terror təşkilatları Azərbaycanda və Türkiyədə dəhşətli terror aktları törətmiş, on minlərlə günahsız insanı xüsusi amansızlıqla qətlə yetirmiş və ya ömürlük şikəst qalmalarına səbəb olmuşlar.

TÜRK İCTİMAİ-SİYASİ XADİMLƏRİNƏ QARŞI TERROR

1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən "Daşnaksütyun" türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra "Daşnaksütyun" "türkü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!" əmrini vermişdir. 1918-ci il martın 30-31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırıma imza atmışlar. Bir neçə gün ərzində təkcə Bakıda 12 min insan sırf milli-etnik zəminində qətlə yetirilmiş, kütləvi qətliamlar Azərbaycanın Şamaxı, Quba, Qarabağ və digər bölgələrini də əhatə etmişdir. Yalnız 1918-ci ilin sentyabrında Nuru paşanın başçılıq etdiyi ordunun Bakını xilas etməsindən sonra bu qırğınların qarşısı qismən alınmışdır. Tarixi faktlar göstərir ki, məhz ermənilərin fitvası ilə 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli siyasi xadimlərindən Nəsib bəy Yusifbəyli, Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Həsən bəy Ağayev vəhşicəsinə qətlə yetirilmişlər.

Erməni terrorçuları zaman-zaman İstanbulda, Romada, Berlində, Tiflisdə, Buxarada və digər şəhərlərdə tanınmış türk ictimai-siyasi xadimlərinə qarşı qanlı terror aktları həyata keçirmişlər.

İNSANLIĞA SIĞMAYAN QƏTLİAMLAR

"Terrorizmə qarşı mübarizə" haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən terrorizm dedikdə, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq və ya dövlət hakimiyyəti orqanları tərəfindən terrorçuların maraqlarına cavab verən qərarların qəbul edilməsinə nail olmaq məqsədilə insanların kütləvi şəkildə qırılmasına, onlara bədən xəsarəti yetirməsinə, yaxud səhhətinə başqa cür zərər vurulmasına, habelə başqa ağır nəticələrə səbəb olan əməllərin törədilməsi və ya bu cür əməllərin törədilməsinə yönələn hədə başa düşülür. Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter almışdır. Azərbaycanın Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur.

Qısa bir tariximiz bizə ermənilərin terrorçu olduğunu bir daha göstərir. 16 sentyabr 1989-cu ildə "Tbilisi-Bakı" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır. 18 fevral 1990-cı ildə Yevlax-Laçın yolunun 105-ci km-də "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobus partladılmış, çoxlu insan tələfatı olmuşdur. 11 iyul 1990-cı ildə "Tərtər-Kəlbəcər" sərnişin avtobusu partladılmış, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası keçirilmiş, nəticədə 14 nəfər qətlə yetirilmiş, 35 nəfər yaralanmışdır. 10 avqust 1990-cı ildə "Tbilisi-Ağdam" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. Həmin gün "Şəmkir-Gəncə" avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında "LAZ" markalı 43-80 AQF dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 17 nəfər həlak olmuş, 26 nəfər yaralanmışdır. 30 noyabr 1990-cı ildə isə Xankəndi aeroportu yaxınlığında sərnişin avtobusu partladılmış, 2 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdır.

ERMƏNİ SİMASININ GÖSTƏRİCİLƏRİ

Bir-birinin ardınca törədilən terror aktlarının davamı olaraq 09 yanvar 1991-ci ildə "Molodyoj Azerbaycana" qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtomobilə qarşı terror aktı nəticəsində 4 nəfər qətlə yetirilmişdir. "Yevlax-Laçın" avtomobil yolunun 106-cı kilometrində 5459 saylıhərbi hissəyə məxsus "UAZ-469" markalı avtomaşın partladılmış, 3 nəfər həlak olmuş, 3 nəfər ağır yaralanmışdır. Bu terror isə 19 iyun 1991-ci ildə baş tutmuşdu. 31 iyul 1991-ci ildə Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, nəticədə 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır. Beləliklə, Hadrut rayonunun Dolanlar kəndində "QAZ-53" markalı avtomaşın partladılması, Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında "KAVZ" markalı 70-30 AQO dövlət nömrə nişanlı avtobus partladılması, "Ağdam-Xocavənd" avtobusunun atəşə tutulması nəticəsində 5 nəfərin qətlə yetirilməsi, "Yevlax-Laçın" yolunda "VAZ-2106" markalı D 72-07 AQ nömrə nişanlı avtomaşın partladılması, Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığında "UAZ-469" markalı avtomaşın partladılması və nəticədə onlarla insanların həlak olması erməni terrorunun acı nəticələridir. 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" vertolyotunun atəşə tutulması nəticəsində vertolyot heyəti və sərnişinlər - Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər - 19 nəfər həlak olmuşdur. Sadaladıqca sona yetməyən terror aktları erməni simasının göstəriciləridir.

02 iyun 1993-cü ildə Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonunun partladılması nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəymişdir. Partlayışın icraçısı Rusiya vətəndaşı İqor Xatkovski Ermənistan Respublikası Milli Təhlükəsizlik Baş İdarəsi kəşfiyyat şöbəsinin rəisi, polkovnik Caan Ohanesyan tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, casusluq və terrorçuluq məqsədilə Azərbaycana göndərildiyini, böyük insan tələfatı ilə nəticələnəcək partlayışlar törətmək tapşırığı aldığını etiraf etmişdir. İstintaq zamanı sübuta yetirilmişdir ki, həmin qrup 1992-1994-cü illərdə Rusiya ərazisindən Bakıya gələn sərnişin qatarlarında silsilə partlayışlar törətmişdir. 01 fevral 1994-cü ildə Bakı dəmir yolu vağzalında "Kislovodsk-Bakı" sərnişin qatarında terror aktı törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır. 18 mart 1994-cü ildə Xankəndi şəhəri yaxınlığında İran Hərbi Hava Qüvvələrinə məxsus "Herkules" tipli təyyarə vurulmuş, 34 diplomat və ailə üzvləri həlak olmuşlar.

19 mart 1994-cü ildə Bakı metropolitenin "20 Yanvar" stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır. Məhkəmə sübut etmişdir ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdir. 03 iyul 1994-cü ildə Bakı metropolitenin "28 May" və "Gənclik" stansiyaları arasında elektrik qatarındakı partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. 1989-1994-cü illərdə erməni terrorçuları Qarabağda nəqliyyatda 29 iri terror aktı təşkil etmiş, iki mülki vertolyotu və 2 təyyarəni vurmuşlar.

XX ƏSRİN ƏN AMANSIZ SOYQIRIMI

Ötən əsrin ən böyük faciələrindən biri kimi tariximizdə iz salan Xocalı soyqırımı XX yüzillikdə insanlığa qarşı törədilən ən amansız faciələrdən sayılır. 1992-ci il fevralın 25-dən 26 - na keçən gecə - Xocalı soyqırımı xalqımızın növbəti faciəsinin yaşadığı bir tarixdir. Yeddi min əhalisi olan Xocalı erməni terrorçu qrupları keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasının tərkibində olan 366-cı alıyının köməyi ilə müxtəlif növ silahlardan atəşə tutularaq yerlə-yeksan edilmişdir. Qəddarcasına həyata keçirilmiş terror əməliyyatı nəticəsində 613 nəfər şəhid olmuş, onlardan 56-sı xüsusi qəddarlıqla qətlə yetirilmiş, 487 nəfər ağır yaralanmış 1430 nəfər əsir götürülərək, amansız işgəncələrə məruz qalmış, onların 135 nəfərinin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri isə qocalar olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 27 ailənin hərəsindən yalnız bir nəfər sağ qalmışdır.

"KİMİN YATMIŞ ŞƏHƏRLƏRƏ ALÇAQCASINA HÜCUM ETDİYİNİ HAMI GÖRDÜ"

"Müharibə dövründə kimin kim olduğunu, kimin vicdanlı döyüş apardığını və kimin yatmış şəhərlərə alçaqcasına hücum etdiyini hamı gördü. Özü də ən maraqlısı budur ki, gecə vaxtı Gəncənin yaşayış məhəlləsinə, yatan insanlara və uşaqlara operativ-taktiki raket zərbələri endiriləndən sonra Ermənistan rəhbərliyi bəyan etdi ki, onların bu məsələyə heç bir aidiyyəti yoxdur. Bilirsiniz, bu, ifrat həyasızlıqdır. Bəs kim edib? Biz özümüz vurmuşuq?" – deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Bu, ermənilərin növbəti təxribatı idi. Gəncə terroru bir daha erməni xislətini ortaya qoymuş oldu. İllər, qərinələr keçsə də belə ermənilərin faşist ideologiyası tarixin dönəmlərində özünü göstərmiş və son dövrdə də bunun acı nəticəsini yaşamış olduq. 2020-ci ilin oktyabr ayında cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən bir neçə dəfə ayrı-ayrı zamanlarda bombalanması erməni vəhşiliyinin bir nümunəsi olaraq dünya ictimaiyyətinin gözü qarşısında baş verdi. Gəncəyə ilk hücum 4 oktyabrda baş verdi və 1 mülki şəxs Əliyev Tunar Qoşqar oğlu şəhid oldu, 30-dan çox mülki şəxs yaralandı. Qeyd edək ki, birinci dəfə OTR-21 TOÇKA ballistik raketindən Gəncə şəhəri vuruldu. Daha sonra Gəncə bir daha raket hücumuna 5 oktyabrda məruz qaldı. Hücum nəticəsində 3 mülki şəxs yaralandı. Üçüncü raket hücumunda həlak olan və yaralanan olmadı. Düşmənin silahlı qüvvələrinin 11 oktyabr tarixində gecə saat 02 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 5 nəfər həlak oldu, 28 nəfər yaralandı. Çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəydi. Ermənistan silahlı qüvvələri "Toçka-U" raket sistemindən istifadə edərək, Gəncədə insanların sıx yaşadığı məntəqəni atəşə tutdu.

Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən, elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almışdır.

DÜNYADA ANALOQU OLMAYAN HƏYASIZLIQ

Ermənistanın mülki şəxslərə raket hücumlarından həyatını itirənlər və yaralananlar arasında azyaşlılar da vardır. "İllər boyu deyirdilər ki, azərbaycanlılar erməniləri ittiham etmək üçün Xocalıda soyqırımını özləri təşkil ediblər", - deyə bildirən Cənab Prezident bunun dünyada analoqu olmayan həyasızlıq olduğunu bildirib: "Hərçənd, bu tipli raketlər barədə az-çox anlayışı olan bütün insanlara məlumdur ki, tapşırıq verilir, hədəf seçilir və raket düz həmin hədəfə doğru gedir. Yəni, hədəf məhz Gəncə şəhərinin əsas prospektində mülki əhalini məhv etmək idi. Onların siyasətinin və deyərdim ki, mənliyinin göstəricisi budur. Onlar döyüş meydanında məğlubiyyətin acığını çıxmağa və ya bizdən qısas almağa çalışırdılar. Bu, birincisi. İkincisi, onlar düşünürdülər ki, bizi dayandıracaqlar. Onlar fikirləşirdilər ki, zərər çəkmiş insanlar öz ölkəsinin hakimiyyətindən hərbi əməliyyatların dayandırılmasını tələb edəcəklər, onların niyyəti belə idi. Lakin onlar yanılırdı".

44 günlük Vətən müharibəsində ermənilərin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması onların çirkin niyyətlərini bir daha göz önündə canlandırdı. Uşaq, qoca terrora məruz qaldı. Elə Bərdədə də yaşanılan hadisələr də ermənilərin faşist əməllərini təsdiqlədi. Beləliklə, dünyanın gözü qarşısında ermənilər bəşəriyyət tarixində ən ağır cinayətlər törədirlər. Bütün bunların planı əvvəldən hazırlanmışdır.

Bu və digər əməllər təcavüzkar, işğalçı ölkənin insanlığa sığmayan qəddarlıqlarıdır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər