PDF Oxu

Siyasət

  • 1 329

Ərdoğan və Putin arasında kritik telefon danışığı olub

image

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb. SİA xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, iki ölkə lideri Yaxın Şərqdə davam edən gərginliyi müzakirə ediblər. Putin Ukrayna ilə bağlı danışıqlar prosesinə kömək etməyə hazır olduğuna görə Ərdoğana minnətdarlığını bildirib.

Putin və Ərdoğan İran ətrafındakı eskalasiyanın, xüsusilə energetika sahəsi üçün "mənfi nəticələrə" yol açdığını qeyd ediblər. Tərəflər Rusiya-Türkiyə siyasi və ticari-iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində atılacaq növbəti addımları da nəzərdən keçiriblər.

Mətləb Salahov

Digər xəbərlər