Siyasət

  • 1 860

Türkiyənin ticarət naziri Ömər Bolat Pakistanda səfərdədir

image

Pakistanda səfərdə olan Türkiyənin ticarət naziri Ömər Bolat bu ölkənin maliyyə naziri Məhəmməd Aurangzeb ilə görüşüb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, görüşdə iki ölkə arasındakı iqtisadi əlaqələr və investisiya imkanları qiymətləndirilib.

Rəsmi internet səhifəsində paylaşım edən Ömər Bolat görüşün təfərrüatları haqqında məlumat verib.

Ömər Bolat bildirib ki, görüş zamanı iki ölkə arasındakı iqtisadi əlaqələr, ixracatçı şirkətlər üçün əhəmiyyət kəsb edən məsələlər və əməkdaşlıq imkanları qiymətləndirilib.

Ötən il Türkiyə ilə Pakistan arasında ticarət həcminin 1 milyard dolları, investisiyaların isə 2 milyard dolları keçdiyini xatırladan Ömər Bolat deyib: “Pakistanla ticarət həcmimizi 5 milyard dollara çatdırmağı hədəfləyirik”.

Ticarət naziri Ömər Bolat iki ölkə arasında əməkdaşlıq sahələrinin şaxələndirilməsi istiqamətində səylərin davam etdiriləcəyini vurğulayıb.

Digər xəbərlər