PDF Oxu

Siyasət

  • 726

YAP Yardımlı rayon təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

YAP Yardımlı rayon təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatı üzrə 4 saylı Mədəniyyət idarəsi ərazi partiya təşkilatının fəal üzvlərinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlərin və qarşıya qoyulan prioritet vəzifələrin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov və 4 saylı Mədəniyyət idarəsi ərazi partiya təşkilatının fəalları iştirak ediblər.
Çıxış edən YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov Partiyanın VIII Qurultayının əhəmiyyətindən, Prezident İlham Əliyevin çıxışında müəyyənləşdirilən əsas istiqamətlərdən və qarşıda duran vəzifələrdən bəhs edib. O, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasından sonra ölkəmizin qarşısında yeni inkişaf hədəflərinin dayandığını vurğulayıb. Bildirib ki, partiya üzvləri Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kursun həyata keçirilməsində fəal iştirak etməli, dövlətçilik prinsiplərinin, milli maraqların və Heydər Əliyev ideyalarının təbliğinə öz töhfələrini verməlidirlər.
Digər çıxış edən Yardımlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru vəzifəsini icra edən Mehman Xanızadə VIII Qurultayda səsləndirilən fikirlərin əhəmiyyətindən danışıb. O, mədəniyyət sahəsində çalışan partiya üzvlərinin milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və dövlətçilik ideyalarının təbliği istiqamətində üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməsinin vacibliyini qeyd edib.
Tədbir mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.

Anar Alışov
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri

Digər xəbərlər