PDF Oxu

Siyasət

  • 1 657

Sonra demədi-demə, yaxud casus belli - ŞTRİX

image

Beynəlxalq hüquqda ikibaşlı oyun oynamaq, yaxud iki tərəfdən birini seçmək anlayışı mövcud deyil. Bu baxımdan, Ermənistanın konstitusiyasında davam edən miatsum fonunda, eləcə də sərhədlərimizdə bizə dost olmayan dövlətlərə məxsus hücum silahlarının yerləşdirilməsi, habelə, hərbi məsləhətçilərin meydana çıxması hüquqi ritorikada CASUS BELLİ (qədim Roma hüququnda müharibə etmək üçün formal səbəb) adlanır.

Digər tərəfdən, məlum "profilaktik tədbir" artıq ümumi tədbirin tərkib hissəsidir. Daha dəqiq desək, müharibəyə hazırlıq prosesidir.

Azərbaycanın iki hissəsinin coğrafi birləşməsi faktoru get-gedə öz aktuallığını artırdıqca...

Bu gün Ermənistan açıq şəkildə silahlanır, hücum silahlarına yiyələnir, Fransadan, Hindistandan bəhrələnir, ABŞ-dan isə son təlimlərdən sonra silahlar qarmalayır və bu, faktdır! Eləcə də, rəsmi İrəvan Bakı ilə normal ünsiyyət hüququndan da yavaş-yavaş imtina edir.

Və ən əsası: hətta Ermənistanı siyasi, hərbi cəhətdən dəstəkləyən ölkələr varsa belə, Azərbaycan öz sözünü dediyi vaxt heç kim heç vaxt Ermənistan üçün ayağa qalxmayacaq və onun uğrunda vuruşmayacaq.

Fakt...

Biz digər ölkələrin müharibələri fonunda belə halları çox müşahidə etmişik. Misal üçün, bu gün Rusiya ilə Ukrayna arasındakı savaşda KTMT-nin kənarda qalması da bu faktı təsdiq edir.

Beləliklə və xüsusilə bir dövlətin - Azərbaycanın iki hissəsinin coğrafi birləşməsi faktoru get-gedə öz aktuallığını artırdıqca Ermənistanın məhvolma amilini də çoxaldır.

Necə deyərlər, sonra demədi-demə...

Afət Tahirqızı

Digər xəbərlər