PDF Oxu

Siyasət

  • 527

YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında VIII Qurultayın qərarlarının icrası istiqamətində fəaliyyət məsələləri nəzərdən keçirilib

YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında VIII Qurultayın qərarlarının icrası istiqamətində fəaliyyət məsələləri nəzərdən keçirilib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının “Z.Bünyadov 73” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, Partiyanın sədri cənab İlham Əliyevin VIII Qurultayda müəyyənləşdirdiyi strateji istiqamətlər və qarşıya qoyulan vəzifələr ətrafında növbəti görüş keçirilib.

Görüşdə ölkəmizin suverenliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması, azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərinin əhəmiyyəti və Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması məsələləri önə çəkilib. Bununla yanaşı, partiyanın ictimai-siyasi proseslərdə fəal iştirakının, əhali ilə əlaqələrin gücləndirilməsinin və dövlətimizin uğurlarının geniş ictimaiyyətə çatdırılmasının vacibliyi qeyd olunub.
Görüşdə vurğulanıb ki, VIII Qurultayın çağırışları partiya fəaliyyətinin əsas istiqamətlərindən biri kimi ardıcıl şəkildə həyata keçirilməli, hər bir üzv üzərinə düşən vəzifələrin icrasına məsuliyyətlə yanaşmalıdır.

Digər xəbərlər