PDF Oxu

Siyasət

  • 4 043

Sentyabrın 1-də növbəti tarixi hadisə yaşanacaq TƏHLİL

Sentyabrın 1-də növbəti tarixi hadisə yaşanacaq TƏHLİL

Məntəqələrə daxil olan seçicilər istədiyi şəxsə səs verməklə zəfər seçkisinin iştirakçısı olacaqlar

Hüquqi, demokratik dövlət quruculuğuna xüsusi önəm verən və bu istiqamətdə əhəmiyyətli addımlar atan Azərbaycan yeni-yeni parlaq uğurları ilə dostları sevindirib, düşmənlərin bağrını yarır. Qazandığı inam və etimad səbəbindən dünyanın əksər ölkələri, eləcə də aparıcı beynəlxalq təşkilatlar ölkəmizlə iki və çoxtərfli əməkdaşlığa can atırlar. Ona görə də, bu gün ölkəmiz ən çox əməkdaşlıq əlaqələrinə malik dövlətlərdən hesab edilir. Təbii ki, ölkəmizə olan inam və etimadın əsas amillərdən biri də Azərbaycanın seçkilərə xüsusi önəm verməsi və azad şəffaf seçkilərin keçirilməsi üçün qətiyyətli addımlar atması, prinsipial işlər həyata keçirməsidir. Dəfələrlə seçkiləri müşahidə etmək üçün ölkəmizdə olmuş xarici dövlətlərin və beynəlxalq müşahidəçiləri seçkilərin nümunəvi bir şəkildə baş tutduğunu qeyd edirlər. Seçkilərin azad və demokratik keçirilməsini şərtləndirən əsas amillər sırasında dövlətin qətiyyəti, xalqın iradəsidir. Azərbaycanın Seçki Məcəlləsi hazırlanarkən beynəlxalq təcrübə əsas götürülüb və bu sənəd Avropa Şurasının Venesiya Komissiyasının müsbət rəyini alıb. Bir neçə dəfə Seçki Məcəlləsi üzərində təkmilləşmiş iş aparılıb və vacib sənədlər qəbul olunub. Seçki Məcəlləsinə əlavə olunan sənədlər ən mükəmməl hüquqi sənədlərdir. Xüsusilə də “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə xüsusi seçki hesablarının açılması qaydaları haqqında”, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında”, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları”, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi ücün seçici imzalarının toplanması və dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında" təlimatlar və digər müəkəmməl sənədlər daxil edilib. Seçkilərlə bağlı əhali arasında maarifləndirici işlərin aparılması da seçkilərin azad və yüksək seçici fəallığı ilə keçirilməsinə təkan verir. Bu kimi işlərin həyata keçilməsi üçün Mərkəzi Seçki Komissiyası mütəmadi olaraq əhalinin və seçkiləri müşahidə edəcək şəxslər treninqlər təşkil edir, maarifləndirici bukletlər, kitabçalar hazırlayaraq paylayır. Hətta xarici ölkələrdə yaşayan azərbaycanlılar seçkilərlə bağlı geniş və ətraflı bilgilər əldə edirlər. Bununla bağlı diaspor təşkilatlar, Azərbaycanın müvafiq dövlət qurumları, əsasən də, MSK xaricdə yaşayan azərbaycanlılarla geniş əlaqələr qurur.

Formalaşacaq yeni parlament Azərbaycanın inkişafına mühüm töhfə verəcək

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı fikirlərini bölüşərkən “Moskva vilayəti azərbaycanlılarının milli-mədəni muxtariyyəti” regional ictimai təşkilatının sədri Elşən İbrahimov bildirib ki, Azərbaycanın demokratik ənənələrə söykənən seçki təcrübəsi bütün dünya tərəfindən qəbul edilir: “ Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə növbəti dəfə bu ənənənin şahidi olacağıq. Rusiyada yaşayan azərbaycanlılar Vətəndə baş verən prosesləri yaxından izləyir. Parlament seçkilərinə hazırlığın yüksək səviyyədə aparıldığını müşahidə edirik. Seçkiləri izləmək üçün çoxsaylı beynəlxalq müşahidəçinin qeydiyyatdan keçməsi Azərbaycana böyük diqqətin göstəricidir. Bu diqqət Rusiya ictimaiyyətində də hiss olunur. Hesab edirəm ki, sentyabrın 1-də beynəlxalq diqqət daha da artacaq və Azərbaycanın bütün dünyaya demokratik seçki nüməsi sərgiləyəcək.

Diaspora rəhbəri onu da qeyd edib ki, sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərin azad olunmuş ərazilərdə də keçirilməsi tarixi hadisədir: “Azad olunmuş ərazilərdə səsvermə hüququ ilk dəfə bu ilin fevral ayının 7-də keçirilən Prezident seçkilərində təmin edildi. Sentyabrın 1-də səsvermə hüququ Qarabağda və Şərqi Zəngəzurda növbəti dəfə təmin olunacaq”.

Diaspor fəalı ümid etdiyini bildirib ki, sentyabrın 1-də baş tutacaq seçkilərdən sonra formalaşacaq parlament Azərbaycanın inkişafına mühüm töhfə verəcək.

“İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının (Azİz) vitse-prezidenti, İsraildə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman da sentyabrın 1-də keçiləcək parlament seçkilərinin təşkili və keçilməsinin yüksək məmnunluq hissi yaratdığını söyləyib: “Azərbaycan mühüm hadisələrdən birinin astanasındadır - müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkədə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda parlament seçkiləri keçiriləcək. Azərbaycan dövləti çox qısa müddətdə bu ərazilərdə abadlıq işləri görüb, insanlar öz şəhər və kəndlərinə qayıdırlar. İndi isə o torpaqlarda səs verəcəklər”.

“İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının (Azİz) vitse-prezidenti, İsraildə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman soydaşlarımızı seçkilərdə fəal iştirak edərək, istədikləri namizədə səs verməyə də çağırıb: “Əziz həmvətənlər, Vətənimizin azadlığı və suverenliyinin bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla yad edərək, sentyabrın 1-də keçiriləcək seçkilərdə fəal olun və düzgün seçim edin. Demokratik, suveren, qalib ölkədə yalnız azad xalq öz müstəqil Vətəninin çiçəklənməsinə töhfə verə bilər”.

Beynəlxalq müşahidəçilər seçki hazırlığından razıdırlar

Diqqətçəkən məqam ondan ibarətdir ki, ölkəmizlə bağlı yanlış mövqe sərgiləməyə adət edən bəzi beynəlxalq təşkilatların nümayəndələri 1 sentyabr parlament seçkiləri ilə reallığı dilə gətirmək məcburiyyətində qalıblar. Əksər xarici müşahidəçilər seçkilərin təşkilini və gedişini yüksək dəyərləndirirlər. Xüsusilə də, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidəçiləri ölkəmizin bölgələrinə tez-tez səfərlər edərək dairədə və məntəqələrdə seçkiyə hazırlıq prosesini müşahidə edirlər. Artıq müşahidə missiyası 84 saylı Füzuli Seçki Dairəsində, 83 saylı Beyləqan Dairəsində, 82 saylı İmişli-Saatlı Dairəsində, 86 saylı Ağcabədi Seçki Dairəsində və digər dairə, eləcə də məntəqələrdə olublar. Müşahidəçilər seçkilərə hazırlığı və təşkilini yüksək qiymətləndiriblər. Bununla yanaşı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati və missiyanın media analitiki Kira Kalinina Azərbaycan Mətbuat Şurasında olublar. Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati və missiyanın media analitiki Kira Kalinina əsasən, ölkəmizdə medianın seçkidə iştirakı ilə bağlı məsələlərə dair suallar ünvanlayıblar. Onlara məlumat verilib ki, Mətbuat Şurasının seçki ilə bağlı fəaliyyəti iki hissəyə bölünür. Birincisi, seçkiqabağı təbliğat-təşviqat mərhələsində media orqanlarının monitorinqi, ikincisi, seçki günü medianın prosesi işıqlandırması vəziyyətini diqqətdə saxlamaq. Qeyd edilib ki, monitorinq ölkənin tanınmış ictimai rəyə təsir göstərən media subyektlərində aparılır, əsasən, ədalətli rəqabətə zərər gətirən “qara piar” təmayülləri diqqətdə saxlanılır, belə hallar baş verdiyi təqdirdə, bunun yolverilməzliyinə dair müvafiq tövsiyələr ünvanlanır. Seçki günü isə Şuranın əvvəlcədən müəyyənləşdirilmiş mobil və şəhər telefon nömrələri “qaynar xətt” rejimində fəaliyyət göstərirlər. Prosesi işıqlandıran jurnalistlər səsvermə başladığı andan bitənədək həmin nömrələrlə əlaqə saxlayaraq, mümkün çətinlik və anlaşılmazlıqlar barədə məlumat vermək imkanı qazanırlar. Mövcud prosedur Milli Məclisə bu il sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində də tətbiq olunacaq. Bundan başqa seçki günü Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və Mərkəzi Seçki Komissiyasında müşahidəçi kimi qeydiyyata alınmış üzvləri də seçkidə jurnalistlərin iştirakının monitorinqini aparacaq, ayrı-ayrı məntəqələrdə onlara yaradılmış şəraitlə tanış olacaqlar. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçmiş görüşdə media təmsilçilərinin seçkini işıqlandırmaları ilə bağlı müxtəlif detallar müzakirə olunub, xarici təcrübədən söz açılıb, habelə ümumən Mətbuat Şurasının fəaliyyət istiqamətlərinə, beynəlxalq əlaqələrinə nəzər salınıb.

İnsanlar seçkilərə tam məlumatlı və istəkli şəkildə gedir

Azərbaycan xalqının və xaricdə yaşayan soydaşlarımızın seçkilərə xüsusi önəm vermələri onu deməyə əsas verir ki, insanlarımız dövlətin ali imicinə xüsusi diqqət göstərirlər. Seçkilərin azad və demokratik şəraitdə keçirilməsinə isə heç bir şübhə yoxdur. Çünki Azərbaycan dövləti azad və şəffaf seçkilərin keçilməsinə də maraqlıdır və bunun üçün yuxarıda qeyd etdiyimiz kimi, prinsipial addımlar atır və qanunlar qəbul edir. Necə deyərlər, böyük qələbələrə kölgə salına biləcək xırda çatışmazlıqlara ehtiyac yoxdur. Məlum faktdır ki, seçkilərin azad və demokratik keçilməsinə təkan olan əsas amillərdən biri də ölkədə ictimai siyasi sabitliyin mövcudluğudur. Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycan dünyada ən sakit və sabit dövlətdir. Belə demək olarsa, sabitlik adasıdır. Sosial-iqtisadi sahədə də böyük inkişaf diqqəti cəlb edir. Ölkəmizdə seçkiöncəsi Seçki Məcəlləsinə və dövlətimizi digər qanunverici aktlarına əsasən bütün deputatlığa namizədlər üçün yüksək səviyyəli bərabər hüquqlu şərait və imkanlar yaradılıb. Bütün namizədlərə öz seçki platformalarını təbliğ etmək üçün tam ədalətli və demokratik şərait yaradılır. Əgər dairələr üzrə namizədlər arasında söz mübahisəsi və rəqabət varsa, bu, yalnız demokratik seçki mühitinin tələbi olmaqla yanaşı, həm də seçicilərə kimə səs verməyin lazım olduğunu aydınlaşdırmağa hərtərəfli imkanlara yaradır. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, insanlar seçkilərə tam məlumatlı və istəkli şəkildə gedir. Məntəqələrə daxil olan seçicilər azad və demokratik formada istədiyi şəxsə səs verəcək və bununla da zəfər seçkisinin iştirakçısı olacaqlar.

İLHAM ƏLİYEV

Digər xəbərlər