Siyasət

  • 1 361

Naxçıvan Ali Məclisinə seçkilərdə böyük qələbələrin davamı yaşandı TƏHLİL

image

Möhtəşəm qələbələrin davamı olan növbədənkənar parlament seçkiləri bir sıra yenilikləri və dəyişiklikləri ilə yadda qaldı. Birincisi, parlament seçkiləri 30 ildən sonra ilk dəfə işğaldan azad edilən ərazilərdə keçirildi. İkincisi, budəfəki seçkilərdə bir sıra yeniliklər tətbiq olunmuşdur. O mənada ki, seçki məntəqələrində veb-kameraların sayı 1000-ə çatdırılmışdır. Beləliklə, seçkilər 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirildi. İşğaldan azad edilən ərazilərdə seçki məntəqələrinin sayı isə 55-ə çatdırılmışdır. Səsvermə hüququna malik seçicilərin sayı isə 42 mindən artıq idi. Deputatlığa namizədlərin sayı isə 990 nəfər idi ki, onlardan 305 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 684 nəfərin namizədliyi öz təşəbbüsü ilə, 1 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülmüşdü. Seçkilərlə əlaqədar 598 beynəlxalq müşahidəçi akkreditasiyadan keçmişdi. Onlar 51 beynəlxalq qurumu və 69 ölkəni təmsil edirlər. Qeydiyyatdan keçmiş yerli müşahidəçilərin sayı isə 112 min 749 nəfər idi. Gözlənildiyi kimi, bu dəfə də parlament seçkilərinin qalibi Cənubi Qafqazın ən böyük və lider partiyası olan Yeni Azərbaycan Partiyası oldu. Parlament seçkilərinin ilkin açıqlanan nəticələrinə görə, Yeni Azərbaycan Partiyasının 68 namizədi liderdir. Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, 45 nəfər bitərəf namizəd öz dairələrində qalib gəlib. Bundan əlavə, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ədalət, Haqq və Demokratiya Partiyası 2, Böyük Azərbaycan Partiyası 1, Respublikaçı Alternativ 1, Milli Cəbhə Partiyası 1, Demokratik Maarifçilik Partiyası 1, Demokratik İslahatlar Partiyası 1, Böyük Quruluş Partiyası 1 və Milli İstiqlal Partiyası 1 nəfərlə təmsil olunacaq. Beləliklə, Milli Məclisdə 10 siyasi partiya və müxalifətin 12 nümayəndəsi təmsil ediləcək. Bütün bunlar çoxpartiyalı seçim əsasında parlamentin formalaşması deməkdir. Təbii ki, azad və demokratik şəkildə keçilən parlament seçkilərində qalib gəlməklə formalaşan Milli Məclis səmərəli və keyfiyyətli iş fəaliyyəti ilə xalqımıza və dövlətimizə xeyir gətirmiş olacaq.

Siyasi partiyaların bəyanatından: “Parlament seçkiləri ətrafında destruktiv qüvvələrin təxribat cəhdlərini qınayır və ölkənin daxili siyasi məsələlərinə xaricdən müdaxilə edilməsini qəbulolunmaz hesab edirik”

Seçkidən sonra siyasi partiyaların yaydıqları bəyanatda parlament seçkilərinin azad və demokratik şəkildə keçirildiyi vurğulanır.Vətəndaş Həmrəyliyi Partiyası növbədənkənar parlament seçkiləri ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, VHP demokratik seçki mühitində, təşviqat üçün yaradılmış münbit şəraitdə rahat və sərbəst təbliğatını aparmışdır: “Bu müddət ərzində partiya rəhbərliyi, namizədlər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı parlament seçkilərini izləyən uzunmüddətli Müşahidə Missiyasının, ATƏT Parlament Assambleyasının Seçki Müşahidə Missiyasının üzvləri, ölkəmizdə fəaliyyət göstərən bir çox səfirliklərin nümayəndələri ilə görüşmüş, onlarla seçki mühitini müzakirə etmiş və namizədlərin təşviqat kampaniyası ilə bağlı onları məlumatlandırmışdır.

1 sentyabr tarixdə 125 seçki dairəsindən 51-də seçkini canlı izləyən müşahidəçilərimizin rəyləri, həm də partiyanın qərargahından yüzlərlə seçki məntəqəsində quraşdırılan kameraların izlənilməsi onu deməyə əsas verir ki, VII çağırış Milli Məclisə seçkilər təhlükəsiz, demokratik və şəffaf keçirilmişdir". Azərbaycan Milli İstiqlal Partiyasının da yaydığı bəyanatda parlament seçkiləri açıq rəqabət şəraitində keçirildiyi qeyd edilir:Növbədənkənar parlament seçkilərinin təşkili məhz yeni inkişaf dövrünü səciyyələndirən mühüm siyasi hadisələrdəndir. Ümumilikdə 8 namizədlə seçkilərə qatılmış AMİP sədrinin seçicilərin səsini qazanaraq Milli Məclisin VII çağırışının deputatı seçilməsi partiyanın həyatında böyük hadisə olmaqla yanaşı, demokratiya və ədalətli seçkilərin təntənəsidir: AMİP dörd mindən artıq müşahidəçisi ilə təmsil olunduğu 50 dairədə səsvermə prosesinin yüksək səviyyədə təşkil olunduğunu və keçirilmiş seçkiləri ümumxalq iradəsinin təzahürü kimi dəyərləndirir.
Legitimliyi heç bir şübhə doğurmayan növbədənkənar parlament seçkiləri açıq rəqabət şəraitində keçirilib: "Həmrəylik mühitini siyasi sabitliyin zəmanəti kimi tanıyan AMİP keçirilmiş parlament seçkiləri ətrafında destruktiv qüvvələrin təxribat cəhdlərini qınayır və ölkənin daxili siyasi məsələlərinə xaricdən müdaxilə edilməsini qəbulolunmaz hesab edir. Yeni reallıq və yeni dövrün əsas rəmzlərindən biri olacaq VII çağırış Milli Məclisdə AMİP-in təmsil olunması, eyni zamanda siyasi plüralizmin təzahürüdür. Məsuliyyət, peşəkarlıq və dövlətə sadiqlik prinsiplərini ictimai-siyasi fəaliyyətin mütləq meyarları kimi tanıyan AMİP sözügedən dəyərlərə parlamentdə təmsil olunduğu dövrdə də sadiq qalacaq".

Naxçıvan Ali Məclisinə seçkilər Azərbaycan qanunvericiliyinə uyğun, azad və demokratik şəkildə keçirilib

Seçkiləri müşahidə edən yerli və xarici müşahidəçilərin birmənalı mövqeyi ondan ibarətdir ki, seçkilər Azərbaycan qanunvericiliyinə uyğun, azad və demokratik şəkildə keçirilib. Müsbət, həm də bayram əhval-ruhiyyəli ab-hava yaradan məqamlardan biri də ondan ibarət idi ki, Milli Məclisə növbədənkənar parlament seçkiləri ilə paralel olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinə də seçkilər keçirilirdi.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər 45 seçki dairəsi üzrə 331 seçki məntəqəsində keçirilib. Muxtar respublika üzrə ümumi seçicilərin sayı 288 356 nəfər olub. Seçki günü 18 yaşı tamam olan seçicilərin muxtar respublika üzrə sayı 31, seçkilərdə ilk dəfə iştirak edən seçicilərin sayı isə 3891 nəfər olub. Ali Məclisə seçkilərdə deputat mandatı uğrunda 187 nəfər namizəd mübarizə aparıb. Onlardan 41 nəfəri qadındır. Ali Məclisə seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə 452 nəfər akkreditasiyadan keçib.

Naxçıvan Ali Məclisinə seçkilərdə şəhid anası ən yüksək seçici səsini qazanmaqla deputat seçilib

Naxçıvan Muxtar Respublikasında yaşı 100-dən artıq olan seçicilərin sayı 5 nəfər olub. Ən yaşlı seçici 1920-ci il təvəllüdlü Hüseynəliyeva Şərəf Muxtar qızının 104 yaşı var. O, 15 saylı Qıvraq seçki dairəsinin 1 saylı Qıvraq məntəqəsində qeydiyyatdadır. 6 saylı Ordubad-Culfa seçki dairəsinin 46 saylı seçki məntəqəsinin ən yaşlı seçicisi, 1922-ci il təvəllüdlü Culfa rayonu, Yaycı kənd sakini Abdulla Səfərov məntəqəyə gələrək səsvermə hüququndan istifadə edib.Həmçinin Şərur rayonunun ən yaşlı sakinlərindən biri, İbadulla kəndində yaşayan 1924-cü il təvəllüdlü Dilbər Məmmədova 2 saylı Şərur-Kəngərli seçki dairəsinin 18 saylı məntəqəsindən aparılan daşınan qutu vasitəsi ilə evində səs verib. Azad və demokratik şəraitdə keçən Naxçıvan Ali Məclisinə sekilərdə 45 nəfər qalib gəlib. Diqqətçəkən məqam ondan ibarətdir ki, Naxçıvan Ali Məclisinə seçkilrdə ən yüksək səsi Gülşad Rüstəmova toplayıb. Şəhid anası olan Gülşad Rüstəmova seçicilərin 75,28 faiz səsini qazanmaqla uğura imza atıb. Hazırda tibb bacısı işləyən Gülşad Rüstəmova şəhid Emin Sadiqovun anasıdır. Emin Sadiqov 26 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Bir sözlə, Naxçıvan Ali Məclisinə seçkilər növbəti azad və demokratik seçkilərin keçirilməsi ilə yadda qaldı. Təbii ki, xalqın iradəsi ilə formalaşan Ali Məclis Naxçıvanın inkişafına, insanların yaşayışının daha da yaxşılaşmasına, yeni, demokratik, qanunların qəbul edilməsinə öz layiqli töhfələrini verəcək.

İLHAM ƏLİYEV

Digər xəbərlər

Fransa tərəfi Azərbaycana qarşı növbəti dəfə təxribata yol verib

Qərbi Azərbaycan İcması Fransadan Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasına son qoymağı tələb edib

“BMT-nin dörd qətnaməsinin tələblərini Azərbaycan özü yerinə yetirdi”

Qarabağdakı antiterror tədbirləri dünya hərb tarixində nadir əməliyyatlardan biridir - RƏY